L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə120/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   227
Muteherrik ve eylenceli oyunlar

Səhər gigiyenik gimnastikası 
Səhər gimnastikası şagirdlərin bədən tərbiyəsi sisteminə daxil 
olmaqla tədris gün rejimində əhəmiyyətli yerlərdən birini tutur. Səhər 
gimnastikasının müntəzəm olaraq keçirilməsinin çox böyük təlim-
tərbiyəvi əhəmiyyəti vardır. Bu prosesdə orqanizmin funksional 
sistemləri möhkəmlənir. Orqanizm öz vəzifələrini ahəngdar surətdə 
yerinə yetirir. Bütün bunlar həm bədənin formalaşmasına, həm də 


188 
şagirdlərin hərtərəfli inkişafına, xüsusən tədris fəaliyyətinə, fiziki 
inkişafına, fiziki tətbiqi hazırlığına daha müsbət təsir göstərir. 
Səhər gimnastikasının səmərəli təşkili və onun istənilən nəticə 
verməsində bədən tərbiyəsi müəlliminin rolu böyükdür. Müəllim, hər 
şeydən əvvəl bu işin əhəmiyyətini və metodikasını şagirdlərə və 
valideynlərə başa salmalı və öyrətməlidir. Bu sahədə valideynlərə bilik 
verməyi və öyrətməlidir. Bu sahədə valideynlərin və şagirdlərin bilik 
dairəsini genişləndirmək, onlara müvafiq məlumatları çatdırmaqdan 
ötrü valideyn yığıncaqlarından, sinif iclaslarından, istifadə etmək olar. 
Səhər gimnastikası hərəkət kompleksləri şagirdlərin yaşına, fiziki 
hazırlığına, onların bədən tərbiyəsi və idman sahəsində nə kimi bilik, 
bacarıq və vərdişlərə malik olmasına tam uyğun olmalıdır. Buna görə 
də aşağıdakı ümumi metodik məsləhətləri mütləq nəzərə almaq 
lazımdır. Hər şeydən əvvəl, səhər gimnastikası kompleks hərəkətləri
şagirdlərin 9-10, 11-12, 13-14, 15-16 yaş qruplarına müvafiq seçilib 
tərtib edilməlidir. Bundan əlavə, hərəkət kompleksləri gərgin, cansıxıcı 
deyil, maraqlı, müxtəlif, yüngül hərəkət elementlərindən ibarət
olmalı, böyük amplituda ilə, ritmik olaraq icra olunmalıdır. Hərəkət
kompleksləri tərtib olunarkən ardıcıllığa xüsusi diqqət yetirmək 
lazımdır. Seçilmiş kompleks hərəkətlər ilk növbədə dartınma xarakteri 
daşımalı, əl-qol və gövdə əzələlərinə, sonra ayaq əzələlərinə təsir 
göstərilməlidir. Sonra isə qüvvəni artıran hərəkətlərdən və hoppanma 
elementlərindən ibarət olmalıdır ki, bu da ayaq-pəncə qüvvəsini daha 
da artırmalı və möhkəmləndirməlidir. 
Səhər gimnastikası kompleks hərəkətləri icra olunarkən tənəffüs 
düzgün edilməli və nəhayət, yaş dəsmalla bədəni sürtməli, duş qəbul 
etməli və bədən qurunmalıdır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə