Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət İqtisad Universiteti
Fakultə: Uçot-İqtisad
Kurs: I
Qrup: 480
Tələbə: Kürdədehli Simran
Sərbəst iş No:1
Fənn: İqtisadi İnformatika
Mövzu: İnformasiyalaşdırma və informasiya
cəmiyyətinin inkişafı
Bakı-2014
İnformasiyalaşdırma və informasiya cəmiyyətinin inkişafı.
İnformasiyalaşdırma – informasiya texnologiyalarını tətbiq etməklə istifadəçilərin informasiya tələbatlarının ödənilməsi üçün əlverişli şəraitin yaradılması prosesidir. İnformasiyalaşdırma prosesində, ilkin olaraq, informasiyanın toplanması, emalı, onun saxlanması və analizi üçün böyük işlərin görülməsi zəruridir. İstənilən sahədə məqsədə uyğun həll yollarının tapılması böyük həcmdə informasiyanın emalına əsaslanır, bu isə xüsusi texniki vasitələr cəlb olunmadan qeyri-mümkündür.
Qanunda informasiyalaşdırma–informasiya ehtiyatlarının formalaşdırılması, təqdim edilməsi, istifadə olunması əsasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların informasiya tələbatlarının və bu sahədəki hüquqlarının təmin edilməsinin optimal şəraitinin yaradılması üçün təşkilati, sosial-iqtisadi və elmi-texniki proses kimi verilmişdir.
Cəmiyyətin bir səviyyədən digərinə keçidi innovasiyaların köməyi ilə həyata keçirilir. XX əsrin sonlarında bəşəriyyətin informasiyalaşmış cəmiyyət səviyyəsinə keçidi informasiyanın geniş miqyaslı mənimsənilməsi və istifadəsinin nəticəsində baş vermişdir. Hal-hazırda iqtisadi inkişaf üçün informasiyanın daha yüksək forması olan elmi biliklərdən daha geniş istifadə edilir.
İnformasiya cəmiyyəti elə cəmiyyətdir ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur.
İnformasiya cəmiyyətinin maddi-texniki bazasını, kompyuter texnologiyaları və şəbəkələri əsasında formalaşan müxtəlif növ sistemlər, informasiya texnologiyaları, telekommunikasiya vasitələri təşkil edir. Cəmiyyətin informasiyalaşdırılması o vaxt mümükün olar ki, cəmiyyətin özü də informasiya kimi azad olsun. İnformasiya cəmiyyətinə xas olan münasibətlər informasiyalaşdırma prosesinin uğurlu başa çatdırılması nəticəsində formalaşır.
İKT-nin inkişafı, informasiya cəmiyyəti quruculuğunun formalaşması Azərbaycan Respublikasının dövlət siyasətinin də əsas istiqamətlərindən biridir və bu istiqamətdə ölkəmizdə mühüm əhəmiyyətli qanunlar və dövlət proqramları qəbul edilmişdir. İKT sektorunun ölkənin prioritet sahələrindən biri elan olunması, kütləvi kompüterləşmə, informasiyanın qlobal resursa çevrilməsi bu quruculuğun inkişafı üçün əlverişli zəmin yaratmışdır. Müasir zamanda cəmiyyətin inkişafının ən vacib istiqamətlərindən biri оnun infоrmasiyalaşması hesab edilir. О, inteqrasiya prоsesləri və qlоballaşma dünyasında əsas yer tutur. 2003 -cü ilin dekabrında Ceneva şəhərində, və 2005 -ci ilin nоyabrında Tunis şəhərində Ümumdünya Infоrmasiya Cəmiyyəti Sammitinin qərarlarında göstərilən kimi infоrmasiya-kоmmunikasiya teхnоlоqiyasınin istifadəsi sоnda ölkənin Infоrmasiya Cəmiyyətinə keçidini mütləq edəcək . Azərbaycan infоrmasiya cəmiyyətinə keçmək istəyir və bacarar, və оna görə ölkənin bu keçidinin təmin оlunmasında respublika israrlıdır.
Kürdədehli Simran , Uçot-İqtisad , Qrup 480
Dostları ilə paylaş: |