KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə37/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   33   34   35   36   37   38   39   40   ...   56

Salatın Əhmədli                    
 
 
213 
-  Heç... yuxuda Yunusu  gördüm. Əyninə ağ par-
çadan  kostyum  geyinmişdi.  Gördüm  ki,  anası  ölmüş 
top  oynayır.  Axı,  sən  bəlkə  də  bilmirsən,  anası  kor 
qalmış  futbol  oynamağı  xoşlayırdı.  İndə  də  gördüm 
futbol oynayır, top  gəldi,  mənim  üzümə dəydi,  üzüm-
də  partladı.  Buna  da  o,  bərkdən  güldü.  Nənəsi  ölmüş 
İsa  da  kənarda  durub  atasının  oynuna  tamaşa  edirdi. 
O,  əyninə  təptəzə  kostyum  geyinmiş,  başına  qulaqlı 
papaq qoymuşdu. Məlul-müşkül kənarda dayanıb ata-
sını  gözləyirdi.  Onun  atasına  zillənmiş  gözləri  yol 
çəkirdi. Elə bu dəmdə qonşu Abbas (Allah ona rəhmət 
eləsin!)  gəlib  çıxdı  və  Yunusa  üzünü  tutub  bərkdən 
dedi: 
- Ay Yunus, gəl çıx da. Bayaqdan səni gözləyirik 
axı. Çıxaq gedək, işimiz-gücümüz töküldü qaldı.  
Ana fikrini toplayıb yenidən dilləndi:  
- Mən Yunusun qolundan tutmaq istəyəndə yuxu-
dan  ayıldım...    Allah  xeyrə  calasın,  bu  nə  yuxu  idi, 
mən  gördüm.  Tez  səhər  açılsaydı,  bir  kəndlə  danışar-
dın, görək nə var, nə yox? Yunus nə təhərdir?  
Nərgiz yaşarmış gözlərini silib «yaxşı» dedi.  
Oğul isə anadan xəbərsiz can verirdi. Artıq molla 
da gəlmişdi. Dəfn mərasiminə hazırlıq gedirdi. Qəbris-
Salatın Əhmədli                    
 
 
214 
tanlıqda qəbir yeri müəyyən olunmuşdu. Ana oğlunun 
həsrətlə  yol  çəkən  gözlərini  görmürdü.  Oğlunun 
gözləri  yarıyumulu  idi.  Kəndin  ağsaqqallarından  biri 
məsləhət gördü ki, ananın şəklini oğlunun sinəsi üstü-
nə  qoysunlar.  Ananın  şəklini  sinəsi  üstündə  hiss  edən 
oğul  əbədi  olaraq  gözlərini  bu  dünyaya  yumdu.  Ax-
şam saat beş idi.  
…Ana  axşamçağı  yatağında  mürgüləmişdi. 
Yuxu-dan  səksəkəli  oyandı.  Ətrafına  baxıb  döyükdü. 
Bir  anlıq  gördüyü  yuxudanmı,  xəstəlikdənmi  nədənsə 
halı  pozul-du.  Urəyi  sancdı,  qulaqları  güyüldədi.  Bir 
xeyli  susub  durdu.  Yenidən  uzandı,  bu  dəfə  üzünü 
divara  tərəf  çevir-di.  O,  axşam  yeməyindən  imtina 
etdi.  
Ananın qızı, nəvələri oğlunun yeddisini verib qa-
yıtmışdılar.  Ana  onları  görən  kimi  yerindən  dikəldi, 
ni-garan  baxışlarla  onları  süzdü,  oğlunu  xəbər  aldı. 
Qızlar  ananı  aldadaraq  «oğlun  lap  yaxşıdır»,  dedilər. 
Ana  oğlundan  daha  çox  xəbər  tutmaq  istədi:  «Danışa 
bilirmi,  yeriyə  bilirmi?»  Qızlar  boğazlarına  tıxanmış 
qəhəri  güc-bəla  ilə  udaraq  «hər  şey  yaxşıdır»  dedilər. 
Ana inandı. Toyu xəbər aldı:  
-Toy necə keçdi? Kimlər iştirak edirdi?  


Salatın Əhmədli                    
 
 
215 
-Hamı- deyə qızlardan biri dilləndi.  
Onlar  yalan  danışmırdılar.  Bütün  qohum-əqrəba 
ilə  görüşmüşdülər.  Ən  ucqar  yerdə  yaşayan  qohumlar 
da  yasa  gəlmişdi.  İllərlə  bir-birini  görə  bilməyən 
qohumlar yasda görüşürdülər. Qohumların görüşməsi-
nə  ana  ürəkdən  sevindi.  Həmişə  dediyi  sözləri  təkrar 
etdi:  
-Qohumun  pisinə  də,  yaxşısına  da  qurban  olum. 
Bir-birinizə  gedin,  gəlin,  yoxlayın,  bir-birinizi  unut-
mayın.  
Ana  «toyun»  yaxşı  keçməsinə  sevinsə  də  həmin 
gündən  halı  dəyişdi.  Yeməyi  azaldı,  iştahası  kəsildi. 
Hər  gün  qızına,  nəvələrinə  deyirdi  ki,  kəndə  zəng  ça-
lın, hal-əhval tutun, yuxumu qarışdırmışam.  
Bir  gün  qızı  çaşaraq  anaya  dedi  ki,  zəng  etdim, 
Yunusla danışdım, sənə salam göndərdi. Ana yerindən 
dikəldi:  
- Necə, nə dedin? Yunus danışır, dili açılıb?  
Qız bilmədi  nə desin. Yalanını  ört-basdır etməyə 
çalışdı:  
- Belə də, bir təhər başa düşdüm ki, səni soruşur.  
Qız  sözünü  qurtarar-qurtarmaz  otaqdan  çıxmağa 
çalışdı. Anası onu çağırsa da, özünü eşitməzliyə qoyub 
Salatın Əhmədli                    
 
 
216 
geri  dönmədi.  Seyvanda  taxtın  üstündə  oturdu, 
dizlərini  qucaqladı,  kövrəldi:  “Zavallı  ana,  haradan 
biləsən  ki,  istəkli  övladının  ölümünün  bu  gün  bir  ayı 
tamam olur. Ayağına tikan batanda dözmürdün, bu acı 
xəbərə  heç  dözməzsən.  Bu  bəd  xəbəri  sənə  necə 
verim. O da beləydi. O da heç vaxt sənin pis xəbərinə 
dözməzdi”... Keçən günləri yada saldı... 
...Ana  təzəcə  yatağa  düşmüşdü.  Oğlu  ananın 
yıxılıb  yatağa  düşdüyünü  eşitdi,  hönkürüb  ağladı. 
Axşamı  birtəhər  gözlədi,  Bakıya  gedən  qatara  bilet 
alıb  anasının  yanına  tələsdi.  Evə  qalxan  pilləkənləri 
zorla  qalxdı,  xəstəlik  öz  işini  görürdü.  Qapını  bacısı 
açdı.  
- Anama nə olub, niyə yıxıldı?  
Bacı  dillənmədi,  kənara  çəkilib  qardaşına  yol 
verdi.  Oğul  birbaşa  ananın  yanına  gəldi,  yatağının 
yanında  diz  üstə  çökdü,  əyilib  onu  qucaqladı.  Ana-
bala  bir-birilərini  duz  kimi  yalamağa  başladılar.  Oğul 
anasının  bu  yatışına  dözəmmirdi.  Gözünün  yaşını 
tökürdü.  Ana  heç  vaxt  xəstələnməzdi.  Özü  demişkən 
“Nikolay”  yağı“  yemişdi.  Dağda-bağda  gəzib  dolan-
mışdı.  Yediyi-içdiyi  saf,  təmiz  və  təzə  olurdu.  Ürəyi, 
həkimlərin  dediyinə  görə  cavan  qız  uşağının  ürəyi 


Salatın Əhmədli                    
 
 
217 
kimi  idi.  Daxili  orqanları  sağlam  idi.  Xəstəlik  nə 
olduğunu bilməzdi. Uşaqlarına həmişə deyirdi:  
-Sağlamlıqda özümə oxşayın.  
Ananın  qızı  bir  tərəfdə  boynunu  büküb  ana-
balanın  həsrətli  görüşünə  tamaşa  edirdi.  Qız  ürək-
dağlayan  bu  mənzərədən  ixtiyarsız  axan  göz  yaşlarını 
belə silmirdi.  
Oğul ağlayır, ananı öpüşlərə qərq edirdi. Ana xa-
siyyətcə  həlim  olsa  da,  çox  dözümlü  və  təmkinli  idi. 
İçində bahar buludu kimi dolsa da, gözləri heç nəmçi-
məmişdi  də.  Oğluna  ürək-dirək  verir,  onu  səbirli 
olmağa çağırırdı: 
-  Yunus,  ağlama,  ağlamaq  olmaz.  Kişi  ağlamaz, 
kişi  mərd  olar,  dözümlü  olar.  Mən  həyatın  hər  üzünü 
görmüşəm.  Bu  da  mənim  axırıncı  müsibətimdir. 
Özünü  ələ  al.  De  görüm,  özün  necəsən?  Həkimlər  nə 
deyir? Uşaqlar dərmanını vaxtlı-vaxtında alırlarmı?  
Oğul ananı eşitsə də ona cavab verə bilmir. Hön-
kür-hönkür ağlayırdı. Ana ona gah öyüd-nəsihət verir, 
alnından öpür, gah da onu ovundurmağa çalışırdı. 
Nərgiz  bunları  yada  saldıqca  içində  göyür-göyür 
göynəyirdi...  
Salatın Əhmədli                    
 
 
218 
Bu  vüsal  onların  axırıncı  vüsalı  oldu.  Bu 
görüşdən  iki  il  sonra  onlar  əbədi  ayrılsalar  da,  o  biri 
dünyada yeni-dən qovuşdular.  
…Ananın halı gah yaxşılaşırdı, gah da pisləşirdi. 
Oğlunun  həyatdan  getməsinin  üç  ayına  az  qalmışdı. 
Ana  hey  «Yunus,  Yunus»  deyə  pıçıldayırdı.  Birdən 
onun  bədənini  soyuq  tər  basdı.  Puçur-puçur  tər 
dənələri  yana-ğından boğazına doğru axmağa  başladı. 
Bir  anın  içində  gözlərinin  altı  qançır  bağladı. 
Dodaqları  gömgöy  göyərdi.  Gözlərini  geniş  açıb 
ətrafına  baxdı,  xırıldamağa  başladı.  Gözləri  az  qala 
hədəqəsindən  çıxacaqdı.  Tez-tez  başını  sağa-sola 
döndərərək  gözlərilə  kimisə  axtarırdı.  Bir  az  keçmiş 
əlləri  də  hərəkətə  gəldi.  Sanki  sinəsində  kimsə  otur-
muşdu.  Əllərini  sinəsinə  tərəf  uzadıb  elə  bil  kimisə 
qovmaq  istəyirdi.  Hərəkət  etdiyindən  bədəni  tər  suya 
batmışdı.  Qızı,  nəvələri  ətrafında  idi.  Qızı  yavaşca 
soruşdu:  
- Ana, niyə belə edirsən? Nə istəyirsən, kimi istə-
yirsən?  
Qızın  məqsədi  vardı.  Bilmək  istəyirdi  görsün, 
ananın sevimli oğlunun ölümü ona ayan olubmu? Ana 
isə  cavab  vermir,  canıyla  (ya  Əzrayılla?)  əlləşir, 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə