L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


Qaydalar : 1. İp kimə yaxınlaşırsa, o, mütləq tullanmalıdır. 2. Hər  yeni aparıcı ipi başqa tərəfə fırlatmalıdır



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə90/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   227
Muteherrik ve eylenceli oyunlar

Qaydalar
: 1. İp kimə yaxınlaşırsa, o, mütləq tullanmalıdır. 2. Hər 
yeni aparıcı ipi başqa tərəfə fırlatmalıdır.
 
 
 
İp ayaqların altında 
 
Oynayanlar 3 və ya 4 tək sıraya düzülürlər. Sıralarındakı məsafə 
azı 2 m olmalıdır. Sırada birinci dayanandan başqa bütün oyunçular öz 
ətraflarına kiçik dairə çəkirlər. Başda dayanan oyunçulara qısa iplər 
verilir.
Siqnal verilən kimi birinci oyunçular ipin bir ucunu arxada 
dayanmış ikinci oyunçulara verirlər və hər ikisi onu bütün sıranın 
ayaqları altından keçirirlər (İp demək olar ki, yerə toxunur), sırada 
dayananlar ipin üstündən tullanırlar. Elə ki, sıranı təşkil edən bütün 
oyunçular tullandılar: birinci oyunçu sıranın axırında qalır, ikinci isə 
qabağa qaçır və ipin ucunu üçüncü oyunçuya verir və ip yenə də 
sıradakıların ayağının altından keçirilir. İndi arxada ikinci oyunçu 
qalır, üçüncü qabağa qaçıb ipin bir ucunu dördüncüyə verir və i.a. 
Bütün oyunçular iplə qaçıb onu sıranın altından keçirənə qədər 
oyun davam edir. Elə ki, birinci oyunçu təzədən sıranın qabağında oldu 
və ip ona ötürüldü sıra oyunu qurtarır. Oyunçuları ipə az toxunan 
komanda qalib gəlir. 
Qaydalar
: 1. İpin üstündən tullandıqdan sonra hər bir oyunçu bir 
dairə irəli keçir. 2. İpi sıradan dayananların ayağı altından keçirənlər 
mümkün ola bilən hər cür əzilmələrin və yıxılmaların qarşısını 


142 
almalıdırlar (Tullanan oyunçu ipə toxunarkən dayanmaq lazımdır və 
yaxud ipini aşağı salmalı və i.a.).
 
Hündürlüyə və uzununa tullanmaqla oyunlar 
Tullanma ardınca tullanma 
 
İki komanda bir-biri ilə paralel, biri o birindən 2 m aralı cüt 
sırada dayanırlar. Hər sıradakı qoşa oyunçular yerdən 50-60 sm 
məsafədən (hündürlükdə) saxlanmış gödək ipin uclarından tuturlar. 
Siqnal verilən kimi birinci qoşa oyunçular ipi cəld yerə qoyub və hər 
ikisi öz sıralarının əvvəlindən axırına qaçırlar, bundan sonra sırada 
dayanmış hər cüt oyunçunun ikisinin üstündən tullanırlar, özlərinin 
əvvəlki yerinə çatan kimi hər iki oyunçu dayanır və yenə ipin 
uclarından tuturlar. Elə ki, birinci ip yerdən qaldırıldı, ikinci cüt 
oyunçular ipi yerə qoyurlar, birinci ipin üstündən tullanıb sıranın 
əvvəlindən axırına qaçırlar, sonra bütün iplərin üstündən tullanaraq 
əvvəlki yerlərinə çatırlar. Bu minvalla bütün Qoşa oyunçular iplərin 
üstündən tullanırlar. Tullanmanı birinci başa vuran komanda qalib 
gəlir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə