L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə95/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   227
Muteherrik ve eylenceli oyunlar

Əl topuna hazırlıq oyunları 


147 
Topu aparıcıya vermə
. Oyunçulardan biri aparıcı olur. Oyun 
başlananda o, meydançanın mərkəzində olur. Qalan oyunçular 
meydançada sərbəst halda olurlar və qaça-qaça basketbol topunu bir-
birinə atırlar. Aparıcı topu ələ keçirməyə çalışır. O yerdə ki, o, topu 
tutur, ordan da onu istədiyi oyunçuya atır. Elə ki, dəydi, həmin oyunçu 
aparıcı, əvvəlki aparıcı isə başqa oyunçularla bərabər oyunda iştirak 
edir. Aparıcı rolunda az olan oyunçular qalib gəlirlər.
Qaydalar
. I. Aparıcının atdığı top dəyən oyunçu əlini qaldırır və 
bərkdən «Mən aparıcıyam!» deyir. 2. Aparıcıya dəyib qayıdan (əlindən 
çıxan) topu hər hansı oyunçunun yerdən götürməyə və tutmağa və 
oyunu davam etdirməyə ixtiyarı var. 
Top uğrunda mübarizə.
Şagirdlər bərabər sayda iki komandaya 
bölünür və sərbəst olaraq oyun yerində yerləşirlər. Oyunçulardan birinə 
top verilir. Siqnal verilən kimi oyunçular çalışırlar ki, tez, öz 
oyunçuları arasında 5-10 ötürmə icra etsinlər, buna görə komanda bir 
xal qazanır. Ötürmələrin hesabını müəllim aparır. Oyun 10 dəqiqə 
davam edir. Çox xal toplayan komanda qalib gəlir. 
Qeyd
. Oyunçular qollarına öz komandalarının rəngində seçilmə 
sarğısı (parça) bağlamalıdırlar. 
V sinfi bitirən şagirdlərin qarşısında qoyulan əsas tələblər: 
Şagirdlər V sinifdə öyrəndikləri oyunların qaydalarını bilməli və ona 
əməl etməlidirlər, hərəki xarakterinə və quruluşuna görə bir-birinə 
yaxın olan oyunlarda öyrənilmiş hərəkət fəaliyyəti tətbiq etmək 
məqsədəuyğundur, oyunun vəzifələrinə müvafiq olaraq fəal, həm də 
lazım gəldikdə fiziki keyfiyyətlər təşəbbüsü göstərilməlidir, qruppada, 
komandada oyunçularla yekdil və qarşılıqlı fəaliyyət göstərmək 
lazımdır, hərəkət fəallığı və təşkilatçılıq qabiliyyəti göstərərək 
oynamaq, oyunda kobud texniki və taktiki səhvlərə yol verməmək. 
Komandalı oyunlarda taktiki fəaliyyətin rolu və oyunda komandanın 
təşkili haqqında anlayışa malik olmalı. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə