L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə59/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   227
Muteherrik ve eylenceli oyunlar

Biz şən uşaqlarıq 
 
Oyuna hazırlıq. 
Meydançanın hər iki başında xətlər çəkilir. 
Bunlar start xətti hesab olunur. Oyunçular hamısı bir tərəfdə start 
xəttindən arxa cərgə də dayanırlar. 
Müəllim bir nəfər aparıcı təyin edir. Aparıcı 
meydançanın ortasında dayanır.
 
Oyunun gedişi
: Müəllimin işarəsi ilə cərgədə dayanmış uşaqlar, 
aşağıdakı sözləri bir səslə deyirlər: 
Biz şən uşaqlarıq, 
Həm danışar, həm də qaçarıq. 
Biz sevirik cəldliyi, 
Hünərin var tut bizi. 
Uşaqlar «tut bizi» sözünü deyən kimi, meydançanın digər 
tərəfindəki start xəttinin arxasına tərəf qaçırlar. Bu zaman aparıcı 
qaçanlardan birini tutmağa, yaxud əlləri ilə onlara toxunmağa çalışır. 


107 
Start xəttinin arxasına keçmiş oyunçulara toxunmaq olmaz. Aparıcı 
start xəttinə qədər hansı oyunçuya toxunsa, o tərpənmədən öz yerində 
durur. Müəllim tutulanları qeydə aldıqdan sonra hamı yeniədən 
cərgəyə düzülür və oyun təkrar olunur. Axırda heç tutulmamış, yaxud 
nisbətən az tutulmuş oyunçular qalib sayılırlar. 
Metodik göstərişlər
: 1. Oyunu iki komanda arasında da keçirmək 
olar. Bunun üçün tutulmuş oyunçulara görə komandalara cərimə xalı 
verilir, axırda cərimə xalı az olan komanda qalib sayılır. 2. İştirakçılar 
çox olduqda iki nəfər aparıcı ayırmaq lazımdır. 
 
 
Öz bayrağına doğru 
 
Oyuna hazırlıq
. Meydançanın hər iki başında eninə xətlər 
çəkilir. Bir xəttin arxasında oyunçular dayanırlar, digər xəttin üzərində 
uşaqların sayına müvafiq bayraqlar (estafet ağacları) düzülür. 
Meydançanın ortasında 3-5 nəfər «gözətçi» dayanır. 
Oyunun gedişi
. Müəllimin işarəsi ilə oyunçular meydançanın 
bayraqlar olan tərəfinə qaçaraq bayraqları dayandıqları yerə gətirməyə 
çalışırlar. «Gözətçilər» isə onlara mane olurlar, bayraq arxasınca qaçan 
oyunçuya əlləri ilə toxunarlarsa, həmin oyunçular yerlərindən 
tərpənməyərək dayanırlar. Başqa oyunçular vurulmuş oyunçuya 
toxunmaqla onu xilas edə bilərlər. 
Vurulmuş oyunçunun əlində bayraq olarsa, «Gözətçi» bu
bayrağı alır və meydançanın yan tərəfində kvadrat şəklində cızılmış 
sahəyə qoyur. 
Kvadrat içərisinə qoyulmuş bayraqları qorumaq üçün xüsusi 
gözətçi təyin edir (əvvəlki gözətçilərdən biri). Oyunçular bu bayraqları 
da qaçıra bilərlər. 
Bu oyunda gözətçilərlə oyunçular arasında mübarizə gedir. Əgər 
oyunçular kvadratda olan 1-4 bayraqlardan başqa bütün qalan 
bayraqları öz sahələrinə gətirə bilsələr, qalib gəlirlər. 
Gözətçilər isə o zaman qalib gəlmiş sayılırlar ki, bayraqlardan 
5-ni ələ keçirmiş olsunlar (şərtə görə). 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə