|
L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərspartada uzunmüddət düzgün əyləşməsinə imkan yaratsın. BədənMuteherrik ve eylenceli oyunlar partada uzunmüddət düzgün əyləşməsinə imkan yaratsın. Bədən
tərbiyəsi dəqiqələrində böyük amplitudalı hərəkətləri də icra etmək
olar. Belə hərəkətlər əsasən ana dili; riyaziyyat fənlərində tətbiq
olunmalıdır. Çünki bu fənlərin tədrisi dövründə şagirdlər uzun müddət
statik vəziyyətdə olurlar. Həmin hərəkətləri də parta arxasında və
partaların arasında duraraq icra etmək olar. Bu vəziyyətlərdə qol, ayaq
və gövdə üçün hərəkətləri icra etmək əlverişlidir. Oxu, təbiətşünaslıq
dərslərində isə şagirdlər o qədər də gərgin vəziyyətdə olmurlar. Bu
zaman arxa parta arxasında oturmaqla və ayaqüstə qalxmaqla əlaqədar
fiziki hərəkətlər yerinə yetirilməlidir. Yoxlama yazı işlərində
hərəkətlərin parta arxasında oturmaqla icra olunması məsləhətdir.
Bədən tərbiyəsi dəqiqələrini nəğmə, təsviri incəsənət, əmək
dərslərində icra etmək lazımdır. O, 3 – 4 hərəkət birləşməsindən ibarət
olub, 2 – 3 dəqiqə müdddətində keçirilməli, 4 – 6 dəfə
təkrarlanmalıdır.
I hərəkət kompleksi dartınma xarakterli olmaqla bərabər,
gövdəni düzləndirməli, müxtəlif çıxış vəziyyətlərindən başlanılmalı, əl
hərəkətlərinin köməyi ilə oynaqlar hərəkətə gətirilməli;
II kompleks–gövdənin yanlara, qabağa, arxaya əyilməsinə onun
müxtəlif tərəflərə dairəvi hərəkətilə sağdan sola, soldan sağa
istiqamətləndirilməli;
III kompleks ayaq əzələlərinin əzələ qüvvəsini artırmalı, bunun
üçün də qıçların növbə ilə bükülüb-açılması, yanlara – irəli və arxaya
aparılması (diz bükülməsi şərti ilə) hərəkətləri icra edilməli; IV hərəkət
sadə və sakitləşdirici və bədəni yumşaldıcı təsir göstərməlidir.
Bədən tərbiyəsi dəqiqələrinin musiqinin müşayiəti ilə
dəqiq, çevik, düzgün və cəldliklə yerinə yetirilməsi hərəkətlərin icrası
üçün daha faydalı olardı. Hərəkətin gözəl, musiqinin müşayiəti ilə
icrası tənəffüslə uzlaşdırılaraq yerinə yetirilməsi çox böyük təlim-
tərbiyəvi əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |
|
|