L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə79/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   227
Muteherrik ve eylenceli oyunlar

Metodik göstərişlər
: 1. Əgər şagirdlərin sayı çox olarsa, oyunu 
iki dairə üzrə keçirmək olar. 2. Oyun üçün müxtəlif cür toplardan 
istifadə etmək olar. 
Ovçular və ördəklər 
(Hədəfə cisim atmaq üçün oyun) 
 
Oyuna hazırlıq
: Meydançada diametri 8-12 m. olan dairə çəkilir. 
Şagirdlər «ovçular» və «ördəklər» komanrdalarına ayrılırlar. 


130 
«Ovçular» komandasının oyunçuları dairə boyunca düzlənirlər. 
«Ördəklər» komandası isə dairənin içərisində sərbəst gəzişir. 
 
Oyunun gedişi
: Müəllimin işarəsi ilə «ovçular» topu bir-
birlərinə atıb-tuturlar və orada fürsət düşdükdə topla «ördəklərdən» 
vurmağa çalışır. Vurulmuş «ördəklər» oyundan çıxarılırlar. «Ovçular» 
bütün «ördəkləri» vurub qurtardıqdan sonra komandalar adlarını və 
yerlərini dəyişməklə oyunu davam etdirirlər. Oyunun qalibi vaxtla 
müəyyən edilir. Hansı komanda «ördəkləri» daha az vaxt ərzində 
vurub dairədən çıxarsa, həmin komanda qalib gəlir.

Metodik göstərişlər
: 1. Dərsin sıxlığına, oyunun maraqlılığına 
nail olmaq üçün oyunu iki dairə üzrə keçirmək mümkündür. 2. Vaxtın 
hesaba alınmasında yaxşı olar ki, saniyə ölçəndən istifadə edilsin. 3. 
Oyundan 
vurulub-çıxarılan 
oyunçulara 
müəyyən 
tapşırıqlar 
verilməlidir ki, onlar boş dayanmasınlar. 
 
 
 
 
Topu vur 
 
(Hədəfə cisim atmaq üçün oyun) 
 
Oyuna hazırlıq
: Oyunçular iki komandaya ayrılır və üz-üzə 
olmaqla iki cərgəyə düzlənirlər. Cərgələrin arasında 8-10 m məsafə 
olur. Meydançanın (zalın) ortasında 1 metr eni olan koridor nişanlanır 
və buraya 4 voleybol topu qoyulur. Komandalardan birinin hər 
oyunçusuna bir kiçik top verilir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə