KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə54/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   48   49   50   51   52   53   54   55   56

Salatın Əhmədli                    
 
 
315 
Keşiş  Qriqori  yenə  xaç  çəkdi.  Yenə  dodağının 
altında 
sakit-sakit 
danışdı. 
Onun 
dodaqlarının 
tərpənişindən  Slavik  hiss  edirdi  ki,  atası  Allahdan 
erməni gən
clərinə ağıl istəyir. Sözünün sonunu isə lap 
elə  açıq-aşkar  bitirdi:  «Allahım,  mən  sənə  ona  görə 
qulluq  edirəm  ki,  bu  bədbəxt  erməni  balalarının 
gözlərini  açasan.  Bu  yalanlardan  onların  ruhu 
azmasın.  Doğru  yol-bizi  böyük  Ermənistana  aparan 
yol onlara aydın olsun. Onda mənim dediklərimi daha 
yaxşı başa düşərlər».  
Slavikin  yanında  əyləşmiş  gən
clərdən  biri 
həyəcanla dilləndi:
 
 - Sən bizə kömək elə, müqəddəs ata, qoy biz hə
-
qiqəti bilək. 
-  Onda  gərək  məni  yaxşı  dinləyəsiniz,  - 
Keşiş 
yenə  xaç  çəkdi.  Onun  xasiyyəti  idi.  Həmişə  bir  çətin 
sual  qarşısında  qalanda  xaç  çəkir,  xeyli  dodağının 
altında nəsə danışır. Bu zaman, əslində, o, düşün
-məyə 
vaxt  qazanırdı.  İndi  də  dodaqaltı  danışıqlar  bitəndən 
sonra sözə başladı:  
-  Biz  Şuşaya  yox,  əvvəlcə  Xocavəndə-Marağaya 
köçürülmüşük.  Ulu  babamızı  o  tayda-Marağada 
Salatın Əhmədli                    
 
 
316 
Təbrizdə,  Urmiyada,  Van  gölü  ətrafında  yaşayan 
erməniləri Lazarev başına yığıb izah eləyir ki, tezliklə 
buradan  çıxıb  gedəcəyik.  Rus  qoşunları  çəkiləcək, 
bundan sonra sizin taleyiniz necə olacaq, heç kim deyə 
bilməz. Ulu babam  Hovsesyan da  böyük  xətir-hörmət 
sahibi  olub.  Ətrafda  yaşayan  ermənilər  həmişə  onun 
yanına 
məsləhətə 
gələrmiş. 
Əvvəlcə 
babamız 
Hovsesyan  köçmək  istəməyib.  Amma  Eçmiədzindən 
onun 
yanına 
adamlar 
gəlib,-deyirlər 
ki, 
bəs 
bilmirsiniz, 
polkovnik 
bizim 
adamdır. 
Qanı 
qanımızdandır. Onun dediklərinə əməl etmək lazımdır. 
Sizə  də  Arazın  bu  tayında,  ən  yaxşı  yerlərdə  torpaq 
sahəsi  ayrılacaq,  dövlətin  himayəsində  olacaqsınız. 
Təsərrüfat  qurana,  ev-eşik  tikənə  qədər  atamız  Çar 
sizə  hər  cür  köməklik  göstərəcək.  Bizim  babamıza  o 
taydan  gəldiyimiz  yerin adı  ilə adlandırılan Marağada 
yaxşı bir yer ayırırlar. Sonralar Şuşanın mühüm siyasi 
əhə-miyyət kəsb etməsi Çarı da, Eçmiədzindəkiləri də 
düşündürürdü.  Ona  görə  bizim  babamızın  yaşayış 
yerini  Şuşaya  dəyişirlər.  Ancaq  babamıza  tapşırırlar 
ki,  heç  nəyə  tələsməsinlər.  Eçmiədzindən  hansı 
tapşırıq gəlsə, ona da əməl eləsinlər. Beləcə, illər gəlib 


Salatın Əhmədli                    
 
 
317 
keçir, babalarımız da bu dünyadan köçür.  İndi  mənim 
borcumdur ki, sizə bilmədiklə-rinizi öyrədim.  
Karapet  bu  söhbətlərin  canlı  şahidi  idi.  Karapet 
bilirdi ki, Keşiş Qriqori ildə bir neçə dəfə Eçmiədiznə 
gedər,  guya  müqəddəs  kilsəni  ziyarət  üçün  səfərə 
çıxardı.  Ancaq  hər  dəfə  qayıdandan  sonra  gəncləri 
yenə  başına  yığar,  onlarla  birgə  Qarabağdakı  alban 
abidələrini  gəzər,  bu  abidələrdə  olan  yazılı  daşları, 
diqqəti  çəkən  tarixə  aid  əşyaları  top-layıb  özünün 
Allaha xidmət elədiyi kilsəyə gətirər-di.  
Bir  gün  yenə  bu  məqsədlə  Şuşaya  yaxın  olan 
Qandzasara getmişdilər.  
Hələ  də  hörgüdə  min  illik  dözümlə  dayanan  bir 
neçə yazılı daşı qopardılar. Abidənin ətrafını gəzdilər. 
Qədim  işarəli,  keşişin  özünün  də  başı  çıxmayan 
yazıları olan saxsı qablar da tapdılar.  
Qandzasar  dağın  döşündə-meşənin  arasında,  hər 
tərəfdən dərələrlə ayrılmış  hündür bir təpənin  üstündə 
yerləşirdi.  Tikildiyi  zamandan  bəri  üstündən  əsrlər 
keçsə  də,  dünyanın  təbiəti  dəfələrlə  dəyişsə  də  öz 
əzəmətini  qoruyub-saxlayırdı.  Qədim  alban  çarlarının 
və  alban  ruhunun  müqəddəsliyi  sanki  məbədi  dövrə-
ləmiş hasarla bu günəcən qorunurdu. Səhər doğan gü-
Salatın Əhmədli                    
 
 
318 
nəşin şüaları altında parıldayan daşlar sanki  hərəsi bir 
dillə  danışırdı.  Gələnlərə  demək  istəyirdi  ki,  bizə 
toxunmayın.  Bu  qayalar  arasında,  bu  məbədin 
divarları  arasında  uyuyan  müqəddəs  ruhları  narahat 
etməyin. Gün gələr, o ruhlar sizi əzaba düçar edər... 
 Keşiş  Qriqori  və  onun  yanındakı  gənclər 
günortaya yaxın məbəddən çıxıb geriyə qayıtmaq istə-
yirdilər.  
Gözləmədikləri  halda  böyük  məbədin  qarşısında 
üç  nəfər  onları  qarşıladı.  Hər  üçü  mülki  formada  idi. 
Keşiş  Qriqori  ortadakı  hündürboylu  cavanı  yaxşı 
tanıyırdı. Polkovnik Yesayev idi. Əslən qarabağlı olan 
Yesayevlə 
Şuşada-Təhlükə-sizlik 
Komitəsində 
görüşmüşdülər...  
O vaxt aralarında da sərt bir söhbət olmuşdu...  
-  Müqəddəs  ata,  dövlətimizin  sayəsində  dinimizi 
qorumaq üçün sənə hər cür şərait yaradılıb.  
-  Çox  sağ  olun,  oğlum,  mən  heç  nədən  narazı 
deyiləm.  Sənin  kimi  erməni  övladları  indi  yaxşı 
vəzifələrdə  işləyir.  Bu  da  onu  göstərir  ki,  bizim 
xalqımıza hər 
cür qayğı var.  


Salatın Əhmədli                    
 
 
319 
- Mən də belə düşünürəm. An
caq sənin kimi bəzi 
ermənilər bir qədər özlərini qəribə aparırlar.  
-  Nə  qəribə, 
canım?  Elə  sən  özün  də  erməni  de-
yilsən? Bir
cə sənin familini düzgün yazmayıblar.  
- Ne
cə yazmalıydılar?  
-  Bəli,  bəli,  mən  səni  gərək  çağıraydım 
«polkovnik Yesayan». 
- Müqəddəs ata, sən yaxşı bilirsən ki, mən qədim 
alban knyazı Yesayi 
Cəlalın nəslindənəm.  
- Hər kimin nəslindən olsan da, indi ermənisən.  
- Hər halda mən səni buraya mənim erməni olub-
olmadığımı müzakirəyə çağırmamışam.  
- Bəs nəyə çağırmısan? 
-  Səni  ona  görə  çağırmışam  ki,  bilirəm  ki, 
gən
cləri başına yığıb şübhəli söhbətlər edirsən, onların 
baş-beynini zərərli ideyalarla doldurursan.  
-  Mən  gən
clərə  müqəddəs  kitabdan  fəsillər 
oxuyuram. İstəyirəm ki, onlar yollarından azmasın
-lar, 
ağıllı böyüsünlər. 
-  Doğrudur,  an
caq  başqa  şeylər  də  danışırsan. 
Məqsədin  də  məlumdur.  Hərdən  bu  dağlara  səfərə 
çıxmağın da olur. Bu, düzdür? 
Salatın Əhmədli                    
 
 
320 
-  Mən  bizim  erməni  dağlarını,  abidələrini  gəzi
-
rəm, öyrənirəm, bunun nəyi pisdir? 
-  Amma  unutma
  ki,  alban  abidələrində  nə 
axtardığını  bir  gün  səndən  soruşa
caqlar.  Bunu 
bilirsənmi? 
 
Söhbət  beləcə  qurtarmışdı.  Daha  onlar  üzbəüz 
gəlməkdən çəkinirdilər. Əlbəttə, elə ilk növbədə Keşiş 
Qriqori... 
Bu  hadisədən  bir  müddət  keçdi.  Bir  gün  yenə 
onlar  qarşılaşdılar...  Polkovnik  Yesayevi  görən  Keşiş 
Qri-qorinin  saqqalının  altında  gizlənmiş  sifəti  səyirdi. 
Ancaq  təmkinini  pozmadı.  Yenə  xaç  çəkib  dodağının 
altında nəsə danışmağa başladı. İrəliyə addım atıb onu 
gözləyənlərlə salamlaşdı. 
-  Hə,  oğlum,  xoş  gördük,-Keşiş  əlini  polkovnik 
Yesayevə uzatdı

 - Sizdən nə yaxşı, yoldaş Yesayan. Siz də bizim 
kimi  yəqin  bizim  gözəl  Qarabağ  dağlarını  gəzməyə 
çıxmısınız. 
-  Doğrudur,  bizim  Qarabağ  dağları  gözəldir. 
Gərək  həmişə  onun  gözəlliyini  qoruyaq.-  Polkovnik 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə