Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər Kriptovalyuta ifadəsi, xüsusi ilə onun ilk



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix20.09.2018
ölçüsü5 Mb.
#69889
1   ...   20   21   22   23   24   25   26   27   28

H

İFƏ



51

yeni  şifrələmə  sistemi  üzərində  işə  başlanılıb.  Bu  sistemin 

köməyi  ilə  yüksək  məxfiliyi  ilə  seçilən  konfidensial 

informasiyaları  bölüşmək  mümkün  olacaq.  “Enigma”nın 

dünyanın  məxfi  xidmətləri  tərəfindən  istifadə  edilən 

konfidensial  informasiyaların  ötürülmə  sistemindən  fərqi 

ondadır  ki,  bu  sistem  desentral  “bulud”  platformasıdır  və 

özündə konfidensial informasiyaların saxlanılmasını, analizini 

mümkün  edir.  Lakin  həmin  informasiya  heç  bir  tərəf  üçün 

tam  açıqlanmır.  “Enigma”nın,  hətta  ən  təcrübəli  hakerlər 

qrupu tərəfindən sındırılması qeyri-mümkündür.

Koinlərin  birjalarda  qiymətinin  durmadan  artması 

“Blokçeyn”  texnologiyalarının  dünya  trendinə  çevrilməsinə 

səbəb  olub  ki,  bu  da  vençur  kapitalistlərinin  ciddi  marağı 

ilə  qarşılanıb.  Nəticədə,  “Blokçeyn”  texnologiyalarına  ciddi 

investisiya  axını  müşahidə  olunur.  Hazırda  kriptovalyuta 

investisyasının ümumi dəyəri 239 milyon ABŞ dollarına çatıb. 

Son  illər  “Blokçeyn”  texnologiyaları  Azərbaycanda  da 

öz  aktuallığı  ilə  seçilən  mövzulardandır.  Ölkəmizdə  bu 

texnologiyalara  əsaslanan  yeni  startaplar  o  qədər  də  gözə 

çarpmasa da, kriptovalyuta ticarəti ilə məşğul olan fiziki və 

hüquqi  şəxslər  kifayət  qədərdir.  Artıq  “bitcoin”,  “altcoin”, 

“mayning”  kimi  terminlər  tez-tez  kütləvi  informasiya 

vasitələrində yazılır və səsləndirilir.

Bəzi iqtisadçılar kriptovalyuta ticarətini riskli peşə hesab 

edirlər.  Lakin  koinlərin  hansı  şirkətlər  tərəfindən  alınıb-

satılması haqqında dolğun informasiyaya malik olan insanlar 

bu növ ticarətlə məşğul olaraq, qısa müddət ərzində kifayət 

qədər gəlir əldə edə bilirlər.

“Mayning” fermalarının yaradılmasını Azərbaycan startap 

ekosistemi  üçün  daha  münasib  hesab  etmək  olar.  Burada 

istifadə  olunan  avadanlıqların  sıradan  çıxmasını  nəzərə 

almasaq,  “Mayning”  kriptovalyuta  ticarətinə  nisbətən  daha 

az  riskli  biznes  hesab  olunur.  Bu  prosesi  həyata  keçirmək 

üçün ilkin olaraq 500 manatlıq avadanlıqla başlayan startap 

müəyyən vaxtdan sonra 100000 manatlıq “Mayning” ferması 

qura bilər. Müşahidələr göstərir ki, “Mayning” biznesi ilə daha 

çox tələbələr məşğul olurlar.

Azərbaycanda  “PayPal”  sisteminin  dəstəklənməməsi 

ölkəmizdən  xaricə  onlayn  ticarəti  mümkünsüz  edir.  Bütün 

dünyanın  ticarət  etdiyi  “Amazon”,  “Ebay”  kimi  ticarət 

platformalarında  ölkəmizdən  xaricə  satış  həyata  keçirmək 

mümkün deyil. Onlayn ixracın stimullaşdırılması “bitcoin”lərin 

ölkədə papulyarlaşmasından asılıdır. Koinlər vasitəsi ilə satış 

həyata keçirən startaplar yaranarsa, Azərbaycanda beynəlxalq 

onlayn satışının inkişafı qaçılmaz olacaq. 

Ümumilikdə,  “Blokçeyn”  texnologiyalarının  tətbiqi 

ölkədə  startapların  investisiya  cəlbediciliyini  artıracaq,  gənc 

sahibkarlığın inkişafına təkan verəcək.



Mayninq



 

fermalarının

 

yaradılmasını 

Azərbaycan star-

tap ekosistemi 

üçün daha müna-

sib hesab et-

mək olar.



H

İFƏ



52

Ö

tən  əsrin  sonlarında 



meydana 

gələn 


Google,  Facebook  kimi 

şirkətlər  dünyada  yeni 

paradiqmaya 

keçidi 


şərtləndirmişdir.  Belə  ki,  bu  zaman 

BitTorrent adlanan internet texnologiyası 

yaradılmış, BitTorrent isə pirinq prosesini 

reallaşdırmışdır.  Pirinqdə  faylın  1 

kompüterdə  tam  olması  vacib  deyil. 

Pirinqdə fayl milyonlarla hissələrə bölünə 

və  hər  bir  istifadəçi  faylın  müəyyən  bir 

qisminə  sahib  ola  bilir.  Faylı  orijinal 

yükləyən  onu  ən  azı  bir  istifadəçiyə 

ötürdükdən  sonra  özü  şəbəkəni  tərk 

edə  də  bilir.  Çünki  bu  zaman  digər 

istifadəçilər  faylı  nüsxələşdirib  yaya 

bilirlər. Bunun üçün, yəni faylın yayılması 

üçün  kriptoqrafik  imzalanmış  uzun  və 

mürəkkəb koda sahib olmaq lazımdır.

BitTorrentin əsas cəhəti istənilən faylın 

internetə  çıxışı  olan  ixtiyari  istifadəçiyə 

əlçatan olmasıdır. Bu isə əqli mülkiyyətə 

təhlükə yaratmaqla, ilk növbədə, kino və 

musiqi kimi əyləncə sənayesini məhv edə 

biləndir.  Buna  baxmayaraq,  BitTorrentin 

qarşısını  almaq  mümkün  deyildir.  Məhz 

bu  səbəbdən,  yeni  növ  kriptovalyuta  – 

Bitcoin  təklif  edilmişdir.  Bitcoin  bütün 

ənənəvi  maliyyə  institutlarının  üstündən 

xətt  çəkir.  Bu,  yeni  pul  konsepsiyasının 

yaranması deməkdir. 

Ənənəvi  pulun  əsas  xassəsi  onun 

hamı tərəfindən dəyər nişanı kimi qəbul 

edilməsidır.  Bunun  üçün  isə  pulun 

arxasında iqtisadi güc durmalıdır. Bu pulu 

yaratmaq,  saxlamaq,  daşımaq,  bərpa 

etmək, qorumaq isə külli miqdarda xərc 

tələb edir.

Bitcoinin,  kriptovalyutanın  arxasında 

isə  heç  bir  hökümət.  Deməli,  məlum 

xərclərə ehtiyac yoxdur.  Kriptovalyutanın 

arxasında  yalnız  internet  durur.  İnternet 

isə heç kimin deyildir. Deməli, Bitcoin milli 

deyil,  suveren  valyutadır.  Yəni,  Bitcoin 

siyasət aləti deyildir.

Bitcoin də, adi valyuta kimi, kollektiv 

inam prinsipi ilə işləyir. 

Məlum  olduğu  kimi,  blokçeyn 

texnologiyasının işləmə prosesi bir qədər 

mürəkkəbdir. Ənənəvi maliyyə sistemində 

pul əməliyyatları bank vasitəsiylə həyata 

keçirilir.  Burada  hər  bir  transaksiya 

qeydiyyata alınır, pulların haradan - hara 

getdiyi  aydın  olur.  Banklar  beynəlxalq 

ticarəti təmin edir, valyutaları bir - birinə 

çevirir. Bitcoində isə pul və transaksiyanın 

özü  rəqəmsaldır.  Hər  bir  transaksiya 

kriptoqrafik olaraq şifrələnib ötürülür. Yəni 

istifadəçilər bir - birinə bitcoin ötürərkən 

göndərən  də,  alan  da  uzun  şifrələnmiş 

rəqəm  və  hərflərdən  ibarət  kod  görür. 

Sistem  həmin  kodu  pul  kimi  görür  və 

qəbul  edir.  Sistemdə  hər  şifr  unikaldır 

və  nüsxələşdirilə  bilməz.  Yəni  saxta  pul 

kəsmək qeyri-mümkündür, yaxud pulu 2 

dəfə xərcləmək olmaz. Ən əsas məsələ isə 

bitcoinin  arxasında  maliyyə  institutunun 

olmamasıdır. Yəni onu çap edən mərkəzi 

bank  yoxdur.  Dövriyyədə  olan  bitcoinin 

miqdarını ancaq blokçeyn bilir. Bitcoinin 

sayı  limitlidir.  Bu,  inflyasiyanın  qarşısını 

alır,  yalnız  deflyasiya  ola  bilər,  yəni  pul 

zaman keçdikcə yalnız dəyər qazana bilər.

Artıq sözügedan bütün bu proseslərin 

rəqəmsallaşması qaçılmazdır. 

Blokçeyn  mövzusu  ən  yüksək 

dairələrdə  belə  müzakirə  olunur,  artıq 

tətbiq edib-etməmək deyil, nə vaxt tətbiq 

edək müzakirə olunur. 

Ukrayna korrupsiya ilə mübarizə üçün 

blokçeyn əsaslı sistem hazırlayır.

Blokçeyn  texnologiyası  bankların 

nüfuzunu 

yox 


edəcək, 

elektrik 



“Blokçeyn texnolo-

giyası internetin 

ikinci nəslidir”

BLOKÇEYN TEXNOLOGİYASI

          Azərbaycanda tətbiq oluna bilərmi?

dos. HAFİZ BAYRAMOV




Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə