L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə82/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   227
Muteherrik ve eylenceli oyunlar

 
 
Qaçışla estafet 
(Qaçış üçün oyun) 
 
Oyuna hazırlıq
: Oyunçular 2-4 komandalara ayrılır və 
meydançanın bir başında çəkilmiş ümumi start xəttinin arxasında sıra 
ilə dayanırlar. Hər komanda özünə bir kapitan seçir. Kapitanlar sıranın 
əvvəlində dayanırlar. Meydançanın digər başında (20-40 m aralıda) hər 
komanda üçün bir dayaq qoyulur. Kapitanların əllərində bayraq və ya 
estafet ağacı olur. 
 
Oyunun gedişi
: Müəllimin «Diqqət», «Marş» komandası ilə 
kapitanlar öz dayaqlarına doğru qaçırlar və onun ətrafında dolanıb 
geriyə qayıdırlar, bayrağı irəlidə dayanmış növbəti yoldaşlarına 
ötürürlər. Bayrağı almış oyunçular həmiin qayda ilə irəliyə qaçırlar, 
bayrağı vermiş oyunçular isə keçib sıranın arxasında dururlar. Bayraq 
yenidən kapitana çatana kimi o oyunun qurtarmasını bildirmək üçün 
onu yuxarıya qaldırır. Bunu daha tez edən komandaya qələbə xalı 
verilir. Sonra isə oyun yeniədən davam edir. Axırda qələbə xalı çox, 
cərimə xalı isə az olan komanda qalib gəlir.
 
Metodik göstərişlər
: 1. Oyunu 2-3 dəfə təkrar keçirmək olar. 2. 
Oyun başlanan kimi «Marş» komandası almadan kapttanlara qaçmaq 
və yoldaş gələnə qədər start xəttindən qabağa çıxmağa icazə verilmir. 


133 
3. Bu qaydaları pozan komandaya cərimə xalı verilir. 4. Bayrağı kim 
yerə salarsa, özü onu qaldırıb oyunu davam etməlidir.
 
 
Cərgələrdə top ötürmək 
(Ümumi inkişaf hərəkətləri üçün oyun) 
 
Oyuna hazırlıq
: Oyunçular iki bərabər komandalara ayrılırlar. 
Komandalar üz-üzə cərgə ilə dayanırlar. Hər komandanın birinci 
oyunçusuna bir top verilir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə