L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


İbtidai təhsil pilləsində fiziki tərbiyə-sağlamlıq məşğələləri



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə126/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   227
Muteherrik ve eylenceli oyunlar

 
1.2.İbtidai təhsil pilləsində fiziki tərbiyə-sağlamlıq məşğələləri 
Ümum fiziki hazırlıq qrupları
 
Ümumfiziki hazırlıq qrupları könüllülük əsasında təşkil olunur. 
Çalışmaq lazımdır ki, ümumi fiziki hazırlıq məşğələlərinə şagirdlər 
kütləvi şəkildə yazılsınlar. Buna görə də ilk növbədə bu məşğələlərin 
sağlamlıq əhəmiyyətini, işgörmə qabiliyyətini artıran başlıca 
vəzifələrdən biri olduğunu şagirdlərə izah etmək vacibdir. Ümumi 
fiziki hazırlıq məşğələləri bir neçə məqsədlə təşkil edilir. O bütün dərs 
ili dövründə davam etməklə uşaqların səhər çıxışlarına və ya bədən 
tərbiyəsi bayramlarına hazırlayır. Belə məşğələlərin proqramına 
rəngarəng sadə mütəhərrik oyunlar, idman əyləncələri, idman 
oyunlarının elementləri, gimnastika və yüngül atletikaya dair 
materiallar daxil edilir. Proqramda iki istiqamətli bədən tərbiyəsi tədris 
proqram materialları və əlavə fiziki tərbiyə materialları daxil edilir. 
Əgər məktəbdə şərait vardırsa, şagirdlərə akrobatikanı, habelə VMH 
kompleksinin normativlərindən olan üzgüçülüyü də öyrətmək 
məqsədəuyğundur. Ümumi fiziki hazırlıq qrup məşğələləri Bakı, 
Sumqayıt şəhərində və respublikamızın rayon və şəhərlərində bütün 


196 
ilboyu açıq havada keçirilməsi məsləhətdir. Lakin küləkli və soyuq 
havada isə məşğələni idman zalına və yaxud da geniş otaqların birinə 
keçirmək olar. Ümumi fiziki hazırlıq məşğələlərini müəllimin aparması 
məsləhətdir. Lakin həmin məşğələlərə rəhbərliyi sinif müəllimlərinə, 
ictimai təlimatçılara və fəal valideynlərə də tapşırmaq olar. Bu şərtlə 
ki, onlar bu sahədə təlimatlandırılmış və lazımi biliklərə yiyələnmiş 
olsunlar. 
Məşğələlər məktəbin idman bazasında, mənzil-istismar 
idarəsinin nəzdində olan meydança və zallarda təşkil oluna bilər. Lakin 
onun cədvəli dəqiq tədris planı olmalı və məktəb direktoru tərəfindən 
təsdiq edilməlidir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə