155
3 xal səhvlərə görə – cəmi 11 xal) üçüncü yeri «Mavilərin» komandası
tutur (6 xal vaxta görə və 10 xal səhvlərə görə – cəmi 16 xal).
Uzağa və hədəfə top atmaqla oyunlar
İrəli addımla
! Oyun böyük meydançada keçirilir. Mərkəz
xətdən hər iki tərəfə 60m kənarda olmaqla iki xətt çəkilir (sərhəd xətti).
İki komanda hərə öz tərəfində mərkəz xəttinin 15-20 metirliyində
sərbəst dayanırlar. Komandalardan birinin bir oyunçusu oyuna
başlayaraq voleybol topunu komandanın sərhəd xəttinə atır. İkinci
komandanın oyunçuları topu havada tutmağa cəhd edirlər. Əgər top
tutulmuşsa, onda oyunçunun topu əlində tutub onun tutulduğu yerdən
başlayaraq qabağa üç iri addım atmağa (hoppanmaqla) və rəqib
meydançasının üzbəüz xəttinə tərəf atmağa ixtiyarı var. Yerə düşmüş
topu onun düşdüyü yerdən növbəti oyunçu atır. Topun atılması və
tutulması komandalardan biri onu qarşı xətdən başqasının
meydançasına atana qədər davam edir. Topu o biri komandanın
meydançasına atan komanda qalib gəlir.
Dostları ilə paylaş: