L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə80/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   227
Muteherrik ve eylenceli oyunlar

 
Oyunun gedişi
: Müəllimin işarəsi ilə əllərində kiçik top olan 
oyunçular voleybol topunu vurub koridorun «rəqib» komandaya 
məxsus hissəsinə çıxarmağa çalışırlar. «Rəqib» komandaya tərəf 
çıxarılmış hər top üçün komandaya qələbə xalı verilir. Sonra atılmış 
topları digər komandanın oyunçuları yığırlar və bu dəfə onlar voleybol 
toplarını vurmağa başlayırlar. Oyun 2-4 dəfə keçirilir. Axırda hansı 
komandanın xalı çox olsa, o komanda qalib gəlir.

Metodik göstərişlər
: 1. Oyunda hər şagirdə bir kiçik top vermək 
üçün müəllim əvvəlcədən hazırlıq görməlidir. Bunun üçün uşaqlara bir 
neçə gün əvvəldən tapşırılır ki, keçədən kiçik toplar tikib hazırlasınlar. 


131 
2. Oyun üçün lazım olan voleybol topları və meydança xətləri də 
vaxtında hazırlanmalıdır. 
 
Alpinistlər 
(Dırmanmaq üçün oyun) 
 
Oyuna hazırlıq
: Meydançanın kənar xətti boyunca müxtəlif 
maneələr qoyulur. Şagirdlər 3-4 komandaya ayrılır və hər komanda 
özünə bir kapitan seçir.
 
Oyunun gedişi
: Müəllimin göstərişi ilə komandalar (kapitan 
qabaqda olur) sıra ilə maneələr olan xətt boyunca hərəkət edirlər. Onlar 
bir ucu gimnastika divarına qoyulmuş skamya ilə yuxarıya qalxırlar, 
tirin üzərindən aşır, yaxud altından sürünüb keçir, daşların (yerdə təsvir 
edilmiş) üzəri ilə addımlayırlar. Onlar «dağ çayından» keçir, 
gimnastika skamyasını (xəndəyin üzərində olan körpünü xatırladan) 
üzərindən addımlayırlar və s. Komandalar növbə ilə hərəkət edir, 
müəllim nəticələri qeydə alır.Maneələrdən düzgün keçə bilməyən 
komandalara cərimə xalı verilir. Axırda öz cərimə xalı olan komanda 
qalib gəlir.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə