Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər Kriptovalyuta ifadəsi, xüsusi ilə onun ilk



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix20.09.2018
ölçüsü5 Mb.
#69889
1   ...   20   21   22   23   24   25   26   27   28

H

İFƏ



53

şəbəkələrinin  səmərəliliyini  yüksəldəcək, 

musiqi 

sənayesini 



dəyişəcək 

və 


jurnalistikanı xilas edəcək.

Mütəxəssislərə 

görə, 

blokçeyn 



texnologiyası İnternetin ikinci nəslidir. 

Blokçeyn  texnologiyası  rəqəmsal 

aktivləri  izləməyə,  onların  orijinallığını 

təsdiq  etməyə  imkan  verir,  icazəsiz 

köçürülmənin  qarşısını  alır.    Valyuta 

əməliyyatları  üçün  onun  necə  qiymətli 

olduğu məlumdur. Lakin onun köməyilə 

həm  də  digər  rəqəmsal  dəyərlər, 

müqavilələr  və  əmlakların  mübadiləsini 

aparmaq mümkündür. 

Biznes  üçün  adətən  iki  günə  baş 

tutan tranzaksiya, Ripple finteks-şirkətinin 

blokçeyn  protokolunun  köməyi  ilə  tam 

şəffaf  halda  10  saniyədən  də  az  vaxtda 

başa çatdırılmışdır.

Texnologiyaların  tam  kommersi-

yalaşdırılması ilə banklar real vaxt rejimində, 

günün  istənilən  vaxtı,  məhdudiyyətsiz 

transsərhəd  ödənişləri  apara  bilərlər. 

Bundan  başqa,  bank  öz  məlumatında 

bildirir  ki,  belə  ödənişlərdə  xüsusi 

əhəmiyyət kəsb edən köçürülən məbləğin 

və valyuta kurslarının şəffaflığıdır.

Standard  Chartered  bu  yaxınlarda, 

blokçeyn  (blockchain)  maliyyə  texnolo-

giyaları  əsasında  qlobal  beynəlxalq 

ödənişlərin 

aparılması 

üçün 

ilk 


banklararası qrupu təşkil edən Ripple ilə 

strateji tərəfdaşlığı barədə elan edib.

Hazırda  maliyyə  sektorunda  ən  çox 

müzakirə  olunan  mövzulardan  biri  də 

Blockchain  (blokçeyn)  texnologiyası  və 

onun  tətbiq  istiqamətləridir.  2017-ci  ilin 

əvvəlindən  başlayaraq  bir  çox  ölkələrdə 

artıq  dövlət  səviyyəsində  bu  texno-

logiyaya  maraq  sürətlə  artmaqdadır  və 

ciddi şəkildə araşdırmalar aparılır. 

Azərbaycan  reallığında  faktiki  olaraq 

bir  çox  banklar,  maliyyə  təşkilatları  və 

həmçinin  dövlətin  iqtisadi  qurumları 

blokçeyn 

texnologiyası 

barədə 


informasiya  əldə  etməmişlər.  Lakin 

Azərbaycanda blokçeyn texnologiyasının 

tətbiq  olunması  innovasiya  inkişafı 

üçün  əlverişli  mühitin  formalaşmasına 

yardım  edəcək,  sahibkarlar,  vətəndaşlar 

və 


hökumət 

arasında 

dialoqu 

möhkəmləndirəcək,  həmçinin  ölkənin 

investisiya mühitini yaxşılaşdıracaq. 

Bütün  bu  deyilənlər  onu  göstərir  ki, 

Azərbaycanda blokçeyn texnologiyasının 

tətbiq  olunması  təxirəsalınmaz  vəzifədir. 

Bu sahədə kecikmək yolverilməzdir.



H

İFƏ



54

F. H


ay

ek

: P



ul

un

 ə



ks

m

illi



ləş

di

rilm



əs

i v


ə

KR

IP



TO

VA

LY



U

TA

KLASSİK MÜTƏFƏKKİRLƏRDƏN BAŞLAYARAQ İQTİSADÇILAR 



ARASINDA ÜMUMİ BİR İNAM VAR Kİ, HÖKUMƏTİN ƏN VACİB 

FUNKSİYALARINDAN BİRİ PUL MEXANİZMİNİ YARATMAQ VƏ 

PUL EMİSSİYA ETMƏKDİR.

dos. ANAR RZAYEV

İqtisadçılar  arasında  hökumətlərin 

pul  emissiyasını  nə  dərəcədə  effektiv 

yerinə yetirməsi və pul təminatı üzərində 

hökumət təsirinin artırılması və azaldılması 

vasitələri barədə debatlar olmuşdur. Lakin 

əsas  mülahizə  ondan  ibarət  olmuşdur 

ki,  hökumət  monetar  siyasətə  nəzarət 

etməlidir  və  hər  bir  ölkə  özünün  pul 

vahidlərinə malik olmalıdır.

Məhz  bu  mülahizə  F.  A.  Hayek 

tərəfindən  “Pulun  əks-milliləşdirilməsi: 

dəqiqləşdirilmiş 

arqument, 

paralel 


Valyutalar  Nəzəriyyəsi  və  Təcrübəsinin 

Təhlili”  əsərində  sual  altına  alınmışdır. 

Əsərdə F. A. Hayek sübut etməyə çalışıb 

ki,  pul  digər  əmtəələrdən  fərqlənmir 

və  o,  hökumət  inhisarı  tərəfindən  deyil, 

özəl  emitentlər  arasındakı  rəqabət  yolu 

ilə  bazara  təklif  edilməlidir.  O,  klassik 

Adam  Smit  ənənəsi  ilə,  lakin  XX  əsrə 

münasibətdə iddia edir ki, yaxşı nəticələr 

əldə etmək üçün özəl maraqların xeyirxah 

niyyətlərdən  daha  yaxşı  motiv  olduğu 

barədə qaydadan pul da istisna deyildir. 

Hayek qeyd edir ki, pul emissiyası Adam 

Smitin  dövlətə  münasibətdə  söylədiyi 




H

İFƏ



55

F. H


ay

ek

: P



ul

un

 ə



ks

m

illi



ləş

di

rilm



əs

i v


ə

KR

IP



TO

VA

LY



U

TA

vəzifələr arasında deyildir. Bir sözlə, Hayekin 



fikrinə görə bazarda bir neçə rəqabət aparan 

valyuta olması daha məqsədəuyğundur.

F.A.  Hayekin  yaxın  tərəfdaşı  Artur 

Seldon  yazır  ki,  rəqabət  aparan  valyutalar 

arqumenti öz mənşəyini Avstriya iqtisadçılar 

məktəbinin fikirlərindən götürür ki, bunları 

da  professor  Lord  Robbins  1931-ci  ildə 

profressor  Hayeki  London  İqtisadiyyat 

Məktəbinə  gətirməklə  Britaniyaya  təqdim 

etmişdir.  Onların  hər  ikisi  Menger,  Uayser, 

Böhm-Baverk  və  Maysesin  əsərlərini 

Britaniya  tələbələri  və  müəllimlərinə 

tanıtmışdılar.

Pul təklifini də digər əmtəə və xidmətlərlə 

yanaşı  bazara  qoyma  fikri  kitabın  yazıldığı 

illərdə inqilabi bir idea idi. İddia edilirdi ki, 

pulun idarə edilməsində son 50 ildəki səylər 

iflasa  uğramışdır  və  vəziyyətdən  çıxış  yolu 

istifadəçilərin  etibarlı  və  sabit  sayacaqları 

valyutalar  təklif  edə  bilmədikdə  öz 

fəaliyyətini itirmək təhlükəsinə məruz 

qalacaq  pul  agentliklərinin  özəl 

maraqlarına söykənməlidir.

F . A . H a y e k i n 

bu  kitabı 

pul  təchizatı  üzərində  dövlət  nəzarətini 

bazarda rəqabət aparan fərdi tədavülçülərlə 

əvəzləmək  kimi  inqilabi  məqsəd  barədə 

tutarlı bir mətn olmuşdur. Lakin alimin bu 

fikirləri  ciddiyə  alınmamış  və  geniş  qəbul 

edilməmişdir.

Hazırki 


dövrdə 

kriptovalyutaların 

təşəkkül  tapmsı,  onların  bazar  tərəfindən 

qəbul  edilməsi  və  məzənnələrinin  sürətlə 

artması  faktiki  olaraq  F.A.  Hayekin 

nəzəriyyəsinin  həyatqabiliyyətli  olmasını 

sübüt edir.

Əgər  M.  Fridman  monetarizmin 

yaradıcısı  kimi  qəbul  edilirsə  F.A.Hayek 

kriptoiqtisadiyyatın  və  yaxud  ultra-neo 

monetarizmin  yaradıcısı  kimi  qəbul 

edilməlidir.

Qeyd:  F.  A.  Hayekin  “Pulun  əks-

milliləşdirilməsi: dəqiqləşdirilmiş arqument. 

Paralel 

Valyutalar 

Nəzəriyyəsi 

və 


Təcrübəsinin  Təhlili”  kitabı  UNEC  rektoru 

prof. Ə.C.Muradovun elmi redaktorluğu 

ilə  2017-ci  ildə  tərcümə  edilərək 

“İqtisad  Universiteti”  nəşriyyatı 

tərəfindən 

çap 


edilmişdir.

“PUL TƏDAVÜLÜ 

ÜZƏRİNDƏ İNHİSARI 

DAYANDIRMAQ 

İDEYASININ TƏDQİQİ 

HEYRANEDİCİ NƏZƏRİ 

PERSPEKTİVLƏR 

AÇIR VƏ ƏVVƏLLƏR 

HEÇ NƏZƏRDƏN 

KEÇİRİLMƏMİŞ BİR 

SIRA MÜMKÜN 

KOMBINASIYALARI ÜZƏ 

ÇIXARIR”. 

F. HAYEK



Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə