L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə125/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   227
Muteherrik ve eylenceli oyunlar

məqsədi 
 


194 
İbtidai siniflərdə sinifdənkənar sağlamlıq bədən tərbiyəsi və 
kütləvi idman tədbirləri bir sıra məqsədlə təşkil edilir və burada 
müxtəlif məktəb şagirdləri cəlb edilir. Daha konkret desək: 
1.İdman işləri şagirdlərlə idmanın bu və ya digər növləri üzrə 
bilik, bacarıq və vərdişləri aşılamaq onları həmin istiqamətdə inkişaf 
etdirmək məqsədilə keçirilir. İdman üzrə təşkil olunan bölmələrdə 
şagirdlər bir tərəfdən konkret idman növü üzrə öz ustalığını artırır, 
bacarıqlarını təkmilləşdirir. İkinci tərəfdən onlar idmançı kimi yetişir 
və sinfinin, məktəbinin və hətta yaşadığı rayonun idman şərəfini 
qoruyurlar. Həmin bölmələrdə məşğul olanlar öz sağlamlığını 
möhkəmləndirir, fiziki hazırlıqlarını və imkanlarını artırırlar. Həmçinin 
kollektivinin şərəfini yüksək tutmaq, kollektivçilik, dostluq və 
yoldaşlıq, kollektivinə məhəbbət və s. ruhda tərbiyə olunur. 
2.Məktəblərimizdə səhhətində bəzi qüsurlar olan şagirdlərə rast 
gəlmək olur. Həmin şagirdlərin səhhətinə müsbət təsir göstərmək, 
onların fiziki inkişafını formalaşdırmaq və fiziki hərəkət 
keyfiyyətlərini artırmaq üçün ümumi fiziki hazırlıq qruplarında 
müntəzəm olaraq məşğul olmaq uşaqların mənəviyyatına həm də 
təliminə müsbət təsir edir, tez-tez dərs buraxmaq hallarının qarşısını 
alır. 
3.Məktəbdə bir qrup uşaqların idman məşğələlərinə və 
bölmələrinə cəlb olunmasında əsas məqsəd onların fiziki 
keyfiyyətlərini təkmiləşdirməkdən ibarətdir. Əlbəttə, bu cür 
məşğələlər könüllülük prinsipi əsasında uşaqların arzu və xahişi 
nəzərə alınaraq təşkil edilir. 
Sinifdənkənar bədən tərbiyəsi işlərinə şagirdlər cəlb olunarkən 
bir sıra vacib pedaqoji-psixoloji məsələləri nəzərə almaq hökmən 
lazımdır. Xüsusən uşaqların marağı, fiziki hazırlığı, fiziki inkişafı, 
fərdi xüsusiyyətləri, qabiliyyətləri diqqət mərkəzində olmalıdır. Ayrı-
ayrı idman hərəkət növünə şagirdlərin cəlb olunmasında seçmə 
(fərdiləşdirmə) üsulundan geniş istifadə olunur. Bu şagirdlərin marağı 
ilə yanaşı onların fiziki inkişafı, qabiliyyətləri öyrənildikdən sonra 
həyata keçirilməlidir. Müşahidə olunmuşdur ki, deyilənlər bəzən 
nəzərə alınmır, nəticədə tədricən idman məşğələlərinə gələnlərin sayı 
günbəgün azalır və ya lazımi göstərici əldə etmək mümkün olmur. 
Elmi tədqiqatlar və təcrübə göstərir ki, kiçik məktəbyaşlılar 
idmanın üzgüçülük, bədii gimnastika və mürəkkəb koordinasiya 
hərəkətlərini buz üzərində daha yaxşı icra edirlər. Həmin hərəkət 


195 
növlərinin texnikasına böyük yaşlı şagirdlərə nisbətən tez və sürətlə 
yiyələnirlər. 8-10 yaşlı məktəbli oğlanlarla isə futbol və qaçıqşın 
texnikası daha tez aşılanır. Mürəkkəb futbol priyomlarını qısa bir 
müddətdə mənimsəyirlər. Ümumiyyətlə, müşahidə olunmuşdur ki
ibtidai sinif şagirdləri ümuminkişafetdirici hazırlıq və ilk hərəkətləri 
böyük həvəslə və müvəffəqiyyətlə yerinə yetirirlər. 
Sinifdənkənar bədən tərbiyəsi işlərinin qarşısında duran başlıca 
vəzifələrdən biri də dərs prosesində öyrədilmiş bilik, bacarıq və 
vərdişlərin dərinləşdirilməsindən ibarətdir. Çünki bədən tərbiyəsi 
dərsləri tədris proqramı materiallarının mənimsədilməsində mühüm və 
həlledici mahiyyətə malik olsa da, o, yalnız sinifdənkənar müxtəlif 
tədbirplər vasitəsilə dərinləşdirilir və möhkəmləndirilir. Sinifdənkənar 
yüngül atletika bölməsində yeriş, qaçış və cisim atmalar və s. hərəkət
növləri üzrə bacarıq və vərdişlərin təkmilləşdirilməsi və s. buna misal 
ola bilər. 
İndi də ibtidai sinif şagirdləri üçün onların yaş xüsusiyyətlərinə, 
xarakterinə daha da yaxın olan sinifdənkənar keçirilən bədən tərbiyəsi 
məşğələlərinin bir neçəsinin təşkilini konkretləşdirək. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə