L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə89/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   227
Muteherrik ve eylenceli oyunlar

 
 
Qarşılıqlı estafet 
 
Şagirdlər 2-3-4- komandaya düzülürlər. Sıranın qarşısında 
dayanmış oyunçuların ayağının qabağından xətt çəkilir. Komandaların 
birinci qaçan oyunçularının hərəsinə estafet ağacı verilir. Estafet 30 x 
25 sm lüləşəkilli, hamarlanmış və ucları yumrulaşdırılmış ağacdır. 
Estafeti sağ əllə onun aşağı ucundan tuturlar (boş tərəfi yuxarı tutulur) , 
estafeti qəbul edənlər (əks tərəfdəki sırada birinci duranlar) dirsəkdən 
azacıq bükülü, sağ qolunu (əlini) qaldırıb, bir qədər onu yana aparırlar. 
«Marş» komandası verilən kimi əlində estafet olan oyunçular qaçmağa 
başlayırlar. Qaçanlar qarşı tərəfdə dayanmış öz komandalarının başda 
dayananlarına qaçıb çatana kimi estafeti onlara ötürürlər və keçib 
arxada dayanırlar. Estafeti qəbul edənlər öz növbələrində hərəsi öz 
komandasının o tərəfdəki yarısına tərəf qaçıb estafeti ötürürlər, sonra 
keçib arxada dayanırlar və i.a. Qaçışı tez qurtaran komanda qalib gəlir. 
Qaydalar
: 1. Estafeti qəbul edən ancaq estafet ona verilən
zaman start xəttini keçir (qaçmağa başlayır). 2. Estafet sağ əldən 
solə lə ötürülür (əks tərəfdəki sıraya qarşı sol tərəfdən, yəni qəbul 
edənin sağ tərəfindən qaçmaq lazımdır). 3. Estafeti ötürərkən, qolu
dirsəkdən bir az büküb yana aparmaq lazımdır, əks təqdirdə əzilmək 
olar, yaxud estafet əldən düşər. 4. Növbəti oyunçular qaçarkən 
daldakılar onların yerini tuturlar, bütün komanda isə qaçışın başlanma 
yerinə doğru bir addım yaxınlaşırlar. 


141 
Hündürlüyə tullanmaqla oyunlar 
 
Addımlayıb – hoppanmaqla qarmaqatdı 
 
Oynayanlar hərəsi 6-8 nəfər olmaqla qruplara bölünürlər. Hər 
qrupun aparıcısı ucunda kisəcik olan ipi elə fırlayır ki, kisəcik yerlə 
sürünür. Qalan oyunçular isə kisəciyin sürüşdüyü dairədən iki addım 
aralı dayanırlar. Kisəcik yaxınlaşanda oyunçu qabağa bir addım atır, 
ikinci addımdan yerdən təkan verərək addımlamaqla ipə bağlı kisəciyin 
üstündən tullanır, sonra dərhal geriyə, əvvəlki yerinə çəkilir. Kisəciyə 
toxunmuş oyunçu aparıcı olur. Hər oyunçu 6-8 dəfə hoppanana qədər 
ipi fırladır. Oyunçusu az aparıcı olan qrup qalib gəlir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə