L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə108/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   227
Muteherrik ve eylenceli oyunlar

Dərsəqədər səhər gimnastikası 
 
Dərsəqədər səhər gimnastikası müntəzəm olaraq tədris 
fənlərindən əvvəl həyata keçirilir. Səhər gimnastikası orqanizmin daha 
tez tədris fəaliyyətinə hazırlayır, sinir sisteminin funksiyasının normal 
yerinə yetirilməsinə zəmin yaradır. O, 6-8 hərəkətdən ibarət olub, 10-
12 dəqiqə müddətində 4-6 dəfə təkrar edilməklə icra olunur. 
Dərsəqədər səhər gimnastikası kompleks hərəkətləri əsasən qol, ayaq, 
gövdə üçün hərəkətlərdən ibarət olur. Həmin gimnastika hərəkətləri 
daha çox əzələ qruplarına təsir göstərməli və I-IV sinif şagirdlərinin 
fiziki hazırlığına, inkişafına və sağlamlığına uyğun olmalıdır. 
Dərsəəqədər səhər gimnastikası kompleks hərəkətlərini 
seçərkən bədən tərbiyəsi proqramından baş, gövdə və qollar üçün 
verilmiş əsas hərəkətlərdən istifadə etmək faydalıdır. Xüsusən qollar 
yuxarı, irəli, yanlara, əllər boyun arxasında, başda, baş üzərində 
olmaqla hərəkətlər icra olunmalıdır. Həmçinin əllər müxtəlif 
vəziyyətlərdə barmaq və biləklər üçün hərəkətlər, ayaqların bükülüb-
açılması ilə hərəkətlərdən də istifadə etmək olar. Bundan əlavə, dairəvi 
hərəkətləri, əyilmələri, dönmələr, əl, qıç, gövdə və başın bir-birilə 
uyğunlaşması ilə hərəkətlərin əlaqədar şəkildə yerinə yetirilməsi zəruri 
və daha əlverişlidir. 


163 
II siniflər üçün kompleks tərtib olunarkən I sinifdə öyrədilmiş, 
III siniflər üçün kompleks tərtib olunarkən özündən əvvəlki siniflərdə 
öyrənilmiş hərəkətlərdən istifadə etmək olar və s. III-IV siniflər üçün 
nəzərdə tutulmuş kompleks hərəkətlər I-II siniflərin hərəkətlərinə 
nisbətən çətin olmalı çox təkrarlanmalıdır. 
Ümumiyyətlə, dərsəqədər səhər gimnastikası üçün tərtib 
edilmiş kompleks hərəkətlər aşağıdakı sxemdə qurulduqda, onun təlim-
tərbiyəvi əhəmiyyəti və sağlamlaşdırıcı təsiri daha çox olur. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə