Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə4/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   2   3   4   5   6   7   8   9   ...   154

 

11

Cadugərlərin ruhlarının nədən üörə çevrildiyi isə dəqiq mə-



lum  deyil.  N.A.Alekseyevin  fikrincə,  bu  ona  görə  baş  verir  ki, 

cadugərlər  cadu  etmək  üçün  mütləq  hər  hansısa  bir  bəd  ruhla 

əlaqəyə girməli olurlar. Onun  yazdğına görə, daim ruhlarla əla-

qədə olan qüdrətli şamanlar da üör ola bilər (Tuncay B., 2014). 

Rus alimləri tərəfindən toplanmış materiallardan göründüyü 

kimi,  ayrı-ayrı  soyların  onqonu  (totemi)  olan  quş  və  heyvanlar 

da  təsadüfən,  ehtiyatsızlıq  üzündən  öldürüldükdə  üörlərə  çevri-

lirlər.  Eyni  sözləri  eybəcət  buzov  və  dayçalar  barədə  də  söylə-

mək olar (Пекарский, 1959, с. 2886). 

İnsanlara ziyan vuran xırda ruhlardan və üörlərdən başqa, sa-

xaların (yakutların) orta dünyaya aid etdikləri fövqaltəbii varlıqlar 

içərisində  yuxarı  dünya  ilə  orta  dünya  arasında  var-gəl  edən 

Vosol  ağa  və  Mosol  xanım  da  yer  almaqdadırlar.  Bu  mifik  var-

lıqlar İsəgey Ayıısıt adlı tanrıçanın mal-qaraya qut verməsinə ma-

ne olurlar. Bunun üçün onların buzdan qayrılmış xüsusi tövlə, axıl 

və binələri var. Onların oğlu Buos Bəsirik isə onlarn oğurladıqları 

mal-qaranı yenidən İsəgey Ayıısıta qaytarmaqla məşğuldur. 

Orta  dünyada  onun  öz  real  və  mifik  varlqlarından  başqa, 

yuxarı və aşağı dünyaların sakinlərinin də tez-tez peyda olmala-

rına və yer üzünü tufan kimi dolaşdıqlarına inanılmşdır. Belə he-

sab edilirdi ki, bu tip abaasılar od saçır və onları xəstəliyin tüğ-

yan etdiyi  yerlərdə  müşahidə etmək  mümkündür. Bu bəd ruhlar 

adətən əyri-üyrü ağacların oyuqlarnda məskunlaşırlar. 

Sibir və Altayda yaşayan digər türk xalqlarının mifologiyasın-

da olduğu kimi, saxa-yakuut türklərinin də mifik təsəvvürlərinə gö-

rə, yerin altında aşağı dünya  yerləşir. Bu dünya günəş və ayın işı-

ğının zəif saçdığı yarıqaranlq və ya qaranlıq aləm kimi təsvir edilir 

(Куликовский,  1979,  с.12;  Эргис,  1974,  с.  136),  “Kətit  ötügen” 

(geniş  məşhər  yeri)  və  ya  “kedən  tügəgə”  (məşhər  yerinin  dibi) 

adlandırlır.  Bu  adlardan  birincisində  işlənmiş  “ötügen”  termininə 

Orxon-Yenisey abidlərində də rast gəlinir. Bu, Selenqa və Yenisey 

çaylarınn  mənsəbləri  arasında  uzanan  bir  dağ  silsiləsinin  adıdır 

(Потапов, 1978, с. 34). Q.U.Erqis bu faktdan çıxış edərək, belə bir 

ehtimal  irəli  sürmüşdür  ki,  saxa-yakutlar  nə  zamansa  göytürklərlə 




 

12

(türkütlərlə)  və  onların  yaşadıqları  Ötügen  ölkəsi  ilə  təmasda  ol-



muş,  fəqət zamanla  bu ölkə  – əcdadlarının torpağı yaddaşlarından 

silinmiş, yalnız əfsanə və rəvayətlərdə yaşamaqda davam etmişdir. 

Eyni  sözləri  saxa-yakut  rəvayətlərində  “Bayxal”  kimi  yad  edilən 

Baykal gölü barədə də söyləmək olar (Эргис, 1974, с. 137-138). N. 

A.Alekseyev isə “Ötügen” oroniminin yeraltı, aşağı dünyanın, yəni 

şər  ruhların  yaşadığı  məkanın  adına  çevrilməsinin  saxa-yakutlarla 

göytürklərin  bir  vaxtlar  düşmənçilik  etmiş  olmaları  ilə  bağlı  ola 

biləcəyini ehtimal edir (Алексеев, 1984, с. 49). 

Saxa-yakutlar aşağı dünyanın  şər ruhlarını da eynən  yuxarı 

dünyanın ruhları kimi antropomorfik təsəvvür etmişlər. Onlar bu 

ruhları yeddi qəbiləyə bölür, başçılarını isə Arsan Duolay adlan-

dırırlar (Слепцов, 1886, с. 120). Arsan Duolayın yeraltı xanlığın 

dibində,  hörümçəklərin  qaynaşdğı  palçıq  vulkanının  yaxınlığın-

da yaşadğı hesab edilir (Потапов, 1949, с. 280). Onun şəxsiyyə-

ti barədə təsəvvürlər dumanlıdır. 

Aşağı  dünya  sakinlərinin  adlarının  nisbətən təkmil  siyahısını 

V.İonov tərtib etmişdir: Arsan Duolay, Buor Manqalay, Luo xaan 

toyon  (АИВ  АН  СССР  (ЛО)  ф.  22,  оп.  1,  д.1,  л.  42).  Bu  adlar 

içərisində  Luo  xaan  (əjdaha  xan-ağa)  adı  maraq  doğurur.  Beləki, 

əski  türk  dilində  “lu”,  “luo”  əjdaha  deməkdir.  Əjdaha  isə  digər 

türk  xalqlarının  mifik  təsəvvürlərinə  görə  göy  sakinidir.  Saxa-

yakutların Luo xaanı isə aşağı dünyanı təmsil edir. O, eynən Buor 

Manqalay  kimi  Arsan  Duolayın  oğullarından  biridir  və  yeddi 

qəbilədən birinə başçılıq edir (Слепцов, 1886, с. 121). V. İonovun 

qeydlərində isə söhbət yeddi deyil, iyirmi yeddi qəbilədən gedir və 

onların  başlarında  duranlar  içərisində  ən  məhşurlarının  Luo  xan 

(Luo  xaan),  Buor  Tüsümel  (oğlan)  və  Buor  Manqalay  (qız) 

olduqları bildirilir (АИВ АН СССР (ЛО) ф. 22, оп. 1, д.1, л. 46). 

Q.Ksenefontovun  yazdığna  görə,  onun  dövründə  saxa-ya-

kutların  mifik  təsəvvürlərində  yeraltı  dünyanın  daha  bir  mifik 

sakini – ölüm  və  bədbəxtlik  müjdəçisi olan “Ölör-ölör luo balı-

qa”  adlı  bir  başlı,  iki  quyruqlu  balıq  barədə  təsəvvürlər  də  hələ 

canlı idi (Ксенефонтов, 1928, с. 11). 



 

13

E.Pekarski aşağı dünyanın “Ölör ölüü luo xaan oqusa” adlı da-



ha  bir  mifik  varlığı  barədə  söz açmış  və  bu  varlığın adını  “böyük 

ölümcül  ölüm  öküzü”  (большой  бык  смертной  смерти)  kimi 

tərcümə etmişdir (Пекарский Э.Л., 1959, т. 2, с. 1480). Bu halda 

“ölör  ölüü”  ifadəsinin  hərfi  tərcüməsinin  doğru  olduğunu  qeyd 

edən  Q.Ksenefontovun  fikrincə,  bu  sözbirləşməsi  “ölüm  və  bəd-

bəxtliklərin mənbəyi” anlamına gəlir. Odur ki, “Ölör ölüü luo xaan 

oqusa”nın  adı  “Ölüm  və  bədbəxtliklərin  mənbəyi  olan  öküz  Luo 

xan” kimi tərcümə edilməlidir. Alim yazır ki, saxa-yakutların inan-

cına görə, kəlləsinin ortasında nəhəng və tək buynuz olan bu mifik 

varlıq  vaxtaşırı  yer  altından  yer  üzünə  çıxır,  inəklərin  üzərinə  çö-

kərək, onlarla cinsi əlaqəyə girir  və  bu əlaqədən eybəcər buzovlar 

dünyaya  gəlir.  Əgər  buzov  erkəkdirsə  sahibi,  dişidirsə  sahibəsi 

mütləq öləcəkdir (АИВ АН СССР (ЛО) ф. 22, оп. 1, д.1, л. 34). 

Aşağı dünyanın A.Kulakovski tərəfindən qeydə alınmış nis-

bətən  az  əhəmiyyətli  mifik  obrazlardan  biri  də  Adaqalax  Ala 

Buuray  Toyondur.  Adı  “ayağıyalın,  çılpaq  ağa”  anlamına  gəlir 

(Кулаковский, 1923, с. 26).  

Bu tip ruhlardan biri də Dulurba Xara Toyondur (Алексеев, 

1984, с. 50). Saxa-yakutlar vərəm və digər xəstəliklərin yayıcısı 

hesab  edilən  Aan  Arbatıı  Toyonu  və  uşaqları  məhv  edən  Xarsa 

Tördönü daha dəhşətli və qorxulu aşağı dünya ruhlarndan hesab 

edilirdilər. Aşağı dünyanın sakinləri ümumiyyətlə bir çox xəstə-

liklərin  törədiciləri  kimi  qəbul  edilir,  onların  hər  birinin  yeraltı 

dünyada  özünəməxsus  sahəsinin  –  ulusunun  və  məskən  yerinin 

olduğuna, bu ruhların ayr-ayrı qəbilələrdən ibarət olduğuna ina-

nılırdı. Məsələn, Xarsa qəbiləsinə mənsub ruhların aşağı dünya-

nın şimalında  məskun olduqları  hesab  edilir, onlardan  insanlara 

ən yaxın məkanda yaşayanlar aşağdaklardır: 

Ağzı qana bulaşmış 

Xaan Badalay ağa, 

Xaan Babadılaq xanım. 

Oğulları Xarqıy Xara, 

Qızları Xaan Xadıalama (АИВ АН СССР (ЛО)  

ф. 22, оп. 1, д.1, л. 51). 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə