L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə101/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   227
Muteherrik ve eylenceli oyunlar

Qaydalar
. I. Estafeta sağ əldən onu qəbul edənin sol əlinə 
ötürülür. 2. Növbəti oyunçu yalnız estafeti aldıqda qabağa qaçır. 3. 
Bayraqların başına dolanmadan qaçıb yolu ixtisar etmək olmaz.
Dairəvi kross
. Oynayanlar dörd bərabər komandaya bölünürlər 
və onlara çıra nömrəsinə görə 1-dən 4-ə kimi ad verilir. Hamı mərkəz 
dairədən (diametri 3m) aralı, müvafiq şəkildə uyğun düzülürlər. 
Oynayanların ayaqlarının (pəncəsinin) qarşısında xətt çəkilir. Hər 
komandadan yana tərəf, 10m məsafədə bir kiçik bayraq sancılır. 
Siqnal verilən kimi birinci və üçüncü komandalar yoldaşlarını 
itələmədən qaçıb iki bayraqcığın başına dolanıb öz cərgələrinə 
qayıdırlar və yerində addımlamaqla düzlənirlər. Öz rəqiblərindən tez 
cərgə xəttinə qayıdıb addımlamaqla düzlənə bilən komanda üç xal alır, 
uduzan komandaya bir xal verilir, heç-heçə olduqda hər komandaya iki 
xal verilir. Xallar təsis edildikdən sonra oyunun rəhbəri qaçıb gələnlərə 
«Durr! Azad!» komandası verir. 
Eyni qayda ilə ikinci və dördüncü komandalar birinci və üçüncü 
komandalara 
məxsus bayraqcıqların başına dolanmadan (öz 
bayraqlarının başına dolanırlar) qaçıb qayıdırlar. 
Sonra komandalar (birinci komandadan başqa, çünki o öz 
xəttindən keçmir) yerlərini dəyişirlər (saat əqrəbinin hərəkətinin 
əksinə). Bu dəfə üçüncü komanda dördüncü ilə, birinci komanda isə 
ikinci ilə qaçırlar. İkinci dəfə yerləri dəyişdikdən sonra (göstərilən 
qaydada) birinci qaydada dördüncü ilə, üçüncü isə ikinci komanda ilə 
qaçırlar. Çox xal qazanmış komanda qalib gəlir. 
Uzununa və hündürlüyə tullanmaqla 
 oyunlar 


154 
Maneələri dəf etməklə estafet
. Eni 3m və uzunluğu 80m yolda 
araları ölçülərək müxtəlif maneələr qurulur. Xətt çəkməklə eni 30sm 
uzunluğu 5m zolaq işarə edilir (zolağı taxta ilə əvəz etmək olar), 
hündürlüyü 1,5m tir qurulur, dayaqlardan hündürlüyü 60sm ip çəkilir, 
zolaq çəkməklə «xətdən» işarə edilir. Zolağın eni 1,5sm). xəndəkdən o 
tərəfdə üç dairə çəkilir və onların hərəsinin içinə bir bayraqcıq qoyulur. 
Üç komanda «II» şəklində cərgəyə düzülürlər. 
Hər komandanın birinci oyunçuları qaçışa başlama xəttinə 
çıxaraq uzanılı vəziyyətdə startda dayanırlar. Müəllimin «Marş!» 
komandası ilə onlar qabağa qaçırlar, ikinci nömrələr isə start xəttində 
uzanaraq onların yerlərini tuturlar. Qaçanlar zolaqların (taxtaların) üstü 
ilə qaçırlar (onların üstündən düşməməyə çalışaraq), tirin üstündən 
aşırlar, ipin altından sürünürlər (toxunmaq olmaz), xəndəkdən 
hoppanırlar, öz bayraqcığına çataraq onu yuxarı qaldırıb yenə öz yerinə 
qoyurlar. Yuxarı qaldırılmış bayraqcıqlar öz komandasının növbəti 
oyunçusunun qaçması üçün işarədir. Bayrağı geriyə, öz yerinə qoyan 
oyunçu maneələri sakitcə keçərək geriyə öz cərgəsinə qayıdır. Növbəti 
oyunçular birinci nömrələrin etdiklərini təkrar edirlər. Sıra nömrəsilə 
axırıncı oyunçunun bayraqcığı qaldırması onun komandasının estafeti 
qurtarmasını bildirir. Yarışda komandaların yerləri dəqiqliyə və qaçıb-
qayıtmanın tezliyinə görə müəyyən olunur. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə