156
Kəndirdartma
. Kəndirin ortası işarə olunur (rəngli parça və s.
bağlamaqla) döşəmədə, kəndirdəki işarənin altında isə köndələn
mərkəz xətti çəkilir. İki komandanın hər biri kəndirin ona aid
yarısından tutur. Oyunçular kəndirin hər iki tərəfində (bir oyunçunu
oturub dayanma qaydası ilə, yəni birinci sağda – ikinci solda, üçüncü
sağda – dördüncü solda və i.a.) dayanırlar. Sol tərəfdə dayananlar
kəndiri sağ dirsəyin altında, sağdakılar isə sol dirsəyin altında /bədənə/
sıxırlar. Siqnal üzrə kəndirin dartılması başlanır. Üç dəfədən ikisində
rəqibin mərkəz xətdən hər iki tərəfə üç metr aralı xətdən o tərəfə dartan
komanda qalib gəlir.
Qaydalar
. I. Dartmanı başlamaq və qurtarmağı yalnız müəllimin
siqnalı ilə icazə verilir. 2. İkinci siqnala qədər kəndiri buraxmaq olmaz.
Qeyd
. Hər dəfə kəndirin dartılması 60-90 saniyədən çox
olmamalıdır. Əgər göstərilən vaxt keçənədək dartma aşkar edilməsə
müəllim oyunu saxlayıb, nəticəni heç-heçə elan edir.
Kim
güclüdür
?
Şagirdlər iki komandaya bölünürlər.
Meydançanın ortasında 5-6 dairəcik işarə olunur. Hər dairəciyə
diametri 30 sm kəndir halqa qoyulur. Dairəciklərin hər iki tərəfində,
onlardan 2m aralı nəzarət xətləri çəkilir. Hər komandadan 5-6 şagird
dairəciklərə yaxınlaşıb qoşa-qoşa dayanaraq sağ /sol/ əllə kəndir
halqalardan /müəyyən şərtlə/ yapışırlar. Siqnal verilən kimi qoşa
oyunçuların hər biri rəqibi dartıb özünün nəzarət xəttindən keçirməyə
cəhd edir. Rəqibini dartmış oyunçu öz komandasına xal qazanır. Çox
xal qazanmış komanda qalib gəlir.
Dostları ilə paylaş: