L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə96/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   227
Muteherrik ve eylenceli oyunlar

VI Sinif 
 
 
Ümuminkişaf hərəkətlərinin elementlərilə oyunlar
Kvadratla mübarizə
. Meydançada 3 kvadrat çəkilir: 3x3m, 2x2
və 1x1m. Birinci kvadrata dörd oyunçu çağırırlır. Siqnal üzrə onlar 


148 
əllərini bellərinə qoyub bir ayaq üzərində vəziyyət alırlar və 
çiyinlərinin təkanı ilə rəqibi dairədən çıxartmağa çalışırlar. Qalib gələn 
kvadratda qalır, üç nəfər məğlubolanlar isə orta kvadrata keçirlər və bu 
minvalla mübarizəni davam etdiirlər. Bundan sonra qalan iki nəfər 
mübarizəni kiçik kvadratda davam etdirirlər. Birinci kvadratda qalan 
oyunçu dörd, ikincidəki iki, üçüncüdəki isə iki xal alır. Üçüncü 
kvadratdan çıxarılmış oyunçu isə bir xal alır. Oyunu qurtardıqdan 
sonra həmin dördlər cərgəyə öz yerlərinə gedirlər, birinci kvadrata isə 
növbəti dörd nəfər çağırılır. Bütün dördlüklərin oyunu qurtardıqdan 
sonra final yarışı keçirib ən güclü və çevik oyunçunu aşkar etmək olar. 
Dairəyə dart
. Oynayanlar dairənin xaricində bir-birinin əlindən 
möhkəm tutub dayanırlar. Müəllimin göstərişi ilə onlar dairənin 
ətrafında sağa, yaxud sola hərəkət edirlər, sonra müəllimin siqnalı (fiti) 
üzrə dayanırlar və öz yoldaşlarının əlini buraxmadan hərə öz 
qonşusunu dairənin xəttindən içəri salmağa cəhd göstərirlər. Kim, heç 
olmasa bir ayağı ilə dairəyə gedərsə oyundan çıxır. Sonra oyun davam 
etdirilir. Çəkilib dairəyə salınmayan oyunçular qalib gəlirlər.
Qeyd
. Oyunu bir, iki və üç dairədə keçirmək olar. Məsələn, üç 
dairədə oynayarkən dairənin birini daha güclü oğlanlar üçün, birini 
qızlara, birini isə fiziki cəhətdən zəif olan oğlan və qızlar üçün ayırmaq 
daha məqsədəuyğundur. 
 
 
Sürətli qaçışla oyunlar 
Qarşılıqlı estafeta (variantları).
Komandalar qaçışa müxtəlif 
vəziyyətlərdən (dizi üstə dayanmadan, oturmadan, böyrü üstə 
uzanmadan, sol dirsəyinə söykənmədən) başlayırlar. Məsafə başa 
çatana qədər qaçışçılar onlar üçün müəyyən olunmuş müxtəlif əlavə 
tapşırıqlar yerinə yetirə bilərlər (bayraqların başına dolanmaq, bir 
şəhərciyi götürüb başqasının yerinə qoymaq, yerdə çəkilmiş dairədəki 
doldurulmuş topu götürüb atıb-tutmaq, yenə öz yerinə qoymaq və s.). 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə