L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə81/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   227
Muteherrik ve eylenceli oyunlar

Metodik göstərişlər
: 1. Bu oyunu idman meydançasında 
keçirmək olar. Meydançada keçirildikdə maneələrin üzərindən 
keçmək, dırmanmaq, aşmaq və s. kimi maneələr düzəldilə bilər. 2. 
Oyunu idarə etmək üçün müəllim köməkçi-şagiirdlər də ayırmalıdır 
(Hər bir oyunçunun hərəkətinə nəzarət etmək, cərimə xallarını 
müəyyənləşdirmək və s. məsələlər üçün). 
İp üzərindən hündürlüyə tullanmaq və qaçaraq zolaq 
üzərindən uzunluğa tullanmaqla
estafet 
 
(Hündürlüyə və uzunluğa tullanmaq üçün oyun) 
 
Oyuna hazırlıq
: Oyunçular 2-4 bərabər komandalara ayrılır və 
meydançanın baş tərəfindən çəkilmiş start xəttinin arxasında sıra ilə 
dayanırlar. Start xəttindən 6-10 m qabaqda başqa xətt çəkilir və bu 
xəttin üzərində hər komanda üçün iki nəfər 60-80 sm hündürlükdə ip 


132 
tuturlar. İpdən 7-12 m qabaqda isə hər komanda üçün 1,5 m eni olan 
bir sahə nişanlanır (Uzunluğa tullanmaq üçün). 
 
Oyunun gedişi
: Müəllimin «marş» komandası ilə hər sıradan 
birinci oyunçular ipə qədər qaçır, ipin üzərindən tullanır, uzunluğa 
tullanma sahəsinə (zolağına) çatıb təkanla onun üzərindən tullanıb 
geriyə qayıdırlar və növbədə dayanmış yoldaşlarının əlinə toxunub 
sıranın arxasına keçirlər. Növbəti oyunçular da oyunu bu cür davam 
etdirirlər. Növbə yenidən gəlib birinci qaçanlara çatdıqda onlar əllərini 
(dəsmalı) yuxarı qaldırmaqla qurtardıqlarını bildirirlər. Bunu birinci 
etmiş komandaya qələbə xalı verilir və oyun yenidən başlanır. Axırda 
daha çox qələbə xalı olan komanda qalib gəlir.

Metodik göstərişlər
: 1. Uzunluğa tullanmaq üçün sahə (zolaq) 
qismən yumşaq olmalıdır. 2. İpin üzərindən tullanarkən ona toxunmuş 
uzunluq sahəsini tapdalamış oyunçulara görə komandaya cərimə xalı 
verili rvə axırda nəzərə alınır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə