183
Tərbiyəçinin: «Bir, iki, üç, qaç» - deməsi ilə xətt üzərində
dayanmış uşaqlar bayrağa tərəf qaçıb onları götürür və yuxarı
qaldıraraq, yenə də yerinə qoyurlar.
Tərbiyəçi bayrağı birinci qaldıran uşağı qeyd edir, sonra onlar
gedib öz yerlərində otururlar. Yenidən 4-5 uşaq gəlib həmin xəttin
üzərində dayanır.
Hər uşağın bir dəfə bayrağa tərəf qaçması ilə oyun qurtarır.
Oyunu iki-üç dəfə təkrar etmək olar.
Çoban
Yer: Meydança və ya dəhliz.
Hazırlıq: meydançanın mərkəzində iki konsentrik dairə çəkilir.
Birincinin diametri 2 metr, ikincinin diametri isə 4 metrdir.
Oyunun təsviri: Bütün oyunçular iki bərabər komandaya
bölünürlər. Komandaların kapitanları («çoban») seçilir. Püşkə əsasən
komandanın biri dairəyə daxil olur. Həmin komandanın kapitanı birinci
və ikinci dairənin arasında gəzişir, özünü və yoldaşlarını
hücumçulardan qoruyur. Hücum edən komanda isə çalışır dairədəki
oyunçuları və kapitanı dairədən çıxarsın, özü isə tutulmasın. Dairədəki
oyunçular və kapitanlar çalışırlar, hücumçuları dairə daxilinə tutub
salsınlar. Tutulmuş oyunçu oyundan çıxır.
Oyunun müddəti 10-15 dəqiqədir.
Oyunun qaydası:
1. Rəqib komandanın oyunçusunu tutub saxlayan oyunçu «oldu»
deməlidir.
2. Hər iki komandanın iştirakçılarına bir-birini birinci və ikinci
dairədə tutmağa icazə verilir.
3. Oyunçunu ancaq əllə tutmağa icazə verilir.
Metodiki göstəriş: uşaqların oyun qaydalarına riayət etmələrinə,
müdafiəçilərin xəttən kənara çıxmalarına diqqət vermək lazımdır.
Oyunda uşaqlar kollektivdə mütəşəkkil fəaliyyətə öyrəşirlər.
Dostları ilə paylaş: