L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


Basketbola və əl topuna hazırlıq oyunu



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə99/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   227
Muteherrik ve eylenceli oyunlar

Basketbola və əl topuna hazırlıq oyunu 
Top kapitana («Top tutana»). Meydançanın hər iki qısa tərəfinin 
qarşısında müvafiq olaraq diametri 1,3 və 5m bir-birinin içərisində üç 
dairə çəkilir. Meydançanın mərkəzində də dametri 1m dairə çəkilir. 
Oyun üçün ləvazimat basketbol topu və oyunçuları fərqləndirən qol 
sarğısından ibarətdir. 
Hər komandanın birinci nömrəsi kapitandır. Onlar meydançanın 
qısa tərəflərində çəkilmiş dairələrin içərisində dayanırlar. Hər iki tərəfə 


151 
böyük və orta dairələrin arasında o biri komandanın dörd oyunçusu 
yerləşir. Bunlar oyun zamanı topu tutanlar, ələkeçirənlərdir. Qalan 
oyunçular (hücumçular) meydançada sərbəst, istədikləri yerdə 
dayanırlar. 
Müəllim topu meydançanın mərkəzində, müxtəlif komandaların 
iki oyunçusu arasanda yuxarı atır. Həmin oyunçuların hər biri topu 
vurub qaytarmaqla yaxud tutaraq öz oyunçularına atmağa cəhd edir. 
Topu ələ keçirənlər ötürmə yolu ilə onu öz kapitanlarına 
yaxınlaşdırmağa və topu ona elə atmağa çalışırlar ki, o, topu havada 
tuta bilsin. Topun kapitana ötürülməsi onunla çətinləşir ki, onun 
ətrafında rəqib komandanın topun tutulmasına maneəçilik törətməyə 
çalışan toptutanları dayanmışlar. Toptutanlar topu vurub qaytarır, 
yaxud tutub öz hücumçularına atırlar, onlar da öz növbəsində onu öz 
kapitanlarına ötürməyə cəhd edirlər. Kapitan onu tutan komandaya iki 
xal verilir. Bundan sonra oyun yenə mərkəzdən başlanır. Çox xal 
qazanmış komanda qalib gəlir. 
Qaydalar
. I. Topu əl ilə tutmağa və atmağa habelə başla vurub 
qaytarmağa icazə verilir. 2. Topla iki addımdan artıq qaçmaq 
qadağandır. 3. Kobud itələməyə yol verilmir. 4. Topu əldən dartıb 
almağa yaxud vurub çalmağa icazə verilmir. 5. Oynayanların xətti 
keçib dairəyə daxil olmağa ixtiyarı yoxdur. 6. Meydançadan çıxmış 
topu meydança xəttinin top çıxan yerindən daxil etməlidir. 
Qeyd
. Komandalar birinin 2,3 və 5 oyunçusu tərəfindən 
qaydaların pozulmasına görə, o biri komanda 5 metrdən öz kapitanına 
topatma ixtiyarı qazanır. Həmin topu qaydanı pozan komandanın 
yalnız toptutanı vurub qaytara bilər. Qalan oyunçular cərimə topu
xəttindən dalda dayanırlar. Kapitanın 5 metrlik cərimə topunu
havada tutmasına görə komandaya bir xal verilir, bundan sonra oyun 
meydançanın mərkəzindən başlanır. Əgər kapitanın topu tuta
bilməsə oyun davam edir. Elə ki, komandalardan birinin kapitanı 
topu havada tutdu oyunçular (kapitan, toptutanlar, hücumçular) 
rollarını dəyişirlər. 
VI sinfi bitirən şagirdlərin qarşısında qoyulan əsas tələblər: 
şagirdlər VI sinifdə öyrəndikləri oyunları qaydalarını bilməli və ona 
əməl etməlidirlər: oyunlarda xarakterinə və quruluşuna görə bir-birinə 
yaxın, tədris dövründə öyrənmiş hərəki fəaliyyətlərin tətbiq edilməsi 
məqsədəuyğundur, oyunun məqsəd və vəzifələrinə müvafiq olaraq 
lazım gəldikdə fəal surətdə fiziki keyfiyyətlər nümayiş etdirmək. 


152 
Komanda da, qrupda əlbir fəaliyyət göstərməli, yaradıcı hərəkət
fəaliyyəti və təşkilatçılıq qabiliyyəti göstərilməlidir. Oyunda kobud 
texniki və taktiki səhvlərə yol verməməli, mütəhərrik oyunların 
hakimlik təcrübəsi ilə tanış olmalı, dərsdən sonrakı azad vaxtlarda bəzi 
mütəhərrik oyunları təşkil etmə anlayışına malik olmaq lazımdır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə