L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


Dərsəqədər səhər gigiyenik gimnastikası



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə121/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   227
Muteherrik ve eylenceli oyunlar

Dərsəqədər səhər gigiyenik gimnastikası 
Dərsəqədər səhər gimnastikası bilavasitə tədris fəaliyyətini və 
orqanizmin işgörmə qabiliyyətini artıran başlıca vasitələrdəndir. 
Təcrübədən aydın olur ki, bəzən şagirdlər ailədən məktəbə yüksək 
əhval-ruhiyyə ilə gəlmir bir növ yuxulu, yəni yüksək zehni və fiziki 
fəaliyyətdə olmurlar. Onların tədris fəaliyyətinə hazırlığı minimum 
səviyyədə olur. Bu vəziyyəti aradan qaldırmaq üçün dərsəqədər səhər 
gimnastikasından istifadə edilməlidir. Bu növbələr arası təşkil 


189 
edilməlidir. Kompleks hərəkətləri idman zalında və koridorlarda da 
təşkil etmək mümkündür. 
Dərsəqədər səhər gimnastikası keçirilərkən formalçılığa və 
yeksənəkliyə yol verilməməlidir. O müxtəlif fiziki hərəkətlərdən ibarət 
olmaqla, pedaqoji-metodiki baxımdan düzgün təşkil edilməlidir. 
Burada şagirdlər arasındakı məsafəyə, hərəkət elementlərinin lazımi 
səviyyədə verilməsinə, hərəkətlərin ritmik və müəyən tempdə icrasına, 
həmçinin yaşdan, fiziki hazırlığından asılı olaraq kompleksin hərəkət 
elementlərinin təkrarına diqqət yetirmək zəruridir. 
Səhər gimnastikası kompleks hərəkətləri dəyişilməlidir, siniflərin 
hər biri üçün ayrılıqda (V-VI, VII-VIII, IX-XI) və bədən tərbiyəsi 
proqramına uyğun surətdə tərtib edilməlidir. Ümumi rəhbərlik və 
məsuliyyət bədən tərbiyəsi müəlliminin üzərinə düşür, təşkilatçı 
müəllim digər müəllimlərlə birlikdə eyni zamanda idman fəalları 
həmin işin təşkili və keçirilməsində yardımçı olmalıdır. 
Kompleksin məzmunu müəyyənləşdirilərkən şagirdlərin sayı 
onun keçiriləcəyi yeri nəzərə almalıdır. Çalışmaq lazımdır ki, səhər 
gimnastikası meydançada təşkil edilsin. Bu zaman, yeriş, qaçış və 
hoppanma elementlərindən də istifadə etmək olar. Kompleks hərəkətlər 
üstüörtülü sahədə icra olunduqda isə qaçış və hoppanmalara yer 
vermək o qədər də məqsədəuyğun deyildir. Bu tədbirin həm sağlamlıq 
əhəmiyyətini azaldır və həm də intizama, mütəşəkilliyə mənfi təsir 
göstərir. 
Dərsəqədər səhər gimnastikasının səmərəli keçirdilməsində 
aparıcının hündür və mərkəzi yer seçməsi hamını müşayiət etməsi, 
nəzarətdə saxlaması mühüm zəruriyyət kəsb edir. Kompleks 
meydançada təşkil olunarkən ona təxminən 5-10 dəqiqə, örtülü sahədə 
keçirilərkən isə 5-8 dəqiqə vaxt sərf edilməsi məsləhətdir. Hərəkət 
komplekslərinin 
hər 
birinin 
5-6 
dəfə 
təkrar 
edilməsi 
məqsədəmüvafiqdir. Onun musiqinin müşayiətilə icrası işin 
səmərəliliyini artırır, intizamın qorunub saxlanılmasına yüksək 
dərəcədə kömək edir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə