L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə134/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   227
Muteherrik ve eylenceli oyunlar

Atletika bölməsi 
Atletika idmanın, fiziki tərbiyənin mühüm tərkib hissəsi kimi 
şəxsiyyətin hərtərəfli inkişafına müsbət təsir göstərməklə, ümumtəhsil 
məktəbi şagirdlərinin zehni, əmək, ideya-siyasi mənəvi və estetik 
tərbiyəsində də böyük rol oynayır. 
Fiziki tərbiyə şagirdlərinin təlim-tərbiyə proseinin əsas tərkib 
hissəsi kimi onun proqram və normativ əsasıdır. Bir çox atletika 
hərəkətləri isə VMH kompleksinin özəyidir. Buna görə də məktəbin 
kompleks bədən tərbiyəsi proqramlarında da atletika hərəkət 
elementlərinin öyrədilməsinə xüsusi diqqət yetirilir. Bu bədən tərbiyəsi 
müəllim-məşqçilərdən tədris işinin düzgün təşkil etməyi, yaradıcılıq və 
fəallıq göstərməyi ciddi surətdə tələb edir. Atletika üzrəi dman 
bölmələri də tədris prosesinin başlıca tərkib hissəsi olub onun optimal 
planlaşdırılması, bu zaman şagirdlərin fiziki hazırlığının və fiziki 
inkişafının, yaş xüsusiyyətlərinin, şəraitin nəzərə alınması xüsusən 
vacibdir. Burada atletika hərəkət elementlərinin metodik ardıcıllıqla 
mənimsədilməsi işinin müvəffəqiyyətlə nəticələnməsində zəruri 
əhəmiyyət kəsb edir. Əlbəttə, bu zaman hər bir müəllim fiziki tərbiyə 
nəzəriyyəsi və praktikasını dərindən bilməli, pedaqogika, psixologiya, 
fiziologiya və s. elmlər sahəsindəki yenilikləri müntəzəm olaraq 
izləməli ixtisasını artırmalıdır. Bütün göstərilənlər atletika 
məşğələlərinin qarşısında duran vəzifələrin həllində vacib pedaqoji 
zəmin yaradır. 
Bölmə məşğələlərinin planlaşdırılması 
Atletika sahəsindəki məşğələlərin düzgün planlaşdırılması üçün 
hər şeydən əvvəl, onun müasir məktəbin bədən tərbiyəsi proqramındakı 


208 
mövqeyi, tutduğu yer dəqiq şəkildə müəyyənləşdirilməlidir. İlk 
növbədə illik tədris materiallarını yarım illərə bölməli, bu sahədəki 
əsas və əlavə tədris-metodik materiallar toplamalı, planlaşdırmada 
nəzərə alınmalıdır. 
Planlaşdırmada ixtisas müəllimləri atletika üzrə məşğələləri 
planlaşdırarkən hər bir rübün, ayın, həftənin və bölmə gününün başlıca 
vəzifələrini və bu vəzifələrin yerinə yetirilməsi üçün konkret 
hərəkətləri, həmçinin köməkçi hərəkətləri müəyyən etməlidir. Başqa 
sözlə desək, ayrı-ayrı məşğələlər əsas hərəkətlərin öyrədilməsi 
əsasında qurulmalıdır. Həmin baxımdan birinci növbədə bu vəzifələri 
və onların yerini konkretləşdirmək lazımdır. 
Qaçış yüngül atletikanın əsas kompleks hərəkətlərindən biridir. 
Qaçışının öyrədilməsi texnikası digər hərəkətlərlə sıx əlaqədardır. 
Məsələn, qaçaraq uzununa və hündürlüyə tullanmalar, maneələrin dəf 
edilməsi, şüvüllə tullanma və s. Buna görə də əvvəlcə qaçışın özü 
öyrədilməli, sonra isə onunla əlaqədar müxtəlif növ fiziki hərəkət 
elementləri icra olunmalıdır. Qaçış texnikasının mənimsədilməsinə 10-
12 məşğələ həsr etmək məqsədəuyğundur. Bundan sonra isə hər 
məşğələ üçün başlıca vəzifələrin yerinə yetirilməsi diqqət mərkəzində 
olmalıdır. 
Qabaqcıl müəllim-məşqçilərin təcrübəsi göstərir ki, ilk 
məşğələlərdə qaçışın mühüm spesifik xüsusiyyətlərini şagirdlərə 
öyrədilməli hərəkət texnikası üzrə buraxılan nöqsanlar fərdi surətdə 
şagirdlərin nəzərinə çatdırılmalı və onun aradan qaldırılması yolları 
müəyyənləşdirilməlidir. 1. düzünə qaçış, qaçış yollarında dönmələr 
(qaçış üzrə). 3. hündür startdan qaçışın texnikası, 4. sürətlə startdan 
çıxmaq, 5. alçaq start. 6. dönmələrdən sonra düz qaçış yollarında 
düzgün qaçmaq texnikası. 7. ayrı-ayrı məsafələr üzrə sürətli qaçış 
texnikası. 8. alçaq startlardan dönmələr üzrə düzgün qaçış texnikası 9. 
nəhayət, qaçış texnikasının bütövlükdə və ayrı-ayrı elementləri üzrə 
öyrədilməsi texnikası və s. 
Qaçış texnikası təxminən 3 mərhələdə öyrədilir.
Giriş mərhələdə hərəkət haqqında şagirdlərə müəyyən 
təsəvvür yaradılmalı və hərəkət texnikası «kobud» formada öyrədilir. 
İkinci mərhələdə hərəkət texnikasının düzgün yerinə 
yetirilməsinə və hissə-hissə öyrədilməsinə səy göstərilir. 
Üçüncü mərhələdə isə öyrədilmiş hərəkət texnikası daha dərin 
surətdə öyrədilir və təkmilləşdirilir, vərdiş halına salınır. 


209 
Qaçış hərəkətlərinin planlaşdırılmasında onun məşğələlər üzrə 
düzgün dozalaşdırılmasını təmin etmək lazımdır. Dozalaşdırma 
şagirdlərin texniki və fiziki hazırlığını, cinsi xüsusiyyətlərini, habelə 
məşğələ yerində olan şəraiti həzərə almaq zəruridir. 
Qaçış hərəkətlərinin öyrədilməsi zamanı məşğələnin sıxlığını 
artırmaq məqsədtlə müxtəlif növ tullanmalara, estafetlərə və s. 
hərəkətlərə xüsusi yer verilməlidir.
Əlavə hərəkətlərdən 2 məqsədlə istifadə etmək olar. Birinci 
qaçış hərəkətlərinin təliminə kömək etmək üçün, yəni bu hərəkətlər 
təhsil xarakteri daşıya bilər.
İkincisi, orqanizmi ümumi fiziki tədris yükünə hazırlamaq və 
ya onu sakitləşdirmək əvvəlki vəziyyətinə qaytarmaq məqsədilə əlavə 
hərəkətlər silsiləsində basketbol oyun elementləri mühüm əhəmiyyətə 
malikdir. Bura xüsusən, basketbol texniki fəndlərinin icrası və oyun 
taktikasının yerinə yetirilməsi dövründə tətbiq edilən müxtəlif növ 
qaçışlar və s. daxildir. 
Qeyd etmək lazımdır ki, yüngül atletika bölməsinin 
qarşısında 
duran 
başlıca 
vəzifələr 
məşğələnin 
sayının 
konkretləşdirilməsi, ayrı-ayrı məşğələlərin dozalaşdırılması, eləcə də 
fiziki 
hərəkətlərin öyrədilməsi təlim metod və prinsipləri 
müəyyənləşdirildikdən sonra, isə məşğələdə həll edilməsi zəruri olan 
digər məsələyə fikir vermək vacibdir. Bura məşğələ vaxtı şagirdlərin 
mənəvi, estetik və əmək tərbiyəsi iradələrinin möhkəmləndirilməsi
həyat üçün təbii hərəkət vərdişlərinin aşılanması və s. daxildir. 
Müşahidələrdən aydın olur ki, yuxarıda göstərdiyimiz peaqoji-
metodiki komponentlərin kompleks şəkildə həll edilməsi məşğələnin 
optimal təşkilinə zəmin yaradır. 
Başqa sözlə desək, məşğələnin düzgün planlaşdırılması atletika 
hərəkət elementlərinin tez və daha keyfiyyətlə öyrədilməsinə, qısa bir 
müddətdə lazımi idman nəticələrinin əldə edilməsinə müsbət təsir 
göstərir. Bu həm də şagirdlərin fiziki tərbiyə prosesinin düzgün və asan 
idarə olunmasına şərait yaradır. Bütün bunları nəzərə alıb qabaqcıl 
müəllimlərin iş təcrübəsinə istinad etməklə, atletika hərəkətlərinin 
öyrədilməsi üçün vacib olan vasitə və vəzifələri veririk. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə