205
biliklərə yiyələnməsinin və qarşıda duran məqsədin və vəzifələrin başa
düşülməsinin özünəməxsus əhəmiyyəti vardır. Çünki, şagirdlərin hər
hansı bir idman atletika elementlərini nə məqsədlə icrası bu işin
mahiyyətini dərk etməsi onların dərsə olan fəallığını və şüurlu
münasibətini artırır. Bilik, bacarıq və vərdişlərin aşılanmasında isə
fəallıq, dərketmə həlledici əhəmiyyət kəsb edir.
Bir cəhəti də qeyd etməliyik ki, hərəkət texnikasının az vaxt
içərisində mənimsədilməsi üçün şuürluluq və fəallıq nə dərəcədə
vacibdirsə öyrətmə prosesində izahetmənin özü də bir o qədər
əhəmiyyətlidir. Hərəkətlər üzrə izahatlar sadə, aydın və dəqiq olmalı,
uşaqların dərk edəcəyi səviyyədə aparılmalıdır. Anlaşılmaz terminlər,
təmtəraqlı cümlə və sözlər işlədilməlidir. İzahetmə zamanı hərəkət
texnikasının göstərilməsi də vacibdir. Müəllimin izahatında,
hərəkətlərin nümayiş etdirilməsində emosionallıq, çeviklik və
gümrahlıq, yüksək əhval-ruhiyyə hiss olunması çox vacibdir.
Atletika
hərəkətləri
öyrədilərkən
qurğu
və
alətlərin,
avadanlıqların səliqəliliyinə və şagirdlərin gücünə münasibliyinə də
diqqəti artırmaq lazımdır. Burada hərəkətin hansı tempdə icrası və
hansı sürətlə yerinə yetirilməsi və onun təkrar olunma miqdarı nəzərə
alınmalıdır. Bunlar hərəkətin müvafiq şəkildə öyrədilməsinə əlverişli
şərait yaradır.
Hərəkət elementlərinin müvafiq sürətlə icrasında şagirdlərin
idman göstəricisinin təlim vaxtı nəzərə alınması da faydalıdır.
Təcrübəli müəllimlər yeriş, qaçış, uzununa tullanmaların qrup halında
icrasını təşkil edirsə, hündürlüyə tullanmada isə yarım qruplara
bölünməklə hərəkətləri icra etdirir. Yəni hündürlüyə tullanma üzrə ən
yaxşı nəticə və ya zəif nəticə göstərənlər üçün hündürlüyə tullanmalar
ayrıca təşkil olunur. Məşğələlərin belə təşkili hər bir şagirdə öz
qabiliyyətini daha yaxşı inkişaf etdirməyə imkan verir. Atletika üzrə
hərəkət növlərinin öyrədilməsi prosesində tətbiq olunan metodlara da
xüsusi əhəmiyyət vermək lazımdır. Atletikada 2 metoddan geniş
istifadə olunur:
Dostları ilə paylaş: