202
Atletika-idman məşgələlərinin səmərəli təşkili və keçirilməsinə
bir də ona görə ciddi səy göstərmək vacibdir ki, o həm də uşaq və
yeniyetmələri, gəncləri əməyə və
müdafiəyə bədən tərbiyəsi
kompleksinin norma və tələblərini yerinə yetirməyə hazırlayır. Çünki,
bədən tərbiyəsi kompleksinin əsas hərəkət növləri atletika hərəkət
elementlərindən ibarət olub, bu hərəkət növləri üzrə texnikaya
yiyələnmə əməliyyatı da məhz atletika dərslərində aparılır. Yuxarıda
qeyd etdiyimiz kimi, atletika-dərs məşğələlərində əsas təbii hərəkətlər
üzrə
şagirdlərə bilik oyrədilir, bacarıq və vərdişlər aşılanır. Bu
səbəbdən də, atletikanın müəyyən bir növü (yeriş, hoppanma qaçış,
tullanmalar və s.) yalnız hər hansı bir sinifdə öyrədilməklə
məhdudlaşdırılmır, o, eyni zamanda bu və ya digər siniflərdə müxtəlif
aspeklərdə tədris olunur, təkrarlanır. Məktəb təcrübəsindən aydın
olunur ki, bəzən işin quruluşunun mahiyyətinə lazımi fikir verilmir.
Atletikanın hər hansı bir növünün öyrədilməsinə müxtəlif siniflərdə
eyni münasibətlə yanaşılır. Məzmun, həcm nəzərə alınmır.
Buna görə
də şagirdlərin dərsə marağı və həvəsi azalır, hərəkətləri şüurlu və
yüksək fəallıq şəraitində icra etmirlər. Nəticədə dərsə davamiyyət
azalır, şagirdlərin fiziki hazırlıq göstəriciləri gündəlik tələbatdan aşağı
olur. Onlar tələbləri və normativləri verə bilmirlər. Bunun üçün nə
etmək lazımdır?
Hər şeydən əvvəl, ayrı-ayrı siniflər üzrə qarşıya
qoyulmuş məqsəd və vəzifələri dərindən öyrənməli və bunlara uyğun
hər bir qruplarda məqsədə müvafiq və zəruri atletika növləri tətbiq və
tədris etməlidir. Burada da hərəkət texnikasına yiyələnmək həlledici rol
oynayır. Atletika əgər hərəkət texnikasına düzgün yiyələnmədikdə isə
hər bir uşagın hərəki və fiziki imkanlarını da aşkara çıxarmaq mümkün
deyildir.
Heç də sirr deyildir ki, məktəblərimizdə kütləvilik tələb
olunduğu bir vaxtda, bəzi
rayon və şəhər məktəblərində, idman
nəticələrinə güclü meyl göstərilir. Bu o deməkdir ki, bəzi bədən
tərbiyəsi müəllimləri dərs prosesində guya idman yarışlarına
hazırlaşdıqları üçün idmançı uşaqlar nəyin bahasına
olursa-olsun
müstəqil məşğul olmağa icazə verir. Onlar istədikləri kimi oynayır və
sərbəst hərəkət edirlər. Haqlı olaraq qeyd edə bilərik ki, burada istər-
istəməz müəllimin nəzarəti zəifləyir. Bu bir çox cəhətdən zərərlidir:
Dostları ilə paylaş: