L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə67/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   227
Muteherrik ve eylenceli oyunlar

Metodik göstərişlər
: I. Yaxşı olardı ki, müəllim nümunə üçün bir 
neçə şəkli təsvir etsin. 2. Şəkli daha düşüncəli təsvir etmiş oyunçuları 
fərqləndirmək üçün müəllim onlara xal hesabı ilə yer də verə bilər. 3. 
«Sərgi açıqdır» sözündən «sərgi bağlıdır» sözünə qədər qəbul edilmiş 
vəziyyətdən tərpənmək olmaz. 4. Oyun yenidən təkrar olunan zaman 
əvvəlki şəkli eyni oyunçu təkrar etməlidir. 5. Kimin müdir, kimin 
tamaşaçı olmasını aparıcılar öz aralarında müəyyən edirlər. 
 
Topu ortadakına 
 
Oyuna hazırlıq
: İştirakçılar bir neçə komandaya bölünürlər. Hər 
komanda ayrılıqda bir dairə təşkil edir. Dairələrin ortasında aparıcılar 
dururlar. Hər aparıcıya bir voleybol və ya basketbol topu verilir. 
Oyunun gedişi
: Müəllimin «Başla» komandası ilə aparıcılar 
topu növbə ilə öz yoldaşlarına atırlar. Onlar da növbə ilə topu yenə də 
qaytarırlar. Beləliklə, bütün oyunçulara top atılır. Aparıcı axırıncı topu 
qəbul edən kimi, onu yuxarıya qaldırır, bununla da oyunun qurtardığını 


118 
bildirir. Bunu hansı komanda tez etsə, həmiin komandaya bir qələbə 
xalı verilir. 
Sonra aparıcılar başqa oyunçularla əvəz edilir və oyun yenə də 
davam etdirilir. Axırda daha çox xal toplamış komanda qalib gəlir. 
Metodik göstərişlər
: I. Yaxşı olar ki, oyunçulara voleybol, 
basketbol topları əvəzinə doldurulmuş toplar verilsin. 2. Oyunu 3-5 
dəfə təkrar etmək olar. 3. Bütün komandalara düzgün nəzarət etməkdən 
ötrü müəllim özünə münasib yer seçməli və köməkçi şagirdlərdən 
istifadə etməlidir. 4. Oyunçulara top ötürüldükdən sonra onlar 
əvvəlcədən şərtlənmiş kimi bir sıra idman hərəkətləri edib sonra 
aparıcıya qaytarsalar daha səmərəli olar. 
Fiqurlar 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə