L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə137/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   227
Muteherrik ve eylenceli oyunlar

Qısa məsafəyə qaçış
. Təcrübədən məlum olur ki, qısa məsafəyə 
qaçış texnikasını şagirdlərə yaxşı mənimsədilməsində onların ev 
şəraitində məqsədəmüvafiq hərəkətləri icra etməsindən, fiziki hazırlığı, 
fiziki keyfiyyətlərini artırmasından və təkmilləşdirilməsindən mühüm 
dərəcədə asılıdır. Qısa məsafəyə qaçış üçün aşağıdakı hərəkətlərin ev 
şəraitində yerinə yetirilməsi məsləhət görülür. 
1.Ev şəraitində icra olunması mümkündürsə, səhər gigiyenik 
gimnastika hərəkət kompleksinin ayrı-ayrı elementləri əvəzinə qaçış 
elementlərindən istifadə edilməsi yaxşı olardı. Bundan əlavə, gigiyenik 
hərəkətlərini bütövlükdə qaçış və hoppanma elementləri ilə əvəz etmək 
faydalıdır. Hərəkətlərin sakit tempdə yerinə yetirilməsi də 
məqsədəuyğundur. 
2.Budun yuxarı-irəli qaldırılması və baldırın dizdən qatlanıb 
arxaya aparılması ilə yerində qaçış. 
3.Bir və ya hər iki ayaq üzərində çoxlu hoppanmalar əşyasız, 
qantellə, iplə və s. əşyalarla. 
4.Dayaq vəziyyətindən sağ və sol ayaqlarıın növbə ilə arxaya və 
irəli yelləndirilməsi. 
5.Oturuş (döşəmədə, stulda), arxası üstə uzanmış vəziyyətindən 
ayaqların əllərə çatdırılması (hərəkət xüsusi cəldliklə icra edilir). 
6.Arxasıüstə uzanmış vəziyyətindən qaçışın yamsılanması 
velosiped sürənin hərəkətinin yamsılanması. 
Yaşayış yerinə yaxın idman meydançası, stadion və ya qaçış 
cığırları vardırsa, dairəvi məşq zamanı verilən hərəkətlər və ya dərs 
prosesində öyrədilən hərəkətləri fiziki tapşırıq kimi evə vermək olar. 
Orta və uzaq məsafəyə qaçış, kross və marş-yürüş üçün isə ev 
tapşırığı kimi 20-30 dəqiqə müddətində səhər gigiyenik gimnastikası 


214 
kompleks hərəkəti əvəzinə yüngül və sakit qaçış hoppanma 
elementlərini vermək lazımdır. 
Tullanma üçün ev tapşırıqları
. Tullanma üçün verilən ev 
tapşırıqlarının əsas məqsədi şagirdlərlə xüsusi fiziki və texniki 
keyfiyyətləri inkişaf etdirməkdən ibarətdir. Bunlar isə şagirdlərə 
tullanma keyfiyyətlərini aşılayır. Ev tapşırıqlar sadə və ev şəraitinə 
münasib olmalıdır. Hərəkətlərin neçə dəfə təkrar olunması icra vaxtı 
hansı ardıcıllıqla yerinə yetirilməsi, bu zaman hiss olunacaq qüsurlar 
və onların aradan qaldırılması yolları şagirdlərə çatdırılmalıdır. 
Təxminən hərəkətlərin icrasından bir həftə keçdikdən sonra hərəkətin 
yerinə yetirilməsi müddətində 4-8 saniyə uzadılmalıdır. Əgər 
hərəkətlər əşyalarla icra edilirsə onların çəkisi də müəyyən vaxt 
keçdikdən sonra artırılmalıdır. Ev şəraitində aşağıdakı hərəkətlərin 
icrası məsləhət görülür. 
1.Səhər gigiyenik gimnastika kompleksinə bu və ya digər ayaq 
üzərində müxtəlif növ hoppanmalar daxil olunmalıdır. 
2.Qısa məsafəyə qaçışdan sonra pəncələr üzərində təkan vermə 
hərəkətləri yerinə yetirilməlidir. 
3.Dərs prosesində keçilən hoppanmaları ev şəraitində təkrar 
etməlidir. 
4.Ayaqlar üzərində növbə ilə hoppanmalar: dizləri sinəyə 
yaxınlaşdırılmalı; dabanları taza çatdırılmalı; 
5.Şagirdlərin ev tapşırıqlarını yerinə yetirməyə səviyyələrini də 
yoxlamaq vacibdir. Bunun üçün müəllim şagirdləri yaxın düz xətt 
arxasında bir cərgəyə düzləndirir və tullanma hərəkətlərini yerinə 
yetirmələri üçün komanda verir. Onlar frontal üsulla hərəkətləri yerinə 
yetirirlər. Beləliklə, müəllim şagirdlərin ev şəraitində tullanma 
elementlərini nə dərəcədə də icrasını müşayət edir. Buraxılan 
nöqsanları qeyd edir və onun aradan qaldırılması metodlarını 
şagirdlərin nəzərinə çatdırır. Ev tapşırıqlarını şagirdlərin necə yerinə 
yetirmələrini də xüsusi jurnalda qeyd edir. Bütün bunlar ev 
tapşırıqlarının gələcəkdə planlaşdırılmasında nəzərə alınır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə