Böyük tənəffüslərdə fiziki hərəkətlər
və mütəhərrik oyunlar
Bədən tərbiyəsi fasiləsi tədris gün rejimində özünəməxsus yer
tutur. Bədən tərbiyəsi fasiləsinin təmiz və açıq havada keçirilməsi
173
ibtidai sinif şagirdləri üçün daha xarakterikdir. O, hər şeydən əvvəl,
mərkəzi sinir sisteminin funksional fəaliyyətinə müsbət təsir göstərir,
bu da əqli iş qabiliyyətinin artmasına, sinir sistemində gedən
proseslərin mütəhərrikliyinin yüksədilməsinə səbəb olur.
Bədən tərbiyəsi fasiləsinin – qısa müddətli fəal istirahəti bütün
fasilələrdə, xüsusən böyük tənəffüsdə təşkil etmək olar. Fəal istirahəti
səmərəli təşkil etmək üçün ilk növbədə onun planı tutulmalıdır. İşin
məzmunu qabaqcadan müəyyənləşdirilməlidir. Bədən tərbiyəsi
fasiləsinin müvəffəqiyyətlə nəticələnməsi üçün hava şəraitinin və
məktəbyanı meydançaların, qurğuların, avadanlıq və ləvazimatların da
nəzərə alınması həlledici əhəmiyyətə malikdir. Açıq havada oyunlar
10-12
o
-dən aşağı temperaturda olmamaq şərti ilə keçirilməsi
məsləhətdir.
Açıq havada oyunların məcburi deyil, könüllülük əsasında
keçirmək daha məqsədəuyğundur. Burada şagirdlər 2-1, 3-1 və s.
müstəqil oyunlar keçirir və iplə hoppanmaları, müxtəlif növ sadə
qaçışları yerinə yetirirlər.
Fəal istirahət məqsədilə aparılan bədən tərbiyəsi fasiləsinin
səmərəli təşkilində məktəbyanı meydançanın səliqə-səhmanlı olması,
şagirdlərin sayına uyğun sadə avadanlıq və ləvazimatla təmin
edilməsi xüsusən vacibdir. Həmin məqsədlə də sinif növbətçisi fasiləyə
kimi lazım olan avadanlıq və ləvazimatları meydançaya (koridora)
aparır və səhmana salır. Fasilə qurtardıqdan sonra isə yenə də istifadə
olunan idman əşyaları yığışdırılır və əşyalar saxlanılan otağa aparılır.
İdman əşyaları götürüləndə sayılmalı və yerinə qaytarılıb təhvil
verilməlidir. 2-3 dəqiqə dərsə qalmış oyun və əyləncələri qurtarmaq
lazımdır. Bu vaxt şagirdlər sakit halda öz siniflərinə gedib növbəti
məşğələyə hazırlaşa bilərlər.Təəssüf ki, bəzi fasilələr səmərəli təşkil
olunmur. Bəzən görürsən ki, fəal istirahətdən ötrü meydançada
aparılmaq üçün ləvazimat yoxdur, bəzən də idman əşyaları şagirdlərin
sayına uyğun gəlmir, bəzən də əşyalar yararsız və işlənməsi qeyri-
mümkün olur.
Əlverişli olmayan havada isə bədən tərbiyəsi fasiləsini geniş
otaqda, koridorda və başqa yerlərdə də təşkil etmək olar. Bu zaman
daha kütləvi və daha sadə oyunlardan, rəqs hərəkətlərindən istifadə
etmək faydalıdır. Otaq və koridorlarda da keçirilən oyun və rəqslərin
səmərəli təşkilinə ciddi səy göstərilməli və yaxşı hazırlanmalıdır. Belə
fasilənin keçirilməsinə sinif müəllimi ilə birlikdə, növbətçi müəllim,
174
dəstə rəhbərləri, bədən tərbiyəsi müəllimləri, yuxarı sinfin fəal və
təşkilatçı idmançıları, habelə sinfin öz ictimaiyyətçiləri yaxından və
var qüvvəsi ilə kömək göstərməlidir.
Məktəb direktoru, tərbiyə işləri üzrə direktor müavini bədən
tərbiyəsi fasiləsinin müntəzəm, məzmunlu və maraqlı təşkilinə,
həmçinin nəzarət etməlidir, bu sahədəki mövcud qüsurların aradan
qaldırılmasına kömək göstərməli, mübariz tədbirlər planı hazırlayıb
həyata keçirməlidirlər. Xüsusilə belə bir faydalı işə baş bədən tərbiyəsi
müəllimi daha məsuliyyətlə yanaşmalı, digər fənn müəllimləri isə fəal
surətdə cəlb edilməlidirlər. Pedaqoji şurada, ictimai təşkilatların
iclasında bədən tərbiyəsi fasiləsinin səmərəli təşkil edilməsi ilə
əlaqədar xüsusi məsələlər qoyulmalı və məktəbdə həmin işin vəziyyəti
müzakirə olunmalıdır.
İbtidai siniflərdə bədən tərbiyəsi fasiləsi dövründə aşağıdakı
fiziki hərəkətlərdən istifadə olunur: ayağın, gövdənin, qolların müxtəlif
vəziyyətlərində adi yeriş, yavaş, sürətlə, pəncələr üzərində və s. yerinə
yetirilə bilər; siqnal üzrə verilən tapşırıqların sakit və sürətli qaçışla
icra etmək, qaçışın yerişlə növbələşməsi, mürəkkəb olmayan
maneələrin qət edilməsi ilə qaçış, bir və ya iki ayaq üzərində, ayaqların
növbələşməsi ilə yerində irəliləmək, hoppanmalar və s. böyük və kiçik
topların atılıb-tutulması, ikilikdə topun bir-birinə atılması, müxtəlif
məqsədlə topun uzağa atılması və s. dırmanma, dırmanıb aşmaq,
sürünmək, halqalardan sürüşüb keçmək və s. oyun formasında
sallanma, dayaq saxlamaq və s. müxtəlif maneələrin dəf edilməsi,
əşyalarla hərəkətlər, halqa, ağac, müxtəlif uzunluqda iplərlə hərəkətlər,
əşyasız
başın,
gövdənin,
əlin
və
ayaqların
hərəkətləri,
ümuminkişafetdirici hərəkətlər və qaçışla cisim atmalar, maneələrin
keçilməsi, müqavimət və estafetlə əlaqədar mütəhərrik oyunlar.
Fasilələrdə idman əyləncələrindən, xüsusən voleybol, basketbol,
futbol oyun elementlərindən və s. istifadə etmək olar. Yuxarıda adları
çəkilən fiziki hərəkət elementləri nəinki ibtidai sinif şagirdlərinin
yaşına uyğundur, hətta bədən tərbiyəsi tədris proqram materialının
yerinə yetirilməsinə yaxından kömək edir. Şagirdlərə hərəkət
vərdişlərinin aşılanmasını sürətləndirilir, hərəkət təcrübəsini artırır və
dayaq hərəkət aparatını təkmilləşdirir.
Böyük
tənəffüslərdə mütəhərrik oyunların və idman
əyləncələrinin təşkili və keçirilməsi üzrə Qaradağ rayonundakı 228
saylı məktəbdə bədən tərbiyəsi və idman kollektivinin zəngin və
175
maraqlı iş təcrübəsi vardır. İndi həmin təcrübəyə istinad edək: bu
məktəbin baş bədən tərbiyəsi müəllimi, Böyük Vətən müharibəsinin
iştirakçısı, onun qanlı-qadalı günlərinin acı yadigarı olan 5 düşmən
gülləsini bədənində gəzdirən 5 ordenli maarif əlaçısı Paşa
Sadıqbəyovdur. Paşa hava şəraitindən asılı olmayaraq bədən tərbiyəsi
fasiləsinin könüllülük və müstəqillik əsasında keçirilməsinə artıq nail
olmuşdu. Bütün hazırlıq tərtibi işlər planlaşdırılır və sinif müəllimləri
və ictimaiyyətçi fəal idmançıların köməyi ilə həyata keçirilir. O,
fasilənin tam məculiyyətlə, məzmunlu təşkilini xüsusi diqqət
mərkəzində saxlayır. O, bədən tərbiyəsi fasilələrini tək-tək hallarda
gimnastika zalında və xüsusi düzəldilmiş koridorlarda təşkil edir.
Lakin otaq və koridorlarda keçirilən oyun və əyləncələr açıq havada
təşkil edilən tədbirlərdən az effektli olur. Ümumiyyətlə, şəraitə
uyğunlaşdırılmış rəqslər, əyləncələr və oyunlar bədən tərbiyəsi
fasilələrində mühüm yer tutur. Soyuq havada növbətçilərin işi daha çox
olur. Onlar məktəblilərin isti geyimdə açıq havada gəzintiəyə
çıxmasına nəzarət edir.
Müşahidələr göstərir ki, məktəbin digər bədən tərbiyəsi tədbirləri
kimi fasilələrdə də böyük təşkilatçılıq işi tələb olunur. Elə buna görə də
dərs ilinin əvvəlində sinif müəllimləri ilə təlimat keçir, ictimai
təlimatçıların dəqiq siyahısını tərtib edir (IX-X siniflərdən). Adları
siyahıya daxil edilmişlər, fəallar iclasında bədən tərbiyəsi üzrə ictimai
təlimatçılar kimi təsdiq olunurlar. Yəni ibtidai siniflərdə bədən
tərbiyəsi təlimatçısı olmaq onlara ictimai bir vəzifə kimi tapşırılır.
Bundan sonra onlarla seminar və söhbətlər təşkil olunur. Bədən
tərbiyəsi fasiləsinin və digər tədbirlərin əhəmiyyəti izah olunur, bu
sahədə işin məzmunu və necə təşkil olunub keçirilməsi onların
nəzərinə çatdırılır.
Yuxarı siniflərdə olan təlimatçı fəallar təhkim olunduğu ibtidai
siniflərdə təbliğatı və təşkilati işlər aparır, sinif müəllimi ilə birlikdə
fəal uşaqları seçir və onların vəzifəsini müəyyənləşdirirlər. Bununla da
həmin üçlük fəaliyyətə başlayır. Məktəbdə inventar saxlanılan otaq
ayrılmış və bədən tərbiyəsində istifadə ediləcək avadanlıq və
ləvazimatları orada saxlayırlar və yeri gəldikcə götürüb istifadə edirlər.
Bu avadanlıqların əksəriyyəti məktəbin əmək təlimi emalatxanasında
məktəbli şagirdlərin, habelə valideynlərin yaxından köməyi ilə
hazırlanır. Bununla yanaşı, şagirdlərə məktəbə top, ip; gimnastika
halqaları və ağacları gətirməyə icazə verilir. Bəzən də siniflər öz idman
176
əşyaları ilə birlikdə məktəbyanı meydançaya çıxırlar. Fikrimizcə,
həmin əşyaların növbətçilər vasitəsilə idman əşyaları saxlanılan otağa
təhvil verilməsi, sonra isə lazımı vaxtda istifadə edilməsi yaxşı olardı.
Dərsin sonunda ləvazimatların uşaqlara paylanması məsləhətdir.
Bunun çox böyük təlim-tərbiyəvi əhəmiyyəti vardır. Həmin məktəbdə
şagirdlər tennis topundan, halqalardan, raketlərdən, gimnastika
ağaclarından, kublardan, iplərdən istifadə edirlər. Az tapılan idman
əşyaları isə (məsələn, doldurulmuş toplar) məktəb əldə etməli və
təlimatçılar vasitəsilə fasilə dövründə istifadə etmək üçün şagirdlərə
verilməlidir.
Məktəbin kompleks idman meydançası vardır. İdmanın ayrı-ayrı
növləri üzrə basketbol, voleybol meydançaları, yüngül atletika
bölmələri, gimnastika şəhərciyi, müxtəlif növ maneələr, müvazinət
tirləri, turnik, nərdivanlar, yellənmə üçün halqalar, uzununa və
hündürlüyə tullanmaq üçün çalalar düzəldilmişdir. Şagirdlər fasilə
zamanı orada sərbəst və təlimatçının rəhbərliyi altında oynayır, rəqs,
müxtəlif idman əyləncələri keçirirlər. Hər bir meydançanın bölməsində
təlimatçılar növbətçilik edirlər.
Tənəffüs dövründə kütləvi şəkildə yüngül atletika qaçışları
yerinə yetirilir ki, bu da şagirdlərin çox böyük marağına səbəb olur.
Dostları ilə paylaş: |