201
proqram materialları tutmalıdır. Həftədə iki dəfə olmaqla 40-60 dəqiqə
müddətində keçirilməlidir. Burada umumrəhbərlik bədən tərbiyəsi
müəllimlərinə həvalə olunmuş olsa da, idmançı fəallar, yuxarı sinif
şagirdləri, ictimaiyyətçilər yaxından kömək göstərməlidirlər.
İdman bölmələri bir tərəfdən şagirdlərin idman göstəricisini
artırırsa, digər tərəfdən də onların hərtərəfli və harmonik inkişafına
müsbət təsir göstərir. İdmanın ayrı-ayrı növləri üzrə (voleybol,
basketbol, əl topu, atletika, VMH kompleksi, stolüstü tennis,
badminton, şahmat, şaşki və s.) təşkil olunan idman bölmələri əvvəla
könüllülük prinsipinə əsaslanır, ikincisi məktəbin bazasına uyğun
olaraq həyata keçirilir. Lakin bölmə məşğələlərinin işində fəallar,
yuxarı sinif şagirdləri bilavasitə iştirak edirlər.
Ümumiyyətlə, məşğələlərin daha da səmərəliliyi üçün şagirdlərin
yaş qrupu üzrə bölüşdürülməsi məsləhət görülür:
1.Kiçik yaş qrupu (11-12, 13-14);
2.Orta yaş qrupu (15-16 yaş);
3. yuxarı yaş qrupu (17-18 yaş).
Dostları ilə paylaş: