KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə53/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   48   49   50   51   52   53   54   55   56

Salatın Əhmədli                    
 
 
309 
həyətdən çıxdılar. Arsenlə Vahanın murdar cəsədlərini 
sahibsiz, ac itlər didişdirirdi...  
Ata qızının əlini buraxmadan qarla örtülmüş düzə 
çıxdı.  Qabaqda  isə  qalın  ağaclarla  örtülü  meşə  görü-
nürdü.  Bircə  ora  tez  çata  bilsəydilər…  Gördükləri 
mənzərələr  ata-balanı  dəhşətə  salmışdı.  Çaş-baş 
qalmış  adamlar  meşəyə  tərəf  qaçırdı.  Kim  hara  gəldi 
qaçırdı,  ah-nalə  çəkərək  vəhşiləşmiş  saqqallıların  
əlindən  canını  qurtarmağa  çalışırdılar.  Kərəm  kişi 
qızının  əlini  buraxmadan  irəli,  meşəyə  doğru  qaçırdı. 
Dünəndən  yağan  qar  buz  bağlamışdı.  Nilufərin  ayağı 
corabsız  idi.  Buz  bağ-lamış  qar  şüşə  kimi  onun 
ayaqlarını  cızırdı.  Ağ  qarın  üzərində  qızın  al-qırmızı 
qanı  cığır  salmışdı.  Yüyürməkdən  ata-balanın  nəfəsi 
təntimişdi. Nilufər dayanmaq istədi:  
-  Ata,  daha  gedə  bilmirəm.  Ayaqlarım  sözümə 
bax-mır.  
-  Yox,  qızım,  səni  o  gavurlara  verə  bilmərəm, 
qaçmalıyıq.  Az  qalıb,  meşəyə  girə  bilsək,  biz  azad 
olarıq.  Meşənin  o  tərəfindəki  dağı  aşsaq  bizimkilərə 
çatarıq. Gəl, qızım, gəl.  
Nilufər  bir  təhər  gücünü  topladı.  Atası  ilə  ayaq-
laşmalı  idi.  Birdən  qabaqda  saqqallılar  göründü.  Ata 
Salatın Əhmədli                    
 
 
310 
qızını qarla örtülmüş iri bir daşın dalına itələdi, özü də 
macal  tapıb  gizlənə  bildi.  Ermənilər  insan  ovuna 
çıxmışdılar.  Heç  kimə  aman  vermədən,  kimini 
güllədən  keçirir,  kimini  isə  əsir  alırdı.  Səhərin 
alatoranında  onlar  daşın  dalında  gizlənmiş  ata-balanı 
sezmədilər. Nilufərin ürəyi şiddətlə çırpınırdı. Erməni-
lərin  mənfur  saqqallı  üzlərini  yaxından  görürdü. 
Qorxudan  az  qalırdı  bayılsın.  Atası  işarə  ilə  «sus» 
deyirdi.  Ermənilər  donquldana-donquldana  onların 
yaxınlığından ötüb görünməz oldular.  
Ata-bala soyuq qarın üzəri ilə sürünə-sürünə me-
şəyə girdilər.  
 
 
 
 
 
 
 


Salatın Əhmədli                    
 
 
311 
 
QORXU 
 
Soyuq, şaxtalı fevral günlərindən biri idi. Bu gün 
digər 
günlərə 
bənzəmirdi. 
Bu 
günün 
gecəsi 
gündüzünün  üzünə  qara  doğmuşdu.  Karapet  və 
həmyaşıdları  səhərə  qədər  Xocalıdakı  qətlyamlardan 
qorxub, evlərini  tərk edib, balalarını  xilas  etmək üçün 
meşələrə, 
düzlərə 
qaçan 
xocalılıların 
ovuna 
çıxmışdılar.  Karapet  bir  dəstə  hərbiçiyə  bələdçilik 
edirdi.  Onun  bu  yerlərə  yaxşı  bələd  olduğunu 
hərbiçilərə  bildirmişdilər.  Karapet  əvvəlcə  elə  bilirdi 
ki,  o  yerli  camaatın  buradan  çıxıb  getməsi,  onların 
buradan  qovulması  üçün  hərbiçilərə  yol  göstərəcək. 
Amma  gözünün  qarşısında  günahsız  körpələrin  
gülləbaran  edilməsi,  qız-gəlinlərin  üst-başının  qarət 
edilməsi, vəhşicəsinə öldürülməsi, qocalara rəhm edil-
məməsi,  hərbi  geyimli  azərbaycanlı  kişilərin  cəsəd-
lərinə  qarşı  belə  törədilən  vəhşiliklər  artıq  ona 
yetərincə  əyan  idi  ki,  ona  o  dünyada  belə  rahatlıq 
olmayacaq.  O,  hərbiçilərin  komandiri  rus  dilli 
Stepanın  gözlərindəki yırtıcılığı gördükcə ölüb dirilir, 
buradan  qaçmaq  istəyirdi.  Amma  qaça  bilməzdi.  O, 
Salatın Əhmədli                    
 
 
312 
vəzifəsini  yerinə  yetirməli  idi,  yoxsa  onun  aqibəti  də 
gözünün qarşısında qanına qəltan edilən xocalı əhlinin 
aqibəti  kimi  olacaq.  Karapet  gözünün  qarşısında 
törədilən  dəhşətlərdən,  qarət  və  talanlardan,  ölüm 
səhnələrindən  elə  bir  hala  düşmüşdü  ki,  yeriyə 
bilmirdi.  Stepan  və  qonşusu  Edikin  Fransadan  gəlmiş 
bacısı  oğlu,  dünənə  kimi  xeyirxah,  sə-mimi,  bir 
qarışqanın  belə  əzilməsini  istəməyən,  insan-pərbər, 
hümanist qəlbli bir insan kimi tanıdığı Albertin gözləri 
qarşısında  törətdiyi  vəhşiliklər  onu  varından  yox 
eləmişdi,  qəzəbindən,  içindəki  nifrətdən  ağzından 
köpük  axırdı.  O  ürəyində  uşaqlıq  dostu  Slavikə,  onun 
atası Keşiş Qriqoriyə lənət yağdırırdı. 
Slavik  Arzumanyangil  nəsillikcə  kilsə  xidmət-
çiləri  idilər.  Keşiş  Qriqori  oğluna-Slavikə  də  nəsil-
lərinin  tarixi  haqqında  danışmağı  xoşlayardı.  Karapet 
və oğlu Slavikin həmyaşıdları dəfələrlə bu söhbətlərin 
şahidi  olmuşdu.  Keşiş  Qriqori  mütləq  belə  söhbət-
lərdən  sonra  polkovnik  Lazarevin  xatirəsini  sükutla 
yad  edər,  haqqında  danışdıqlarının  yekununda 
dodağının  altında  nəsə  deyər,  Slavikə  də,  onun 
həmyaşıdları olan erməni  gənclərinə də elə gələrdi ki, 
keşiş  dua  elyir.  İnsanlığın  naminə,  Vətənin,  ölkənin 


Salatın Əhmədli                    
 
 
313 
əmin-amanlığı  naminə. Amma  Karapet diqqətlə qulaq 
asar  və  hiss  edərdi  ki,  Slavikin
  atası  ermənilərin  ağ 
günə  çıxması  üçün  çalışanların  salamatlığı  naminə 
dualar eləyir. 
 
Keşiş Qriqori erməni gənclərini, əlbəttə, hamısını 
yox,  seçilmiş  olanları,  oğlu  Slavik  da  daxil  olmaqla 
ayda  bir  dəfə  yanına  çağırır,  guya  onlara  müqəddəs 
kitabdan  fəsillər  oxuyurdu.  Ancaq  kitabdan  oxuduğu 
fəsilləri  tez,  tələm-tələsik  bitirir,  əzabkeş  erməni 
xalqının  “tarixindən”  onların  bilmədiklərini,  heç  bir 
kitabdan  oxumadıqlarını  danışardı.  Hərdən  də  nəsil-
şəcərə tarixi ilə bağlı əhvalatlar çözülərdi:  
-  Hə,  balalarım,  gərək  siz  öz  tarixinizi  yaxşı 
biləsiniz.  Haradan  gəlib,  haraya  getdiyini  bilməyən 
erməni gənci öz xalqına xidmət edə bilməz.  
Atasının  bu  sözlərindən  sonra  Slavik  və 
həmyaşıdları, o cümlədən  Karapet dərin  fikrə  getsələr 
də çox  vaxt  mətləbdən elə də baş çıxarmazdılar.  Hələ 
bəzən etiraz da edərdilər.  
Karapet  bir  dəfə  Keşiş  Qriqori  ilə  oğlu  Slavikin 
mübahisəsinin şahidi oldu. 
-  Ata,  sən  elə  danışırsan  ki,  guya  dünyanın  üzü-
nü su alacaq.  
Salatın Əhmədli                    
 
 
314 
-  Bəs  əlbəttə,  elə  də  ola
caq.  Elə  deyil  ki,  oke-
anların  buzları  ərisin,  su  da  qalxsın  sizin  boğazınıza. 
Bəs  dünya  bir-birinə  vurulsa,  aləm  qarışsa  ne
cə?  Bu, 
dünyanın üzünü su almaq deyil? Gərək hər şeydən baş 
çıxarasınız.
 
- Böyük dövlətimiz var, - Slavik yenə söz altında 
qalmadı. Atasının 
ciddi görkəm aldığını görüb sözünü 
kəsdi. - Yəni deyirəm ki...  
-  Sən  heç  nə  demə,  sən  atanın  sözlərinə  yaxşı 
fikir  ver,  onda  gözlərin  açılar.  Bilərsən  ki,  gəzdiyin 
yeri  bir  gün  sənin  ayağının  altından  çəkərlər,  onda 
havada qalarsan.  
Slaviklə  birgə  Keşişin  mouzəsinə  qulaq  asan 
gənclər heyrətlə bir-birinin üzünə baxdılar. Slavikin də 
təəccübdən  gözləri  böyümüşdü.  Nə  qədər  olmasa  da, 
onlar  sovet  məktəbində  oxuyur,  gələcəyi  birgə 
yaşayacaq  xalqların  ailəsində  böyüyürdülər.  İstər-
istəməz məktəbdəki, ictimai həyatdakı təbliğat onların 
düşüncəsinə  təsir  göstərirdi.  Axır  ki,  yenə  Slavik 
cəsarətə gəldi.  
- Ata, biz buraya göydən gəlmişik?  


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə