L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə118/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   227
Muteherrik ve eylenceli oyunlar

Ailədə səhər gimnastikası 


184 
Səhər gimnastikası şagirdlərin ailədə fiziki tərbiyəsi sisteminə 
daxil olub 8-10 dəqiqə müddətində icra edilir. Səhər gimnastikası 
yuxudan sonra əhval-ruhiyyəni yüksəldir. Hərəkət fəallığını artırır və 
cansağlığının möhkəmlənməsinə müsbət təsir göstərir. Qeyd etmək 
lazımdır ki, səhər gimnastikası ailə şəraitində keçirildiyi üçün onun 
səmərəli təşkili və keçirilməsi valideynlərdən çox asılıdır. Buna görə 
də ümumtəhsil orta məktəb bədən tərbiyəsi müəllimlərinin bu sahədə 
qarşısında bir sıra vəzifələr qoyulur. Bu hər şeydən əvvəl valideynlərin 
təbliği və fiziki tərbiyə üzrə biliklərlə silahlanmasından ibarətdir. 
Valideynlərə fiziki tərbiyə üzrə bilik verilməsində bir sıra formalardan 
istifadə olunur. Belə formalardan biri də eyni yaş qrupuna malik 
uşaqların 
valideynlərinin 
məktəbə 
çağırılıb 
onlarla 
səhər 
gimnastikasının təşkili və keçirilməsi üzrə söhbətin aparılmasıdır.
Bakının Xətai rayonundakı 88№-li məktəbin baş bədən tərbiyəsi 
müəllimi T.Mirzəyev ailə şəraitində səhər gimnastikasının düzgün 
təşkilinə həmişə diqqət yetirir və bu məqsədlə dərs ilinin əvvəlində 
ibtidai sinif şagirdlərinin valideynlərini məktəbə toplayır onlarla 
təbliğati-metodiki xarakterli söhbətlər keçirir və tövsiyələr verir. 
Telman müəllim valideynlərlə söhbət aparmazdan əvvəl mövcud 
ədəbiyyatı toplayır, onunla tanış olur, onu təhlil edir və müəyyən bir 
nəticəyə gəlir. Onun valideynlərlə apardığı bir söhbətin qısa 
məzmununu verək: - uşaqların hamısı ailə şəraitinə uyğun səhər 
gigiyenik gimnastikası hərəkətlərini icra etməlidirlər. Əgər kiçik 
yaşlardan başlayaraq uşaqlarınıza səhər gimnastikası hərəkətlərini 
yerinə yetirməyi öyrətsəniz, onların orqanizmi möhkəmlənəcək, daha 
çevik və zirək olacaq, dərslərində də müvəffəqiyyətlər qazanacaqlar.
Uşaqlar müntəzəm olaraq gimnastika ilə məşğul olarsa, artıq bir 
neçə ildən sonra onlar həmin hərəkətləri sərbəst surətdə yerinə yetirə 
biləcəklər. Uşaqlara müntəzəm surətdə izah etmək lazımdır ki, 
gigiyenik gimnastika şənlik, gümrahlıq, sevinc, qarşıda duran vəzifəni 
yerinə yetirmək deməkdir. Uşaqlar yuxudan qalxan kimi pəncərəni 
açmalı və otağın havasını dəyişdirməlidir. Mülayim hava zamanı səhər 
gimnastikası hərəkətlərini eyvanda da yerinə yetirmək olar. Sonra isə 
onlar yuyunmalı, tiftikli dəsmalla bədəni sürtməli və qurutmalıdır. 
Hərəkətlər 
icra 
olunan 
zaman 
uşaqların 
emosionallığının 
yüksəldilməsinə, yaxşı əhval-ruhiyyədə olmasına səy göstərilməlidir. 
T.Mirzəyev valideynlərə daha sonra bildirdi ki, səhər 
gimnastikası 10-15 dəqiqə davam edə bilər. Kompleks təxminən 10-12 


185 
hərəkətdən ibarət ola bilər. Otaqda yaxşı olar ki, gimnastika hərəkətləri 
addımlamaqla və yaxud yerində yerişlə başlanılsın. Dartınma-gərilmə 
hərəkətləri isə diqqət mərkəzində saxlanılmalıdır. 
Yadda saxlamaq lazımdır ki, gərilmə hərəkətləri qamətin 
formalaşmasına kömək edir, onurğa sütununun normal inkişafına 
zəmin yaradır, tənəffüsü daha da dərinləşdirir. Dartınma (gərilmə) 
hərəkətləri zamanı gövdəni irəli, arxaya, sağa və sola əyməli, bədəni 
düz saxlamaqla sağa və sola fırlatmalı, həmin hərəkətlər 3-4 dəfədən 
çox təkrar olunmalıdır.
Tənəffüs müntəzəm edilməli, müxtəlif növ əyilmələr 
dövründə (irəli, arxaya, yana və s.) nəfəsi verməli, düzlənən zaman 
isə nəfəsi almalıdır. Uşaqların hoppanma zamanı hərəkətlərini pəncə 
üzərində yerinə yetirmələrinə fikir verilməlidir. Səhər gimnastikası 
hərəkətləri əvvəlcə barmaq, qol, çiyin əzələləri sonra isə gövdə və 
aşağı ətraf əzələləri üçün verilməlidir. Axırıncı hərəkətlər yüngül 
hoppanmalardan ibarət olmalıdır. Hoppanma və asta qaçışlar mütləq 
yeriş və bədəni cakitləşdirici hərəkətlərlə qurtarmalıdır. 
Siz mətbuatda dərc olunmuş və yaxud radio ilə verilən kompleks 
hərəkətlərindən də istifadə edə bilərsiniz. Əgər uşaqlar üçün müstəqil 
hərəkətlər kompleksləri müəyyənləşdirirsinizsə, onda uşaqlarınızın 
səhhət-sağlamlığının, fiziki inkişafını və hazırlığını mütləq nəzərə 
almalısınız. Bunun üçün də hərəkətlərin həkim müayinəsindən nəticəsi 
və uşaqların fiziki hazırlıq göstəricilərini öyrənməli və yaxşı yadda 
saxlamalısınız.
Fiziki yük tədricən artırılmalı və yavaş tempdən başlamaq şərtilə 
yerinə yetirilməlidir. Müəllim daha sonra şagirdlərə müraciət edərək 
deyir: Uşaqların səhər gimnastikasına marağını və şüurlu münasibətini 
artırmaq məqsədilə hərəkətlər yeksənək, cansıxıcı, daimi gərginlik 
tələb edən və eyni xarakterli olmamalıdır. Bundan ötrü də 14-21 
gündən bir ya bütövlükdə və yaxud da kompleks hərəkətlərin müəyyən 
hissəsini dəyişdirib yenisi ilə əvəz olunmalıdır. Hərəkət kompleksləri 
tərtib edərkən çalışmaq lazımdır ki, onlar bədənin eyni hissəsinə deyil, 
müxtəlif hissələrinə təsir edə bilsin. Bunun üçün ümuminkişaf etdirici 
gimnastika hərəkətlərinə də daha geniş yer verməkdən vacibdir.
İbtidai sinifdə oxuyan uşaqlarınızda hərəkətləri bir yerdə və sizin 
saymağınızla yerinə yetirilməsinə nail olun. Çalışın ki, hərəkətlər 
düzgün icra olunsun. Uşaqlar hərəkətləri düzgün, yəni lazımi tempdə, 
ritmdə, müəyyən bir ahəngdarlıqla yerinə yetirdikdə isə bu hərəkətlərin 


186 
onlar tərəfindən müstəqil icra edilməsinə icazə verin, bu şərtlə ki, 
uşaqlar nəzarətdən kənarda qalmasınlar. 
Yeni səhər gimnastikası kompleks hərəkətləri tətbiq 
olunarkən hərəkətləri əvvəlcə özünüz göstərin, sonra isə yerinə 
yetirilmə texnikasını izah edin. Bundan əlavə, hərəkət komplekslərinin 
dəyişdirilməsinin səbəblərini onların nəzərinə çatdırın. Çünki bu yaşda 
olan uşaqlar hər şeylə maraqlanırlar və hər nə varsa hamısını 
öyrənməyə ciddi səy göstərirlər. Yaxşı olar ki, səhər gimnastikasını 
oyun formasında və yarış şəklində təşkil edəsiniz. Bu uşaqların hərəkət 
fəallığını yüksəldir və səhər gimnastikasını icra etməyə həvəsi artır. 
Buna «Kim hərəkəti daha tez icra edə bilər?», «Kim hərəkəti daha 
dəqiq yerinə yetirə bilər?» və s. oyunları misal göstərmək olar.
Söhbətin axırında müəllim valideynlərin suallarına cavab verir. 
Qeyd etməliyik ki, səhər gigiyenik gimnastikasının ailə 
şəraitində daha səmərəli nətğicə verməsində, uşaqların səhhətinə 
müsbət təsir göstərməsini və hərəkət fəallığının yüksəldilməsində 
hərəkət kompleksinin fizioloji yük əyriliyi prinsipində qurulmasının, 
hərəkətlərin xarakterindən asılı olaraq ardıcıl surətdə növbələşdirərək 
yerinə yetirilməsinin, həmçinin onların ümumi həcmi və miqdarının 
təkrarlanmasının böyük əhəmiyyəti vardır. Bu baxımdan valideynlər 
ailədə uşaqlarla səhər gimnastikasını təşkil edərkən, onun aşağıdakı 
sxemdə qurulmasına çalışmalıdırlar.
Kompleksin 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə