149
Hərəkət edən maneə üzərindən tullanmaqla estafet.
6-3
nəfərdən ibarət komandalar ümumi xəttin arxasında boyunardı tək
sıraya düzülürlər. Sıraların başında dayanan oyunçular əllərində 3m
uzunluğunda ikiqat ip tuturlar. Hər komandanın qarşısında, 6-8m o
tərəfə bir bayaq qoyulur. Bayraqlarla qaçışın xəttinin arasında 1,5m
enində zolaq çəkilir. Siqnal verilən kimi başdakı
oyunçular qabağa
qaçıb zolağın üstündən hoppanırlar və öz bayraqlarının başına
dolanırlar. Sıraya qayıdaraq və zolağın üstündən bir də hoppanaraq
növbəti oyunçu ilə birlikdə ikiqat salınmış ipi (30-40sm hündürlükdə)
oynayanların ayağının altından keçirirlər. Sırada dayananlar ipinin
üstündən qıçları bükmə üsulu ilə tullanırlar. Beləliklə, başda dayanan
oyunçu sıranın axırında dayanır, növbəti oyunçu isə ipi götürüb birinci
oyunçunun etdiklərini təkrar edir. Sıraya qayıdaraq o, sıra nömrəsinə
görə üçüncü oyunçu ilə birlikdə ipi sıra boyu oyunçuların ayağından
keçirir və i.a. Birinci oyunçu ipi yenidən qəbul edərkən onu yuxarı
qaldırıb onun komandasının oyunu qurtardığını bildirir.
Oyun təkrar
edilir, lakin bu dəfə o aşağıdakı varianta oynanılır, yəni sıraya öz
komandasının yerinə qayıdan oyunçular ipi sırada dayananların
ayağının altından keçirmirlər, növbəti oyunçu ilə birlikdə ipi açıb
uclarından tutaraq qaçışın başlanğıc
xətti boyunca, xəttin üstündə
dartılı vəziyyətdə saxlayırlar.
Oyunçular növbə ilə qaçaraq
«addımlama» üsulu ilə ipin üstündən tullanırlar.
Uzağa-hündürə tullanmaqla estafet
. Oyun eyni ilə qaçaraq xətt
üzrə estafetdə olduğu kimi təşkil olunur keçirilir. lakin məsafənin
ortasında 80-90sm məsafədə tullanmaq üçün xüsusi dayaqlardan 70-
80sm hündürlükdən uclarında kisəcik olan rezin yaxud adi ip çəkilir.
Növbəti oyunçular məsafəni qaçaraq çəkilmiş rezinin (yaxud ipin)
üstündən tullanırlar. Öz çilinglərini (şəhərcik oyununda ağac çiling)
qaldırır və onu yenə öz yerinə qoyurlar. Çilingin qaldırılması, onun
qaldıranın öz komandasının növbəti oyunçusunun qaçmasına siqnaldır.
Şəhərciyi yerinə qoyan qaçışı sakitcə ipin yanından
keçərək öz
cərgəsinə qayıdır.
Dostları ilə paylaş: