150
şəhərcik çilingi qoyulur. İki komanda oynayır. Hər komandadan bir
kapitan və üç müdafiəçi ayrılır. Qalan oyunçular topu verənlər
(ötürənlər) olurlar. Kapitanlar kiçik dairədə, müdafiəçilər ortadakından
olurlar, topötürənlər isə böyük dairədə sərbəsə dayanırlar (gəzişirlər).
Müəllim kapitanlardan birinə voleybol topu verir, o, topu böyük
dairəyə öz oyunçusuna (ötürücüyə) atır. Həmin oyunçu topu böyük
dairədən geriyə-kapitana ötürməyə çalışır, lakin müdafiəçilər topu ələ
keçirib öz topötürənlərinə verməyə çalışırlar. Kapitan topu alıb
çilinglərdən birini vurur. Vurulmuş çiling götürülür. Müəllim topu o
biri kapitana verir və beləliklə oyun davam edir. Kapitanı əvvəl dörd
çiling vuran komanda qalib gəlir. Topu dartıb əldən almaq, onu əldə 3
saniyədən artıq saxlamaq qadağandır. Əgər komandalardan birinin
müdafiəçisi bilmədən ayağı ilə toxunub çilingi yıxarsa, həmin çiling o
biri komandanın kapitanı tərəfindən vurulmuş sayılır.
Dörd dayağa doğru
. İki komanda oynayır. Komandalardan biri
«şəhərdə», digəri «çöldə» (meydanda) yerləşir. Meydanda bir-birindən
10m aralı dörd dayaq qoyulur. Şəhər komandasının oyunçuları növbə
ilə topu meydançaya vururlar və qaçaraq dörd dayağın hər birinə əlləri
ilə toxunurlar, sonra isə şəhərlərinə qayıdırlar. Təhlükə olduqda qaçan
oyunçu növbəti top vurulanadək dayaqlardan birinin yanında dayana
bilər. Meydanda komandanın oyunçuları vurulmuş topu havada
tutmağa, yaxud yerdən götürməyə və onu qaçışanlardan birinə
vurmağa cəhd edirlər. Elə ki, bu baş tutdu, komandalar rollarını
dəyişirlər.
Geriyə, öz şəhərinə salamat qayıtmış hər oyunçu komandasına
bir xal qazanır. Oyun ərzində (10-15dəq) çox xal toplamış komanda
qalib gəlir.
Dostları ilə paylaş: