144
uzağa aparılmasından addımların sayı nəzərə alınır) udmuş hesab
olunur.
Qaydalar
: 1. Top atıldıqdan sonra vurulmuş şəhərcik-ciling təzə
yerə qoyulur. 2. Vurulmuş cilinglər təzə yerə qoyulduqdan sonra
atılmış topların və o biri komandanın oyunçuları yığırlar. 3. Vurulmuş
çilingləri qaldırıb təzə yerə qoymaq üçün oyunçulardan biri təyin
olunur.
5-12. Ümumi orta təhsil pilləsi üçün mütəhərrik oyunlar
V SİNİF
Ümuminkişaf hərəkətlərinin elementlərilə oyunlar
Güclülər və çeviklər
. Dairəyə iki komanda düzülür. Komanda
yoldaşlarının hər biri, o biri komandanın bir nəfərindən sonra dayanır.
Dairənin içərisinə 8 çiling qoyulur, oyun mərkəzinə top qoyulur, siqnal
verilən kimi əl-ələ tutmuş oyunçular bir-birinin əlini buraxmadan
rəqibi itələməyə çalışır ki, o, çilingi vurub yıxsın. Çilingi yıxmış
oyunçu dairənin mərkəzindəki topu götürərək yerindən tərpənmədən
(dairədən çıxmadan) digər komandanın müxtəlif tərəfə qaçan
oyunçulardan kiməsə, birinə atır. Əgər o, topla rəqib oyunçulardan heç
birini vura bilməsə onda, onun komandası iki cərimə xalı alır. Az
cərimə xalı almış komanda qalib gəlir.
Dostları ilə paylaş: