L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə70/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   227
Muteherrik ve eylenceli oyunlar

Metodik göstərişlər
: I. Lazımi xətlər meydançada əvvəlcədən 
çəkilib hazırlanmalıdır. 2. Şagirdlərdə yorğunluq hiss edildikdə onlara 
dincəlmək üçün fasilə verilməlidir. 
 
 
Boş yer 
 
Oyuna hazırlıq
: Oyunçular böyük bir dairə boyunca 
düzülürlər və əllərini arxada bellərinə qoyurlar. Bir nəfər aparıcı 
ayrılır. Aparıcı dairənin xaricində (oyunçuların arxasında) olur. 
 
Oyunun gedişi
: Müəllimin işarəsi ilə aparıcı oyunçuların 
arxasında, dairə boyunca hərlənir. O, istədiyi vaxt oyunçulardan birinin 
əlinə toxunur və özü qaçmağa başlayır. Toxunulmuş oyunçu, yerindən 
çıxır, dairənin xarici ilə ancaq aparıcının əks istiqamətinə qaçır və 
çalışır ki, ondan tez gəlib yer tutsun. Aparıcı isə boş yerə tez çatmaq və 


121 
onu tutmağa çalışır. Beləliklə, bu iki oyunçudan hansı daha tez boş 
yerə çatı onu tutsa, yer onun olur. Digər qaçan isə yersiz qalır və
dairənin xaricində hərlənməklə oyunu əvvəlki qaydada davam etdirir.
 
Metodik göstərişlər
: 1. Oyunu elə təşkil etmək lazımdır ki, bütün 
uşaqlar oyunda fəal iştirak edə bilsinlər. Bunun üçün yaxşı olar ki, 
oyun iki dairə boyunca aparılsın. 2. Əks istiqamətdə qaçan uşaqların 
bir-birinə toxunmaması üçün uşaqlara necə keçmək lazım olduğunu 
öyrətmək lazımdır. 
 
 
Nömrələrin çağırılması 
 
Oyuna hazırlıq
: Oyunçular iki bərabər qüvvəli komandalara 
ayrılırlar. Komandalar meydançanın baş tərəfində çəkilmiş start 
xəttinin arxasında sıra ilə dayanırlar. Start xəttindən 25-30 m qabaqda 
hər iki komanda üçün bir dayaq qoyulur. Şagirdlər nömrələrini sayırlar 
və yadda saxlayırlar.

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə