107
Start xəttinin arxasına keçmiş oyunçulara toxunmaq olmaz. Aparıcı
start xəttinə qədər hansı oyunçuya toxunsa, o tərpənmədən öz yerində
durur. Müəllim tutulanları qeydə aldıqdan sonra hamı yeniədən
cərgəyə düzülür və oyun təkrar olunur. Axırda heç tutulmamış, yaxud
nisbətən az tutulmuş oyunçular qalib sayılırlar.
Metodik göstərişlər
: 1. Oyunu iki komanda arasında da keçirmək
olar. Bunun üçün tutulmuş oyunçulara görə komandalara cərimə xalı
verilir, axırda cərimə xalı az olan komanda qalib sayılır. 2. İştirakçılar
çox olduqda iki nəfər aparıcı ayırmaq lazımdır.
Öz bayrağına doğru
Oyuna hazırlıq
. Meydançanın hər iki başında eninə xətlər
çəkilir. Bir xəttin arxasında oyunçular dayanırlar, digər xəttin üzərində
uşaqların sayına müvafiq bayraqlar (estafet ağacları) düzülür.
Meydançanın ortasında 3-5 nəfər «gözətçi» dayanır.
Oyunun gedişi
. Müəllimin işarəsi ilə oyunçular meydançanın
bayraqlar olan tərəfinə qaçaraq bayraqları dayandıqları yerə gətirməyə
çalışırlar. «Gözətçilər» isə onlara mane olurlar, bayraq arxasınca qaçan
oyunçuya əlləri ilə toxunarlarsa, həmin oyunçular yerlərindən
tərpənməyərək dayanırlar. Başqa oyunçular vurulmuş oyunçuya
toxunmaqla onu xilas edə bilərlər.
Vurulmuş oyunçunun əlində bayraq olarsa, «Gözətçi» bu
bayrağı alır və meydançanın yan tərəfində kvadrat şəklində cızılmış
sahəyə qoyur.
Kvadrat içərisinə qoyulmuş bayraqları qorumaq üçün xüsusi
gözətçi təyin edir (əvvəlki gözətçilərdən biri). Oyunçular bu bayraqları
da qaçıra bilərlər.
Bu oyunda gözətçilərlə oyunçular arasında mübarizə gedir. Əgər
oyunçular kvadratda olan 1-4 bayraqlardan başqa bütün qalan
bayraqları öz sahələrinə gətirə bilsələr, qalib gəlirlər.
Gözətçilər isə o zaman qalib gəlmiş sayılırlar ki, bayraqlardan
5-ni ələ keçirmiş olsunlar (şərtə görə).
Dostları ilə paylaş: