L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə85/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   227
Muteherrik ve eylenceli oyunlar

 
Artırma 
 
Uşaqlar iki dəstəyə ayrılırlar. Çöp atırlar. Çöp hansı dəstəyə 
düşsə, o dəstənin uşaqları düz xətt boyunca düzülüb aşağı əyilir. O biri 
uşaqlar bir-bir onların üstündən atılır, axıra çatan uşaq yerə əyilir. Bu 
minvalla sıra əvvəldən artır, axırdan azalır. Məsələn: uşaqların hər 
dəstəsində 10 uşaq olarsa, onu da aşağı əyilir. İkinci dəstənin üzvləri 
bir-bir onların üstündən hoppanıb özü onların sırasında aşağı əyilir. 
Hamı atılıb qurtarandan sonra aşağıya əyilmiş yeni bir dəstə yaranır. 
Birinci dəstənin uşaqları bir-bir ayağa qalxıb aşağı əyilən uşaqların 
üstündən hoppanırlar. Bu minvalla oyun davam edir. 


136 
 
 
Tez tərpən 
 
Oyunçular iki dəstəyə bölünürlər. Dəstələr sıraya düzülür, hər 
dəstənin bir oyunçusu qaçış xəttində hazır vəziyyətdə durur. Bir düz 
xətt boyu diametri 20 sm olan 12-15 dairə çəkilir. 
Müəllimin işarəsi ilə hər iki dəstənin oyunçuları bir ayaq üstə 
dairələrlə hoppana-hoppana əvvəlcə bir tərəfə qaçır və sonra həmin 
qayda ilə geri qayıdıb əlini onu gözləyən oyunçunun əlinə vurub 
arxaya keçir. Növbədə duran oyunçu isə oyunu davam etdirir. Oyunu 
birinci başa çatdıran dəstə qələbə qazanır. 
Ayaqları dəyişməyə icazə verilir. 
Oyunçunun əli dəyməmiş xətdən kənara çıxmağa icazə verilmir. 
Oyunçular dairədən-dairəyə bir ayağı üstə atılmalıdırlar. 
Üzəngi 
 
Oyunçular iki bərabər dəstəyə bölünür və 15-20 m üz-üzə 
dururlar. Hər bir oyunçu özü üçün diametri 20-25 sm olan bir dairə 
çəkir və onun içərisində durur. 
Dairələr bir-birindən 50-80 sm aralı olmalıdır. 
Hər dəstə özünə başçı seçir. Dəstəbaşıları oyuna başlamaq üçün 
püşk atırlar. 
Əvvəlcə başçı topla qarşı dəstənin oyunçularından birini 
vurmağa çalışır. Qarşı dəstənin oyunçuları isə topu tutmağa və onunla 
əks dəstənin oyunçularından birini vurmağa çalışırlar. 
Top oyunçuya dəydikdə başçı «Dayan»- deyə işarə verir. Sonra 
həmin uşağı oyundan çıxarırlar. Oyun tərəflərdən biri təklənənə kimi 
davam edir. Son oyunçunu da vuran dəstə qalib gəlir. 
Oyunçu ayağını dairədən kənara qoya bilməz. 
Topla vurulan oyunçu bir əlini yuxarıya qaldırmalıdır. 


137 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə