L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


Hərəkət texnikasının ardıcıllıqla öyrədilməsi



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə135/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   131   132   133   134   135   136   137   138   ...   227
Muteherrik ve eylenceli oyunlar

Hərəkət texnikasının ardıcıllıqla öyrədilməsi 


210 
Qısa məsafəyə qaçış
. Ümumtəhsil orta məktəblərində 
şagirdlərin atletikanın hərəkət bacarıq və vərdişlərinə düzgün və qısa 
müddətdə yiyələnməsinə idman bölməsinin aşağıdakı ardıcıllıqla 
aparılması böyük əhəmiyyətə malikdir. 
1.Şagirdləri ilk növbədə orta məsafəyə qaçışın texnikası ilə tanış 
etmək. Bundan sonra onlara iri addımlar atmağı, pəncə üzərində 
qaçmağı, əllərin sərbəst hərəkətlərini, gövdənin və başı düz tutmasını 
öyrətmək. 
2.Şagirdlərin 
hər 
birini 
ayrılıqda 
qaçış 
texnikasının 
xüsusiyyətləri ilə tanış etmək, hər bir məşğul olanın fərdi 
keyfiyyətlərini onların nöqsanlarını aşkar etmək. Həmçinin müsbət 
keyfiyyətlərin inkişafını sürətləndirmək və qüsurların aradan 
qaldırılması yollarının optimal variantını müəyyənləşdirmək. 
3.Şagirdləri qısa məsafəyə qaçışın texnikası ilə tanış etmək. 
4.Düzünə qaçış texnikasını öyrənmək. 
5.Şagirdlərə sürətlə qaçış texnikasını öyrətmək. 
6.Aşağı startdan çıxmağı və start qaçışını öyrətmək. 
7.Start qaçışından məsafə üzrə qaçışa keçməyi öyrətmək. 
8.Finiş etməyi və lentanı keçməyi öyrətmək. 
9.Döngələr üzrə qaçış texnikasını öyrətmək. 
10.Döngələrdə aşağı startdan çıxmağı öyrətmək. 
11.Döngədən düz qaçışa keçməyin düzgün texnikasına 
yiyələnməyi öyrətmək. 
12. 30, 60, 100 eləcə də 200 və 400m məsafəyə qaçış texnikasını 
təkmilləşdirmək. 
13.Yüngül atletika hərəkət növləri üzrə fərdi qabiliyyətləri, fərdi 
yönümü nəzərə alaraq, şagirdlərə hansı növlərlə məşğul olmaları 
məqsədilə məsləhət vermək. 
14. 100m məsafəyə nəzarət olunmaqla qaçış. 
15.Bədən tərbiyəsi proqramının və VMH kompleksinin tələb və 
normalarının yerinə yetirilməsi üzrə təhlil aparmaq, görüləcək işləri 
müəyyənləşdirib şagirdlərin nəzərinə çatdırmaq. 
16.Qaçışın və şagidrlərin fərdi xüsusiyyətlərini nəzərə almaqla 
ev tapşırıqlarının məzmunu və həyata keçirilməsi metodlarının 
işlənilməsi, fiziki tərbiyə üzrə nöqsanların aradan qaldırılması 
yollarının müəyyənləşdirilməsi. 
Qeyd etmək lazımdır ki, yuxarıda deyilən tələbləri kortəbii 
olaraq həyata keçirmək qaçış texnikasına yiyələnməklə öz mənfi


211 
təsirini göstərə bilər. Buna görə də həmin iş icra olunarkən 
şagirdlərin fiziki hazırlığı psixoloji xüsusiyyətləri, əhval-ruhiyyəsi 
nəzərə alınmalıdır. Qısa məsafəyə qaçışın texnikası öyrədilərsə 30, 50, 
60m məsafəyə təkrar qaçışdan istifadə etmək lazımdır. Eyni zamanda 
həmin məsafələrə sürətli qaçışa; budun qaldırılması ilə qaçışlara; qaçış 
addımları ilə hoppanmaları; aşağı startdan qaçışa; aşağı startdan sürətlə 
qaçışa; qaçış zamanı əllərin hərəkətini yerində yamsılama; «Starta» 
komandasının düzgün yerinə yetirilməsinə və s. xüsusi diqqət vermək 
vacibdir. Burada güc, qüvvə və sürəti artıran hərəkətlərin icrasını təşkil 
etmək faydalı olardı. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə