L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


Qaçmaqla, atmaqla (top, tennis topu), maneələri dəf etməklə



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə104/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   227
Muteherrik ve eylenceli oyunlar

Qaçmaqla, atmaqla (top, tennis topu), maneələri dəf etməklə, 
hündürlüyə və uzununa tullanmaqla oyunlar 
Kim daha tez
? Meydançanın mərkəz xəttindən 20-30m 
arası hər iki tərəfə iki qısa xətt işarə olunur. İki komanda oynayır. 
Onların hər biri öz xəttinin arxasında boy sırası üzrə sağ cinahlar bir-
birinin əksinə olmaqla cərgəyə düzülürlər. Cərgədəki şagirdlər sıra 
nömrəsi ilə (sağ cinahdan başlayaraq) sayılırlar. Müəllimin «Birinci 
nömrələr – Marş!» siqnalı verilən kimi çağırılanlar qaçaraq mərkəz 
xətti birinci keçməyə çalışırlar. (qarşılaşarkən toqquşmamaq üçün 
sağla qaçmaq lazımdır). Buna kim nail olursa öz komandasına bir xal 
qazanır. Sonra qaçanlar yerişə keçirlər və əks istiqamətdə dayanmış 


157 
cərgəyə çatıb birinci nömrələrin boş yerlərini tuturlar. Sonrakı 
çağırışda sıra ilə ikinci və i.a. nömrələr start götürürlər. Müəllim orta 
xəttin yanında dayanıb qaçıb-qayıtmaların nəticələrini hesaba alır. 
Qeyd
. Nömrələri növbə ilə deyil, ordan-burdan da çağırmaq 
olar, startlar müxtəlif vəziyyətlərdən (alçaq start, oturaraq, uzanaraq, 
arxası qaçış istiqamətinə dayanmadan və s. satartlar) yerinə yetirilə 
bilər. Müəyyən olunmuş start vəziyyətini qaçışdan qabaq hər iki 
cərgənin bütün oyunçuları alırlar. 
Qəflətən dayanmaqla və siqnal üzrə qaçışı davam etdirməklə 
estafetlə yanaşı düz xətt üzrə qaçmaqlada estafet keçirilir. Lakin 
qaçanlar müəllimin birinci siqnalı (fitvermə, əlçalma) verilən kimi 
dərhal sol dirsəyə istinad durub qabağa qaçmağı davam etdirməlidirlər. 
Maneələrlə lapta
. I. Sahəsi 30x40m olan meydançada iki 
komanda oynayır. Meydançanın qısa tərəflərinin birindən 3m aralı 
«şəhər»in sərhəddini məhdudlaşdıran xətt çəkilir.
Meydançanın üçbucağı xatırladan künclərində diametri 1m olan 
üç dairə cızılır. Birinci və ikinci dairələrin arasında «xəndək» işarə 
olunur ki, (zolağın eni 1,5m), onun da üstündən hoppanmaq lazımdır; 
ikinci və üçüncü dairələrin arasında hündürlüyü 60-70sm (lapta 
komandası mütəhərrik oyunlarında topu vurub oyuna daxil etmək üçün 
ağacdır, buna baxmayaraq həmin oynanılan oyunlara həmin ağacın adı 
əlavə olunur. Məsələn: dairəvi lapta və s.) olan başıaşağı qaçış maneəsi 
yaxud «hasar» çəkilir ki, onları da hoppanaraq dəf etmək lazımdır; 
Üçüncü dairədən «şəhərə» qədər gedən yolda altından sürünüb keçmək 
üçün 40-50sm hündürlükdə dayaqlardan ip çəkilir.
Oyundan qabaq komandalardan birinin oyunçuları (top 
atanlar) püşkün nəticəsinə görə təkcərgə düzülürlər. İkinci komanda 
meydançada yerləşir. Hakim siqnal verən kimi topu alan oyunçu topu 
lapta (ağac) ilə meydançaya vurur və özü birinci dairəyə qaçır. 
Meydançadakı oyunçular topu tutur, saxlayırlar və rəqib oyunçular 
qaçıb dairəyə çatana qədər topla onları vurmağa çalışırlar. Elə ki, 
dəymədi top şəhər xəttinin arxasına qaytarılır və onu topatanlar 
komandasının növbəti oyunçusu götürür. 
Əgər meydançadakı oyunçulardan biri qaçışan oyunçulardan 
birini vura bilsə, onda, meydançadakıların (oyunçular) hamısı şəhər 
xəttinin arxasına qaçırlar. Lakin qaçan oyunçu topu tutub hələ qaçıb 
şəhər xəttinin dalında gizlənə bilməyən meydança oyunçularından 
hansına istəsə vura bilər. Əgər bu baş tutsa, meydançadakı oyunçular 


158 
topu, şəhər xəttinin arxasına qayıtmağa cəhd edən oyunçuya (qaçana) 
vurmaqla uduzduqlarının bir daha əvəzini çıxa bilərlər. Beləliklə, topla 
qaçıb-keçəni vurma zamanı oyunçular arasında atışma baş verir. 
Birinci oyunçu qaçıb birinci dairəyə müvəffəqiyyətlə keçdikdə 
top şəhər xəttinin arxasına qaytarılır, topatanların növbəti oyunçusu 
onu meydançaya atıb, özü birinci dairəyə qaçır. Elə bu vaxt birinci 
dairədə dayanan oyunçu xəndəyin üstündən atlayaraq ikinci dairəyə 
yollanır.
Meydança komandasının oyunçuları topu qaçıb keçən oyunçuya 
vurmağa çalışırlar. Toplar müvəffəqiyyətlə qaçıb keçdikdə top şəhər 
xəttinin arxasına qaytarılır və oradan yenə ağacla vurulur. Bu dəfə 
ikinci dairədə dayanan oyunçu maneənin üstündən tullanaraq üçüncü 
dairəyə qaçır. Birinci dairədə dayanan xəndəyin üstündən addayaraq 
ikinci dairəyə qaçır.
Növbəti oyunçu şəhərdən çıxıb birinci dairəyə qaçır. Növbəti 
qaçıb-keçmə zamanı üçüncü dairədən çıxıb qaçan topatan ciyənin ipin 
altından sürünüb keçərək şəhər xəttinin arxasına qayıdıb cərgənin 
solunda – axırda dayanır. 
Üç dairəyə dolanıb şəhər xəttinin arxasına qayıtmış hər 
oyunçu öz komandasına bir xal qazanır. Oyun 15-20 dəqiqə davam 
edir. Oyun müddətində çox xal qazanan komanda qalib gəlir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə