L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə94/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   227
Muteherrik ve eylenceli oyunlar

Maneələr zolağında estafet
. Oyun xətt üzrə qaçmaqla estafet 
oyununda olduğu kimi keçirilir, lakin qaçanların yoluna köndələn, 
60sm hündürlükdə dirəklərdən ip çəkilir, ipdən o tərəfdə eni 2m 10sm 
olan zolaq işarə edilir. Oyunçular növbə ilə ipin və zolağın üstündən 
tullanırlar. 
Basketbola hazırlıq oyunları
 
Atışma
. Meydança köndələn vəziyyətdə xətlə iki bərabər hissəyə 
bölünür. Meydançanın hər qısa tərəfindən 2-2,5m məsafədə daha bir 


146 
xətt çəkilir. Beləliklə, meydança dörd zolaqdan ibarət olur ki, bunların 
ikisi enli (şəhərlər) və ikisi dar (əsirlər üçün yer) zolaqlardır. 
Oyunçularının sayına görə iki bərabər komandanın hər biri sərbəst 
halda öz «şəhərində» yerləşir. Oyunun rəhbəri meydançanın mərkəzinə 
çıxıb voleybol topunu yuxarı atır. Oyunçular, öz şəhərlərindən 
çıxmadan topa malik olmağa çalışırlar və komandalar arasında atışma 
başlanır. Hər komandanın oyunçuları topu rəqib komandanın 
oyunçularına atırlar ki, onları vurub şəhərdən çıxartsınlar və «əsir» 
alsınlar. Hər bir oyunçu top ona toxunduqdan sonra əsirə çevrilir, 
bundan sonra o, o biri komandanın şəhərinin arxasında yerləşən zolağa 
keçir. Əsir onu zolağına uçub gələn topu götürə bilər (yaxud tuta bilər) 
və onu özgə komandanın oyunçusuna ata bilər. Əsirləri azad eləmək 
olar. Bundan ötrü topu hər hansı əsirə atmaq lazımdır ki, o, onu göydə 
tuta bilsin. Əgər əsir topu tuta bilsə onda, onu əlində tutub maneəsiz 
olaraq öz şəhərinə keçir. Oradan o, topu rəqibə, yaxud yoldaşının 
əsirlikdən qurtarmaq üçün ona ata bilər. Hər iki komanda topu əsirlərin 
tutmasına mane olur və çalışırlar ki, ya topu havada tutsunlar, ya da 
onu saxlasınlar. Oynu müəyyən olunmuş vaxt ərzində davam edir. 
Bütün oyunçuları yaxud rəqib komandanın daha çox oyunçusunu əsir 
almış komanda qalib gəlir. 
Qaydalar
. I. Əsirlər üçün çəkilmiş xətdən (zolaq) o tərəfə 
keçməyə (əsirliyə getməkdən və əsirlikdən qayıtmaqdan başqa), 
zolaqda olan topu götürməyə, topla qaçmağa, qəsdən qüvvətlə top 
vurmağa, topu iştirakçılara buddan yuxarı vurmağa, uçan topu əl-bilək 
nahiyyəsiylə (əlini içinin bilək hissəsi) vurub-qaytarmağa icazə 
verilmir. 2. Qayda pozularsa o biri komanda əsir düşmüş 
oyunçularından hansını istəsə geriyə öz şəhərinə gətirə bilər (yaxud top 
dəymiş oyunçusunu əsir verməyə bilər). 3. Əgər oyunçu ona atılmış, 
yaxud əsirə atılmış topu tutarsa o top rəqibə dəymiş sayılmır; əgər 
oyunçu topu tutmağa cəhd göstərərkən onu əlindən buraxarsa top ona 
dəymiş sayılır və oyunçu əsirliyə gedir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə