Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər Kriptovalyuta ifadəsi, xüsusi ilə onun ilk



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix20.09.2018
ölçüsü5 Mb.
#69889
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

H

İFƏ



45

banklarda deyil, bitcoin maynerlərin əlində cəmləşməsinə şərait 

yaradır  ki,  bu  da  səhm  bazarında  durğunluğa  səbəb  ola  bilər. 

Blokçeyn texnologiyası inkişaf etdikcə bazarda çoxlu sayda digər 

kriptovalyutalar  da  meydana  gəlmişdir  ki,  bunların  bir  çoxu  ele 

demək olar ki, bitkoinin digər adla buraxılmış formalarıdır. Artıq 

bitkoində şansı əldə buraxmış hesab edən investorlar bazara yeni 

gəlmiş  və  ucuz  kriptovalyutalara  sərmayə  yatırırlar  ki,  bu  da  öz 

növbəsində pulların fırıldaqçı və əsası olmayan bir kriptovalyutaya 

yönəldilməsinə və nəticədə itirilməsinə səbəb olar bilər. Bu sahə 

üzrə  qanunvericilik  bir  çox  ölkədə  hələ  də  formalaşmadığından 

kriptovalyutalarla ticarət hələ də bir çox insanlar üçün riskli olaraq 

qalır. 

Bəs blokçeyndən necə istifadə etmək olar? Blokçeyndən istifadə 



variantları  və  sahələri  hələ  də  araşdırılır  və  imkanlar  hədsizdir. 

Müəssisələr  və  banklar  öz  aralarında  inam  üçün  müqavilələr 

imzalayırlarsa  artıq  ortaya  çıxan  yeni  smart  (ağıllı)  kontraktlar 

vasitəsilə bu inamsızlıq aradan qaldırılır. Artıq blokçeyndə hər iki 

tərəfin daxil olub əldə edə biləcəyi bir ağıllı kontrakt formalaşır ki, 

onu dəyişmək mümkün deyil. Belə ki, Müəssisələr arasında olar 

bütün köçürmələr bir bloka yığılaraq kodlaşdırılır və blokçeyndə 

istənilən zaman əldə olunan bir rəqəmsal sənədə çevrilir. Hazırda 

məlumatların  saxlanılması,  həmçinin  köçürmələrin  baha  başa 

gəlməsinə görə banklar külli miqdarda vəsait sərf eləyirlər. Lakin 

blokçeyn  vasitəsilə  köçürmələr  indikindən  bir  neçə  dəfə  ucuz, 

təhlükəsiz və tez başa gələcək, artıq məlumatlarla kompüterlər və 

ofis yüklənməyəcəkdir. 

Bəs ölkələri narahat edən bitcoin hansı təhlükəni yaradır? Onu 

deyək ki, bitcoinin kim tərəfindən yarandığı hələ də bilinmir və heç 

mərkəzə idarəetmə orqanı yoxdur. Limit sayda olan bitcoinə artan 

inam  dövlətlərin  mərkəzi  bankları  tərəfindən  buraxılan  pullara 

olan tələbatı aşağı salır. Bitcoinin sayının məhdud olması və onun 

kimsə  tərəfindən  artıq  sayda  buraxıla  bilməməsi  onu  rəqəmsal 

qızıla çevirmişdir ki, artıq bir sıra ölkələrdə insanlar evlərini belə 

sataraq  bitcoinə  yatırım  edirlər.  Bitcoinin  günü  gündən  qalxan 

qiymətinin gətirdiyi gəlir biznesdən gələn gəlirdən daha çox, tez 

və sadə olduğundan bu hal ölkələrdə daxili və xarici investisiyaların 

azalmasına,  pulların  daha  çox  bitcoinə  yönəldilməsinə  səbəb 

olar bilər. Digər bir təhlükə odur ki, ölkələr bitkoinin kimdən nə 

zaman  kimə  ötürüldüyünü  bilmədiyindən  onlar  qanunsuz  pul 

köçürmələrinə  nəzarət  mexanizmini  əldən  buraxırlar.  Bu  da  öz 

növbəsində bir çox ölkələr üçün vergi hesablanmasında, terrorizm 

və narkotika ticarətinin maliyyələşməsinin qarşısının alınmasında 

çətinlik törədəcəkdir di, bunun da fəsadları çox böyük ola bilər. 

Daha bir təhlükə isə sadacə olaraq insanların İT sahəsində heç də 

hamısının savadlı olmaması və kriptovalyutaları əldə edən zaman 

onların  necə  saxlanmasını  bilməməsindədir.  Yəni  kağız  pulların 

oğurlanması  nə  qədər  çətindirsə,  yaxşı  qorunmayan  hesabdan 

kriptovalyutaların  oğurlanması  da  o  qədər  asandır.  Bu  zaman 

cinayət halının aşkar edilməsi, oğruların üzə çıxarılması da demək 

olar ki, mümkünsüzdür. 

Bitkoinin  gələcəyi  bağlı  proqnozlar  müxtəlif  olsa  da  onun 

nə  zamansa  duracağını  və  ya  daha  yaxşı  bir  kriptovalyuta  ilə 

əvəzlənəcəyi gözləniləndir. Bir çox şirkətlər bitkoini ödəniş vasitəsi 

kimi  qəbul  eləsələrdə  bitkoinin  ölkələr  tərəfindən  rəsmi  olaraq 

qəbul  edilərək  istifadə  edilməsi  iqtisasiyyata  gələcəkdə  ziyan 

vura biləcək bir hala çevrilə bilər. Belə ki bu, ölkədə istehsalı və 

ümumiyyətlə iqtisadiyyatı zəiflədən bir proses olardı. Heç kimsə 

məhdud  sayda,  dəyərinin  günbəgün  qalxdığı  bir  pulu  nəyəsə 

xərcləmək istəməyəcəkdir ki, bu da yekunda deflyasiya yaradaraq 

iqtisadi inkişafı zəiflədəcəkdir.. 

Bitkoinin nə qədər təhlükəlidirsə də blokçeynin tətbiqi bir o 

qərəd faydalarıdır. Reallıq bundan ibarətdir ki, gələcəkdə bitkoin 

olmasa belə blokçeynin olacağı qaçılmazdır və bu keçidi daha tez 

edən ölkələr digərlərindən bir addım öndə olacaqlar. Bu səbəbdən 

də, bu sahənin öyrənilməsi və tətbiqi ölkəmiz üçün bir prioritet 

olmalıdır.  



H

İFƏ



46

BLOKÇEYN 

DÜNYANI 

DƏYİŞDİRƏCƏKMİ?

B

 

lokçeyn  dünyanın  yenidən 



qurulmasına 

iddialı 


bir 

prosesdir.  Vaxtilə  internetsiz 

həyatımıza 

internetin 

müdaxiləsi 

nəinki 


yeni 

informasiya, yeni bilik gətirdi, hətta yeni 

cəmiyyət, yeni həyat tərzi, yeni insan, yeni 

nəsil və eyni zamanda yeni perspektivlər 

yaratdı.  Eyni  hadisələr  bizi  blokçeynlə 

gözləyir.  Blokçeyn  haqda  danışarkan 

ilk  növbədə  bitcoin    və  kriptovalyuta 

haqqında danışmalıyıq. 



Bitcoin  –  rəqəmsal  kriptovalyuta 

və eyniadlı elektron ödəniş şəbəkəsidir. 

Bitcoinin  tarixi  2008-ci  ildən  başlayır. 

Bəs  kriptovalyuta  nədir,  hansı  növləri 

var,  harda  və  necə  istifadə  etmək 

mümkündür?



Pul  –  elə  universal  məhsuldur  ki, 

onsuz  heç  bir  müasir  cəmiyyət  keçinə 

bilməz.  Zaman  keçdikcə  pulun  özü 

də  inkişaf  edən  texnoloji  nailiyyətlər 

sayəsində yeni və daha geniş imkanlara 

malik ödəniş vasitəsinə çevrilir.



Bunlardan biri də kriptovalyutalardır. 

Kriptovalyuta  –  virtual  (rəqəmsal) 

valyutanın  bir  növü  olmaqla  elektron 

ödəniş şəbəkəsidir. 

İnternet şəbəkəsinin qlobal xarakter 

daşıdığı bir dövrdə kriptovalyuta maliyyə 

sistemində  innovativ  bir  yenilikdir  və 

ödəniş  vasitəsi  kimi  yaxın  gələcəkdə  

ən  ideal  valyuta  olacağı  qaçılmazdır. 

Hətta kriptovalyutaya internetin qızılı da 

demək mümkündür. 

Kriptovalyuta 

birbaşa 


internet 

şəbəkəsində yaradılır və heç bir ölkənin 

maliyyə-valyuta sistemi ilə əlaqəli deyil. 

Əsas xarakteristikası: mərkəzləşdirilmiş 

nəzarət 


mexanizminin 

olmaması, 

inflasiyaya məruz qalmır, saxta emissiya 

xüsusiyyətinin  qeyri-mümkün  olmasıdır. 

Bu  halda    fiziki  və  hüquqi  şəxslər  bir-

biri  ilə  bank  və  ya  hər  hansı  vasitəçi 

olmadan,  həmçinin  heç  bir  komissiya 

xərci ödəmədən valyuta mübadiləsi edir. 

Maliyyə sahəsində inqilabi yenilikdir! 

Hər  bir  kriptovalyuta  vahidi  ingilis 

dilində  –  Coin  adlanır  və  coinlərin 

emissiyası  yalnız  qabaqcadan  müəyyən 

olunmuş  alqoritm  əsasında  məhdud 

sayda  ola  bilər.  Coinlərin  hər  birində 



BLOKÇEYN, BITCOIN, KRİPTOVALYUTA - BİR 

ÇOXLARI ÜÇÜN BU TERMİNLƏR OLDUQCA 

YENİDİR VƏ ÇOXLARI BUNLARI REAL HƏYATDAN 

KƏNAR  ELMİ TERMİNLƏR KİMİ  GÖRÜRLƏR. 

AMMA ƏSLİNDƏ YAXIN GƏLƏCƏK BUNUN TAM  

ƏKSİNİ GÖSTƏRƏCƏK. 

kriptovalyutaya internetin  

qızılı da demək mümkündür

dos. AİDA QULİYEVA




Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə