L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə136/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   227
Muteherrik ve eylenceli oyunlar

Ev tapşırıqları 
Müşahidələrdən aydın olur ki, zehni işin artması ilə əlaqədar 
şagirdlərdə bəzi bədən qüsurlarının meydana gəlməsi müşahidə olunur. 
Başqa sözlə desək, şagirdlərdə hərəkət fəallığının aşağı düşməsilə bağlı 
müvafiq tədbirlər görülür. Bura gün rejimində şagirdlərlə aparılan 
sağlamlıq-bədən tərbiyəsi və idman tədbirləri, bədən tərbiyəsi 
bayramları və s. daxildir. Həmin tədbirlərin düzgün təşkili və 
keçirilməsi şagirdlərin gün rejimində hərəkət fəallığını artırır və 
bədəndə baş verə biləcək qüsurların qarşısını alır. 
Lakin qeyd etmək vacibdir ki, gün rejimində keçirilən bədən 
tərbiyəsi – sağlamlıq tədbirləri sutka ərzində hərəkətin yalnız 50-60%-
ni təşkil edir. Buna görə də şagirdlərin gündəlik hərəkət fəallığını 
artırmaq üçün başqa mənbələr axtarıb tapmaq zəruridir. Şagirdlərin 
bədən tərbiyəsi məşğələlərinə marağının artırılması gün rejimində 
keçirilən idman tədbirlərinin səmərəliliyini yüksəldir. Tədqiqatçıların 
dediyinə görə ev tapşırıqları şagirdlərin hərəkət fəallığının 
artırılmasında başlıca vasitələrindəndir. Ev tapşırıqları yorğunluğu, 
gərginliyi aradan qaldırır, iş qabiliyyətini artırır. Həmin baxımdan da 
məktəblilərin gün rejimində aparılan ev tapşırıqları şagirdlərin hərəki 
fəallığını yüksəldən ən qüvvətli amillərdən biri hesab olunur. Buna 
görə də ev tapşırıqları verilərkən aşağıdakı ümumi pedaqoji-metodiki 
tələbləri mütləq nəzərə almaq lazımdır: 
1.Ev tapşırıqlarının məktəb tədrisi proqramları ilə və kütləvi 
bədən tərbiyəsi və idman yarışlarının proqramları ilə əlaqəsi olmalı: 


212 
2.Hərəkətlər sadə və müvafiq olmaqla ev şəraitində icrası 
çətinlik törətməli; 
3.Məqsəd və vəzifələr aydın olmalı, şagirdlər ev tapşırıqlarının 
yerinə yetirilməsi metodikasını yaxşı bilməli; 
4.Ev tapşırıqlarının icrasına müəllim və valideyn tərəfindən daim 
nəzarət olmalı; 
5.Kompleks 
hərəkətlərdən istifadə etməklə, hərəkətlərin 
emosional şəkildə icrasına xüsusi fikir verməli:
Yuxarıda deyilənlərdən aydın olur ki, ev tapşırıqları bir sıra 
məsələlərlə, xüsusən Əməyə və müdafiəyə hazıram bədən tərbiyəsi 
kompleksinin norma və tələblərinin ödənilməsinə xidmət etməlidir. 
Yəni ev tapşırıqlarının əsas məzmunu VMH kompleksinə uyğun 
olmalıdır. 
VMH kompleksinin qısa məsafəyə qaçış növü normativinin 
vaxtında ödənilməsi üçün ev şəraitində sentyabr ayında qısa müddətli 
məşq etməlidir. Xüsusilə bir neçə dəfə qısa məsafəyə qaçmalıdır. Hər 
həftənin axırında nəticəni yoxlamalı, idmançının qeyd kitabçasında 
qeyd olunmalıdır. Oktyabr ayında isə sürətli qaçmağı məşq etməlidir. 
100m məsafəyə qaçışın normalarını verməyə hazırlaşmaq 
məqsədilə səhərlər və ya dərsdən sonra həmin məsayəni bir neçə dəfə 
qət etməlidir. Bu zaman, həm də uzunluğa tullanmaq hərəkət 
elementləri də icra olunmalıdır. 
Qaçaraq uzununa tullanma normalarının ödənilməsinə hazırlıq 
məqsədilə iplər üzərindən hoppanmadan və çöməlmə çıxış 
vəziyyətindən 
çıxaraq 
tullanmaqla 
bədəni 
arxaya 
açmaq 
hərəkətlərindən bir vasitə kimi istifadə edirlər. 
Yadronun itələnməsi VMH kompleksi normasını verməyə 
hazırlıq üçün doldurulmuş toplarla xüsusi kompleks hərəkətlərinin 
sayını və təkrar olunmasını (sinə qarşısından itələmə, baş üzərindən 
aşma və s.), amortizasiya, qantellərlə və yamsılama hərəkətlərinin 
sayını və təkrar olunmasını bir qədər azıltmalıdır. Ev tapşırıqlarının 
səmərəliliyini isə müəyyən nəzarət-sınaq hərəkətləri ilə yoxlamaq 
mümkündür. Məsələn, yerindən yadronun itələnməsi, yadronun texnika 
ilə itələnməsi və s.
Gimnastika hərəkətləri üzrə VMH kompleks hərəkətlərinə 
hazırlıq işinə isə erkən başlamaq lazımdır. Bu istiqamətin ev 
tapşırıqları dekabr və fevral ayları ərzində planlaşdırılır. Turnikdə 
dartınma kompleks hərəkəti normasını yerinə yetirməyə hazırlıq 


213 
məqsədilə çiyin qurşağını daha da möhkəmlədən dartınma hərəkət 
elementlərini qantellərlə kompleks hərəkətlərini evdə icra etməyi 
şagirdlərə tapşırılmalıdır. Qolların bükülüb-açılması VMH kompleksi 
normasının vaxtında öyrədilməsi üçün əsas gimnastika hərəkətlərindən 
istifadə edilməldir. 
Aşmaqla dayağa qalxmaq və uzanma vəziyyətindən gövdənin 
qaldırılması və endirilməsi hərəkətlərinin düzgün icrasına kömək 
məqsədilə «bucaq» saxlamaq hərəkətlərindən istifadə etmək lazımdır. 
İndi də yüngül atletika bölməsi üzrə bir sıra ev tapşırıqları hərəkət 
nümunəsi veririk. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə