Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə3/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   2   3   4   5   6   7   8   9   ...   154

 

8

apardılar  və  bu  səbəbdən  də  Oğuz  onlara  –  Kanqlı,  yəni  ara-



baçılar, arabası olanlar adı verdi» (Rəşədəddin, 1992, s. 9). 

Arabaların guya hind-Avropa arealında yayılması və sonra-

lar cənub – Qafqaz istiqamətində yayılması barədə A. D. Rezep-

kinin  fikirləri  ilə  razılaşmayan  N.  Müseyibli  haqlı  olaraq  qeyd 

edir ki, təkər modellərinin  ən qədim  nümunələrinin Balkan abi-

dələrində aşkar edilməsi fikri doğru deyildir. Belə ki, hind-avro-

palıların ilk vətənindən uzaqda – Azərbaycanın Muğan bölgəsin-

də  qazılan,  eneolit  dövrünə  aid  Polutəpə  yaşayış  yerindən 

(Ахундов,  2011,  s.  224-225)  e.ə.  V  minilliyə  aid  təkər  modeli 

aşkar edilmişdir (Müseyibli N., 2014, s.84-85).  

Saxsıdan  hazırlanmış  təkər  modellərinə  Leylatəpə,  Böyük 

Kəsik,  Qalayeri  və  II  Poylu  yaşayış  yerlərində  (hamısı  e.ə.  IV 

minillik) də rast gəlinmişdir (Müseyibli N., 2014, s.85). 

Sibir  və  Altay  türklərinin  mifik  təsəvvürlərinə  görə  orta 

dünya, yəni yer sadəcə insanların və heyvanların yaşadıqları, bit-

kilərin mövcud olduğu bir məkan deyil. Burada da yixarı dünya-

da, yəni göylərdə olduğu kimi çox sayda ruhlar – çaylarn, göllə-

rin, dağların və s. hami ruhları yaşamaqdadır (Алексеев, 1980). 

Bu  fikir  saxa-yakutlar  üçün  də  xarakterikdir.  Onlar  inanmışlar 

ki, yer üzündə göylərdəki və yerin altındakı ruhlardan – abaası-

lardan  fərqli  “kiçik  abaasılar”  yaşayır  və  bəzi  xəstəliklərin  sə-

bəbkarı onlardır (Кулаковский, 1979, с. 27-28; Попов, 1949, с. 

255-323). Azərbaycan və Anadoluda bu varlıqlara «albastı», «al 

qarısı», «almas» və ya «hal anası» deyirlər. 

Sibir və Altayda yaşayan digər türk xalqlarının mifologiyasın-

da olduğu kimi, saxa-yakuut türklərinin də mifik təsəvvürlərinə gö-

rə, yerin altında aşağı dünya  yerləşir. Bu dünya günəş və ayın işı-

ğının zəif saçdığı yarıqaranlq və ya qaranlıq aləm kimi təsvir edilir 

(Кулаковский,  1979,  с.12;  Эргис,  1974,  с.  136),  “Kətit  ötügen” 

(geniş  məşhər  yeri)  və  ya  “kedən  tügəgə”  (məşhər  yerinin  dibi) 

adlandırlır.  Bu  adlardan  birincisində  işlənmiş  “ötügen”  termininə 

Orxon-Yenisey abidlərində də rast gəlinir. Bu, Selenqa və Yenisey 

çaylarınn  mənsəbləri  arasında  uzanan  bir  dağ  silsiləsinin  adıdır 

(Потапов, 1978, с. 34). Q. U. Erqis  bu  faktdan çıxış  edərək,  belə 




 

9

bir  ehtimal  irəli  sürmüşdür  ki,  saxa-yakutlar  nə  zamansa  göytürk-



lərlə (türkütlərlə) və onların  yaşadıqları  Ötügen ölkəsi  ilə təmasda 

olmuş, fəqət zamanla bu ölkə – əcdadlarının torpağı yaddaşlarından 

silinmiş, yalnız əfsanə və rəvayətlərdə yaşamaqda davam etmişdir. 

Eyni  sözləri  saxa-yakut  rəvayətlərində  “Bayxal”  kimi  yad  edilən 

Baykal gölü barədə də söyləmək olar (Эргис, 1974, с. 137-138). N. 

A.Alekseyev isə “Ötügen” oroniminin yeraltı, aşağı dünyanın, yəni 

şər  ruhların  yaşadığı  məkanın  adına  çevrilməsinin  saxa-yakutlarla 

göytürklərin  bir  vaxtlar  düşmənçilik  etmiş  olmaları  ilə  bağlı  ola 

biləcəyini ehtimal edir (Алексеев, 1984, с. 49). 

Saxa-yakutlar aşağı dünyanın  şər ruhlarını da eynən  yuxarı 

dünyanın ruhları kimi antropomorfik təsəvvür etmişlər. Onlar bu 

ruhları yeddi qəbiləyə bölür, başçılarını isə Arsan Duolay adlan-

dırırlar (Слепцов, 1886, с. 120). Arsan Duolayın yeraltı xanlığın 

dibində,  hörümçəklərin  qaynaşdğı  palçıq  vulkanının  yaxınlığın-

da yaşadğı hesab edilir (Потапов, 1949, с. 280). Onun şəxsiyyə-

ti barədə təsəvvürlər dumanlıdır (Tuncay B., 2014). 

Aşağı dünya sakinlərinin adlarının nisbətən təkmil siyahısı-

nı  V.M.İonov  tərtib  etmişdir:  Arsan  Duolay,  Buor  Manqalay, 

Luo xaan toyon (Tuncay B., 2014). Bu adlar içərisində Luo xaan 

(əjdaha  xan-ağa)  adı  maraq  doğurur.  Belə  ki,  əski  türk  dilində 

“lu”,  “luo”  əjdaha  deməkdir.  Əjdaha  isə  digər  türk  xalqlarının 

mifik təsəvvürlərinə görə göy sakinidir. Saxa-yakutların Luo xa-

anı isə aşağı dünyanı təmsil edir. O, eynən Buor Manqalay kimi 

Arsan  Duolayın  oğullarından  biridir  və  yeddi  qəbilədən  birinə 

başçılıq edir (Слепцов, 1886, с. 121). 

Üçqatlı dünya modelin izləri Azərbaycan folklorunda da qoru-

nub saxlanmışdır. Folklorşünas alim R. Qafarov mövzu ilə bağlı ya-

zır ki,  «Kitabi-Dədə Qorqud»da  həmin təsəvvürlərə söykənən  mi-

fik dünya modelinin tam təsvirinə rast gəlirik. «İlk olaraq onu vur-

ğulamaq lazımdır ki, Azərbaycanda yazıya alınan Drezden nüsxəsi-

nin on iki boylu mətnində eposun hadisələri yer üzündə üç çadırın 

(ağ, qırmızı, qara) dikəlməsi  ilə  başlayır  və  başı göyə toxunan  bir 

göy çadırın qurulması ilə tamamlanır» (Qafarov R., 2010, s.31-32). 



 

10

Saxa-yakutlar ölən  insanların bir qisminin ruhlarının üörlə-



rə çevrildiklərinə  inanmışlar. Bu “üör”lər  insanları  narahat edir, 

onların  xəstələnmələrinə,  başlarına  pis  hadisələrin  gəlmələrinə 

səbəbkar olurlar: 

«Saxaların  (yakutların)  inancına  görə,  insanlar  öldükdən 

sonra ölülər  dünyasına  köçsəlr  də  və  başqa  dünyanın  sakinlrinə 

çevrilsələr  də,  ruhları  geri  dönüb  insanların  arasında  yaşaya 

bilirlər.  Bu  halda  onlar  yalnız  şər  ruhlara  –  üörlərə  çevrilirlər. 

Türkəçarə (otçi) Bürqesin V. M. İonov tərəfindən qeydə alınmış 

sözlərindən  belə  aydın  olur  ki,  Ölən  insanın  ruhu  (sür  və  qut) 

ölülər  dünyasına  köçdükdən  sonra  ruhlar  ondan  üörə  çevrilmək 

istəyib-istəmədiklərini soruşurlar, cavab müsbət olduqda onu üç 

dəfə  şəkildən  şəklə  salır,  üörə  çevirir  və  insanların  yaşadıqları 

orta dünyaya qovurlar. Bu  məqsədlə ona  insan  şəkli  verir,  içinə 

isə abaası yerləşdirirlər. Və bu abaası – üör yer üzünü ölən ada-

mın şəklində dolaşmağa başlayır» (Tuncay B., 2014). 

Üörlər insanlara yaxınlaşdqda insanlar onları görmürlər. Çün-

ki onlar da digər ruhlar kimi görünməzdilər. Belə hesab edilirdi ki, 

mərhumları  adları  ilə  çağırmaq  olmaz,  əks  təqdirdə  onlar  həmin 

insandan  əl  çəkməyəcək  və  ona  pislik  edəcəkıər  (Ксенефонтов, 

1929,  с.  9).  Bu  inancın  izləri  bir  Azərbaycan  nağılında  (Oxxayın 

nağılı) da öz  izlərini qorumuşdur. Həmin  nağılda qəhrəman  atası-

nın  bilmədən  və  istəmədən  Oxxay  adlı bəd  ruhun  adını  çəkdiyin-

dən onun bəd əməlləri ilə üzləşməli olur (Tuncay B., 2014). 

Saxaların (yakutların) inancına görə, üörlər sırasına başıboş 

və axmaq adamların (dəlilərin), xüsusi amansızlıqla öldürülmüş-

lərin,  intihar  etmişlərin  və  cadugərlərin  ruhları  çevrilirlər.  Dəli-

lər ona görə üörə çevrilirlər ki, onlar, bir qayda olaraq, qadınla-

rın şər ruhları ilə intim münasibətlərindən doğulmuşlar və bu üz-

dən də onların “normal ruh”a çevrilmələri mükün deyil. Qəddar-

lıqla öldürülənlər isə üörə könüllü surətdə çevrilirdilər ki, öz qa-

tillərindən qisas ala bilsinlər. İntihar edənlərə gəlincə isə, bunlar 

sağlıqlarında  bədənlərinə  bəd  ruhlar  girən  və  ağılları  əllərindən 

alınanlardır ki, onların da üördən başqa bir şeyə çevrilmsi imkan 

xaricindədirlər (Слепцов, 1886, с. 130; Припузов, 1884, с. 64). 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə