104
Şəkil 1.
«Kosmonavtlar»
oyunu
keçirilən
zaman
şagirdlərin
yerləşdirilməsi sxemi
Şəkil 2.
«Atlı idmançılar» oyununda şagirdlərin bölüşdürülməsi sxemi
Metodik
göstərişlər
:
Oxunan
misraların axırıncı sözü
deyilməmişdən əvvəl qaçmaq olmaz. Raketlərin
içərisində özünə yer
tutmuş yoldaşı itələmək qadağandır.
Atlı idmançılar (qaçış üçün)
Uşaqlar meydançada çəkilmiş böyük dairə boyunca düzülürlər.
Bu «Manej» (meydança) hesab olunur.
105
Uşaqlar «at sürən idmançı»nın vəziyyətini alırlar. «At addımları»
atmaq üçün qollar dirsəkdən bükülür, əllərin içi aşağıya baxır, uşaqlar
dairə boyunca gedərək çalışırlar ki, dizlərini
əllərinin içərisinə
çatdırsınlar.
Dönmələr
: Müəllimin əl çalması
ilə uşaqlar hərəkətin
istiqamətini dəyişirlər (dairə boyunca hərəkət başqa istiqamətdə davam
edir).
«Sürətlə çapmağa» keçmək və yenidən «addımlamaq» üçün
uşaqlar əllərində guya cilov tutduqları vəziyyət kimi, dizlərini yüksəyə
qaldırmaqla qaçışa başlayırlar. Müəllimin
şərti işarəsi ilə yenidən
yerişə keçirlər. Sonra atlılar «atla oyunda» iştirak edirlər.
Meydançanın kənar tərəfində xətlərlə atların dayanmaları üçün
«arakəsmələr» çəkilir. Arakəsmələrin sayı uşaqların sayından üç-dörd
dəfə az olur. Uşaqlar çapan atın vəziyyətini
alaraq arakəsmələrin
qarşısına çatan kimi dağılışıb yanlarına qaçırlar.
Müəllimin işarəsi ilə
idmançı-atlılar (dizləri yüksəyə qaldırmaqla) arakəsmələrin yanına
gəlir və hərə çalışır ki, boş olan arakəsmələrin birini tutsun.
Yersiz
qalan oyunçular uduzurlar. Oyun 3-4 dəfə keçirilir.
Hər dəfə özündə
yer tutan atlılar qalib sayılırlar.
Dostları ilə paylaş: