Şəkil 3. «Tülkü və toyuqlar» oyunu 1-ci yuva; 2-ci-tülkü; 3-cü- toyuqlar; 4-cü-müəllim; 5-ci-skamyalar
111
Şəkil 4. «Dovşanlar, gözətçi və Tula» oyunu. 1-ci «dovşanlar»; 2-ci «gözətçi»; 3-cü «Tula»; 4-cü-«ev»; 5-ci «həyət»; 6-cı «bostan». Dovşanlar, gözətçi və Tula Oyuna hazırlıq : Oyun meydançasını xətlərlə hissələrə ayırırlar.
Meydançanın qısa xətlərindən 2-3 addım qabağa bir xətt, onlardan da
3-4 addım qabağa yenə bir xətt çəkilir.
Bir sahədə gözətçi, ikinci sahədə (həyətdə) tula dayanır.
Meydançanın mərkəzində hasar çəkilir. Məşğələdən azad edilmiş
şagirdlər, yaxud müəllimin tapşırığı ilə bir neçə şagird hoppanma
xətlərindən (iplərindən) 40-60 sm. hündürlükdə maneə tuturlar, hasar
ilə ikinci xəttin arasında sahə bostan adlanır. Meydançanın qarşısındakı
xətdən 3-4 addım qabaqda 4 dairədən ibarət dovşan yuvaları çəkirlər.
Oyunu aparmaq üçün iki nəfər aparıcı ayrılır, onlardan biri gözətçi, biri
tula olur. Qalan oyunçuların hamısı «dovşan» sayılır və dovşan
yuvalarında yerləşirlər.
Oyunun gedişi : Müəllimin işarəsi ilə hər yuvada dayanmış
birinci 3 dovşan qaçıb hasarın üzərindən tullanır, bostana daxil olaraq
hoppanıb düşür və «kələm yeyirlər». Bu vaxt müəllimin birinci şərti
işarəsi ilə gözətçi həyətə çıxır, ikinci işarə ilə üç dəfə əl çalır (sanki
tüfəngdən atəş açır).
Birinci atəşdən sonra dovşanlar öz yuvalarına doğru qaçırlar.
Geriyə qaçarkən onlar hasarın (ipin) altından keçməlidirlər və elə
etməlidirlər ki, ona toxunmasınlar.
Üçüncü atəşdən sonra «tula» dovşanları tutmağa buraxılır. Tula
hasarın üstündən tullanaraq hansı dovşana çatarsa, ona əli ilə toxunur.
Tutulmuş dovşan yerində dayanır, dovşanlar öz yuvalarına girdikdən
sonra onlara toxunmaq olmaz.
Qaçanlar keçib axırda dayanırlar. Müəllim tutulmuş dovşanları
və sonra öz yuvalarına buraxır. Yuvalarda olan dovşanların hamısı
112
qaçana qədər oyun davam edir, hər növbəti qaçışdan sonra gözətçi ilə
tula rollarını dəyişirlər. Oyunda bir dəfə də olsun tutulmayanlar ən cəld
dovşanlar hesab olunurlar.