L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə63/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   227
Muteherrik ve eylenceli oyunlar

Metodik göstərişlər
: I. Müəllim «tula» əvəzinə başqa söz, 
«Aslan» və s. kimi sözlər işlədə bilər. 2. Hoppanma ipləri elə 
tutulmalıdır ki, uşaqların ayaqları iplərə ilişməsin. 
 
 
 
Qurd dərədə 
 
 
Oyuna hazırlıq
: Meydançanın mərkəzində bir-birindən 60-70 
sm. aralı iki paralel xətt çəkilir. Xətlərin arasındakı sahə xəndək sayılır. 
Xəndəkdə bir, ya da iki nəfər aparıcı – «qurdlar» dayanır. 
Meydançanın hər iki başında qarşı xəttə paralel xətlər çəkilir. Beləliklə 
bir başda «keçi damı», o biri başda mühafizə sahəsi alınır. Oyunçu- 
keçilər hamısı keçi damında dayanırlar. 
Oyunun gedişi
: Müəllimin işarəsi ilə keçilər damdan çıxıb 
xəndəyə tərəf qaçırlar və xəndəyin üzərindən tullanıb qarşıdakı 
mühafizə sahəsinə keçməyə çalışırlar. Bu vaxt qurd xəndəkdən çıxmaq 
şərti ilə xəndəyin üzərindən tullanıb keçən keçilərdən tutmağa 
(toxunmağa) çalışır. Hər qaçışdan sonra tutulanlar sayılıb hesaba alınır 
və oyun yenidən başlanır. Oyun müəyyən vaxt ərzində keçirilir. Axırda 
qurd tərəfindən heç tutulmamış oyunçular qalib sayılırlar. 
Metodik göstərişlər
: hər iki – üç qaçışdan sonra aparıcıları 
dəyişmək lazımdır. 
Kim uzağa atar? 
 
Oyuna hazırlıq
: Sinif şagirdləri 3 komandaya bölünür. Onlar 
meydançanın müxtəlif tərəfində cərgə ilə dayanırlar.
Meydançanın bir qısa tərəfində top atmaq üçün xətt çəkilir. Bu 
xətdən 3 m qabaqda isə bir nəzarət xətti, onun üzərində isə 2,5 m 
hündürlüyündə ip çəkilir. İpin yaxşı görünməsi üçün ondan kiçik 
lentlər asılır. Nəzarət xəttindən qabaqda isə yenə də 5 xətt çəkilir. 
Əvvəlki xətlərin arasında olan sahə 3 m olur. 


113 
Atma xəttinin arxasında dayanan oyunçuların hərəsinə içərisi 
qumla doldurulmuş iki kisə verilir. Kisənin ölçüsü 8x12 sm, çəkisi 
200-250 q. olmalıdır. 
Oyunun gedişi
: Müəllimin işarəsi ilə oyunçular növbə ilə 
kisələri ipin üzərindən atmaq şərti ilə mümkün qədər uzağa atmağa 
çalışırlar. Nəticələr qeydə alınır. Kisəni V sahəyə atan oyunçu 5 xal, IV 
sahəyə atan oyunçu dörd xal, I sahəyə atan isə bir xal qazanır. 
Atılmış kisələri növbəti komanda toplayır və onlar atma xətti 
arxasına keçib həmin qayda ilə oyunu davam etdirirlər. 
Axırda daha çox xal qazanmış komanda qalib sayılır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə